Ramil Səfərovun macar dilindən Azərbaycan dilinə tərcümə etdiyiQapıromanı təqdim olunub

 

Dünən erməni hərbçisinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun macar dilindən tərcümə etdiyiQapıromanının təqdimat mərasimi keçirilib. Tədbirdə ziyalılar, millət vəkilləri ilə yanaşı, Macarıstanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Zoltan Kotska da iştirak edib.

 Qeyd edək ki, tərcümə olunan əsərin müəllifi Maqda Sabodur. R.Səfərov əsəri 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib. Əsərin əsas qəhrəmanları yazıçı Sabo özü daxil olmaqla qadınlardır. Psixoloji melodram kimi qələmə alınan romanda yazıçı tipik macar qadının obrazını yaradıbdır.

Əsərdə başı çox bəllalar çəkmiş, öz həyatı ilə risk edərək həmişə insanlara kömək etmiş saf, mərd bir qadın olan Emerencin ikinci dünya müharibəsindən əvvəlki sonrakı həyatı, onun şərəfli ölümü qələmə alınıb. R.Səfərov tərcüməçi kimi yazdığı ön sözdə macar azərbaycan xalqının həyat tərzində, mədəniyyətində, tarixində çox oxşarlıq olduğunu qeyd edibdir.

O, yazır ki, Azərbaycanda macar xalqına münasibətin 2004-cü ildə erməni ordusunun zabiti ilə onun arasında baş vermiş hadisəyə ona oxunan hökmə görə formalaşması onu ciddi narahat edir: “Məhkəmənin hökmü kifayət qədər əsassız ədalətsiz olsa da bu, mənim macar xalqına hörmətimi qətiyyən dəyişdirməmişdir. Ümidvaram ki, mənim tərcümə etdiyim bu əsər xalqlarımızın bir-birini daha yaxından tanıması, dostluq əlaqələrimizin daha da genişləndirilməsi möhkəmləndirilməsinə cüzi olsa, bir töhfə olacaqdır”. Təqdimat mərasimində çıxış edən kitabın naşiri “AssA-İradə” xəbər agentliyinin baş direktoru Fazil Abbasov Ramil Səfərovun bu işini Azərbaycan ədəbiyyatına böyük xidmət kimi dəyərləndirib. Deyib ki, ilk dəfədir ki, macar ədəbiyyatı orijinaldan Azərbaycan dilinə tərcümə olunur. “Ramil Macarıstanda macar dilini də öyrənib və bu ölkənin ən sevilən ədəbiyyat nümunələrindən birini dilimizə tərcümə edib. Bu, onu göstərir ki, bu cür intellekt sahibi heç vaxt qatil ola bilməz”.

 R. Səfərovun atası Sahib Səfərov isə bildirib ki, Macarıstan dövlətinin onun barəsində səhv qərar verməsinə baxmayaraq oğlu macar xalqına sevgisini bu əsəri tərcümə etməklə bildirib: “Tədbirə gəlməzdən qabaq Ramillə telefon danışığımız olub. O bu tədbir barədə məlumatlıdır. Məndən xahiş elədi ki, bu kitabın Azərbaycanda ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edim. Əgər Ermənistan bizim torpaqları işğal etməsəydi, bəlkə də Ramil heç hərbçi olmazdı. Nasir, hüquqşünas və ya həkim olardı. O məcburən hərb yolunu seçib”. Millət vəkili Zahid Oruc isə deyib ki, bu romanın tərcüməsi təkcə ədəbi hadisə deyil, həm də siyasi hadisədir: “Macar ictimaiyyətində onun barəsində formalaşmış “əli baltalı” obraza ən böyük zərbəni elə Ramil Səfərovun özü vurdu. Ramil Səfərov yalnız öz cəzasını yaşamır, Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizənin faciəsini yaşayır. Onun əməlinə verilən qiymət belə olmamalı idi, Bu, tək Ramilə deyil, bütünlükdə Azərbaycanın Qarabağ müharibəsinə verilən qiymətdir”.

 Qeyd edək ki, Maqda Sabo Macarıstanın tanınmış qadın yazıçılarındandır. Yazıçının ilk kitabı “Quzu” 1947-ci ildə, ikinci kitabı “İnsana qayıdış” 1949-cu ildə nəşr olunub. Bu kitab “Baumgarten” mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə mükafat yazıçıdan geri alınıb. O, “Fresko” və “Abigel” kimi məşhur romanların da müəllifidir. Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülüb və əsərləri 43 ölkədə nəşr olunub. 2003-cü ildə “Qapı” əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu “Prix Femina Etranger” mükafatı verilib.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 10 mart.- S.4.