Aşıq Şəmşir, Dəlidağdan keçəndə...”

 

Səməd Vurğunun ev-muzeyindəAşıq Şəmşir, Dəlidağdan keçəndə...” adlı xatirə məclisi gerçəkləşib. Gecə xalq şairi ilə onun dostluq etdiyi məşhur aşıq, əməkdar incəsənət xadimi Aşıq Şəmşirə həsr olunub. Mərasimi giriş sözü ilə açan muzeyin direktoru, S.Vurğunun nəvəsi Aygün Vəkilova bu məclisin baharda keçirilməsinin dahi şairin bahar fəslini çox sevməsi ilə əlaqələndirib. Filologiya elmləri üzrə fəlsəfə doktoru Aslan Salmansoy, şair İlyas Tapdıq Səməd Vurğunun Aşıq Şəmşirlə görüşünü yada salaraq, hər iki sənətkarın Azərbaycan ədəbiyyatında müstəsna mövqeyindən danışıb, onların hər zaman gələcək nəsillərə örnək olduğunu, yaradıcılıqlarının gələcək nəsillərə çatdırılmasının vacibliyini dilə gətiriblər. 126 nömrəli məktəbin şagirdləri şeirlər səsləndiriblər. Sonda A.Vəkilova S.Vurğunun 100 illiyi münasibətilə anasının tərtib etdiyiSəməd Vurğunkitabını özünün anası Aybəniz Vəkilovanın vəfatının bir illiyinə həsr etdiyiAybənizkitabını Aşıq Şəmşirin oğlu Qəmbər müəllimə təqdim edib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 11 mart.- S.7.