Türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illiyi Bakı Dövlət Universitetində qeyd edilib

 

Dünən Bakı Dövlət Universitetində böyük türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov yaradıcılığı ilə müxtəlif mədəniyyətlərin sintezinə, bir-birini qarşılıqlı şəkildə zənginləşdirməsinə xidmət edən, ümumbəşər ideallar dəyərlər aşılamağa çalışan bu böyük sənətkar mütəfəkkirin 350 illik yubileyinin Bakı Dövlət Universitetində qeyd edilməsinin sevindirici hal olduğunu bildirib. Bunun Türkmənistan ilə Azərbaycan arasında durmadan genişlənən möhkəmlənən dostluq qardaşlıq əlaqələrinə dəyərli töhfə olduğunu deyən rektor prezident İlham Əliyevin Türkmənistana nəzərdə tutulan səfərinin münasibətlərimizin inkişafında yeni bir mərhələ olacağına ümid etdiyini bildirib: “Əndəlibin türkmən ədəbiyyatı qarşısında xidmətləri ölçüyə gəlməzdir. Hər şeydən əvvəl o, yeni türkmən ədəbiyyatının ədəbi yazı dilinin banisidir. O əsərlərini uşaqlıqdan bəri sevə-sevə dinlədiyi milli-məhəlli dastanların təsiri altında türkmən dilində yazmaqla bir ilki gerçəkləşdirib”. Rektor əlavə edib ki, bir müddət əvvəl böyük şairi mütəfəkkiri Nurməhəmməd Əndəlibin Azərbaycan dilində nəşr olunmuşŞeirlər, poemalar, dastanlarkitabının təqdimatı keçirilib. Bu kitab TÜRKSOY tərəfindən nəşr olunmuş 7-ci kitabdır: “Kitabın nəşri qardaş Azərbaycan Türkmənistan xalqlarının ikitərəfli əlaqələrinin inkişafına böyük töhfədir. Kitabda bu il anadan olmasının 350 illiyi tamam olan böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Nurməhəmməd Əndəlibinin seçilmiş əsərləri toplanıb. Kitab 31 mart- 4 aprel 2009-cu ildə İstanbulda TÜRKSOY tərəfindən təşkil olunanTürk ləhcələri arasında uyğunlaşdırma çalışmalarının bugünki durumu qarşılaşılan problemlərmövzusunda Beynəlxalq simpoziumun tövsiyyələrinə yekun bəyannaməsinə uyğun olaraq nəşr edilib. Türkmənistanda Azərbaycan şairlərinin əsərləri tərcümə olunur nəşrə hazırlanır”. A.Məhərrəmov vurğulayıb ki, N.ƏndəlibOğuzdastanını ilk dəfə şeir formasında yazdığına görə mötəbər pilləyə ucalıb.

Bakı Dövlət Universiteti Türkmənistanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan konfransda çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Toylı Kömekov türkmən ədəbiyyatının folklor dövrünün formalaşmasında Əndəlibin böyük rolu olduğunu qeyd edib. Azərbaycan alimləri tərəfindən türkmən ədəbiyyatının tədqiq edilməsini, türkmən ədəbiyyatı incilərinin Azərbaycan dilinə çevrilməsini böyük sevinclə qarşılayan səfir gələcəkdə iki ölkə arasında elmi-mədəni əlaqələrin daha genişlənəcəyinə inandığını söyləyib.

Daha sonra Azərbaycan alimləri Nigar İsmayılzadə, Bibisara Məmmədova, Aydan Xəndan böyük türkmən şairi Nurməhəmməd Əndəlibin yaradıcılığına həsr olunmuş məruzələrlə çıxış edib, tələbələr Azərbaycan türkmən dillərində ƏndəlibinOğuznaməəsərini səsləndiriblər.

Konfransın sonundaTürkmənistan bu günfilmi nümayiş etdirilib.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 11 mart.- S.7.