Akademik Milli Dram Teatrında əsaslı təmirdən sonra ilk tamaşa nümayiş olunub

 

10 Mart Milli Teatr Günü münasibəti ilə Akademik Milli Dram Teatrında aparılan əsaslı təmirdən sonra ilk tamaşa nümayiş etdirilib.

 APA-nın xəbərinə görə, tamaşanın nümayişindən əvvəl Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edib. Nazir Azərbaycan teatrında hazırda aparılan islahatlardan, nəticələrdən, gələcək üçün nəzərdə tutulan planlardan danışıb. Ə. Qarayev deyib ki, Azərbaycan xalqı teatr xadimlərinə böyük ümidlər bəsləyir.

Daha sonra İlyas ƏfəndiyevinHökmdar qızıiki hissəli faciəsi əsasında hazırlanan c. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiqilərindən istifadə edilib. Əsas rolları Kazım Abdullayev (İbrahim xan), Məsmə Aslanqızı (Ağabəyim Ağa), Rafiq Əzimov (Axund Mirmöhsün Ağa), Firəngiz Mütəllimova (Tubu Xanım), Vəfa Rzayeva (Səltənət Bəyim), Ramiz Məlikov (Cavad Xan) canlandırıb.

Qeyd edək ki, tamaşanı izləməyə gələnlər arasında baş nazirin müavini Elçin Əfəndiyev, Türkiyənin İstanbul Memorial Xəstəxanasında müalicəsini yarımçıq qoyub, Milli Teatr Günündə iştirak etmək üçün Vətənə qayıdan xalq artisti Yaşar Nuri, Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələri olublar.

 

 

525-ci qəzet.- 2011.- 11 mart.- S.7.