Berti FoqtsKitabi-Dədə Qorquddastanlarına həsr olunmuş tədbirə qatıldı

 

10 martda Bakı Slavyan Universitetində Filologiya fakültəsinin yeni istifadəyə verilmiş konfrans zalında Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenşteyn Cəmiyyətinin prezidenti prof. Dr. Ziqlinde HartmanınOrta əsrlər ədəbiyyatında eşqin təcəssümükitabının təqdimat mərasimi keçirilib.

KitabOrta əsr alman ədəbiyyatına giriş”in ilk bölümünü təşkil edir. Bu bölümlər Bakı Slavyan Universitetində (BSU) oxuyan mühazirələrin toplusudur. Bu nəşrlə professor Ziqlin Hartman və Kamal Abdullayev Azərbaycan akademik məşğələlərinin praktik əsasını yaratmaq istəyirlər.

Təqdimat mərasimində BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev çıxış edərək kitabın əhəmiyyətindən söhbət açıb:: “Kitabın ən gözəl xüsusiyyətindən biri odur ki, bu kitab həm ədəbiyyat, həm dilçilik, həm də kulturoloji aspektdə yazılıb. İnanıram ki, bu kitab alman ədəbiyyatı ilə maraqlanan hər bir oxucuya, elmi araşdırmalar aparan hər bir tədqiqatçıya və xüsusilə də universitetimizdə alman filologiyası ixtisası üzrə təhsil alan hər bir tələbəyə yararlı olacaqdır”.

Sonra professor Z.Hartman kitab haqqında ətraflı məlumat verib və kitabın işıq üzü görməsində əməyi keçən bütün kollektivə dərin təşəkkürünü bildirib.

Martın 11-də isə Bakı Slavyan Universitetində “Elmi əsərləri”nin Osvald fon Volkenşteyn Cəmiyyəti (Almaniya) ilə birgə hazırladığı xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

 Xatırladaq ki, bu nəşr Bakı Slavyan Universitetinin sözügedən Cəmiyyətlə birgə ilk işi deyil. Belə ki, BSU ilə Almaniyanın Yohannes Quttenberq Universitei Mayns və Osvald fon Volkenşteyn Cəmiyyəti arasında 2008-ci ildən başlayaraq “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı 10 illik layihə həyata keçirilir.

Bu xüsusi buraxılış isə filoloji aləmdə yaxşı tanınan alman şərqşünası, türkoloqu və diplomatı Hainrix F. fon Ditsin adı ilə bağlıdır. 1815-ci ildə Dits qədim oğuz dastanı “Kitabi-Dədə Qorqud”un əlyazmasını ilk dəfə üzə çıxardı. Elə həmin il fon Dits “Təpəgöz”boyunu almancaya tərcümə etməklə yanaşı, eyni zamanda bu möhtəşəm dastan haqqında, onun digər dastanlarla, qədim yunan miflərilə əlaqəsi barədə müfəssəl tədqiqatını nəşr etdirdi. Bu, Avropa oxucusunun “Kitabi-Dədə Qorqud” dastanları ilə ilk tanışlığı idi. Beləliklə, o vaxtdan fon Ditsin adı nəinki alman türkoloji məktəbinin, həm də Azərbaycan filologiyasının unudulmaz adlarından birinə çevrilmişdir. 5 ildən sonra bu möhtəşəm filoloji hadisənin 200 ili tamam olur.

Sonralar “Kitabi-Dədə Qorqud” dastanlarını dil, ədəbiyyat, mədəniyyətşünaslıq obyekti kimi öyrənən bir çox dünyaca məşhur türkoloqlar fəaliyyət göstərdi. Alman, italyan, rus, holland, ingilis, macar, fransız alimləri bu dastanın misilsiz dəyərini zaman-zaman qeyd ediblər. “Qorqudşünaslığ”ın tədqiqi bir istiqamət kimi 1815-ci ildə fon Ditsin kiçik bir kitabının nəşri ilə başladı. Həmin nəşrdən 195 il ötür bu münasibətlə buraxılanElmi əsərlər”in bu günki qloballaşan dövrümüz üçün digər bir əhəmiyyəti mədəniyyətlərarası dialoqa xidmət etməsidir, belə ki, BSU Azərbaycanın digər ali məktəb alimlərinin əsərləri ilə yanaşı, burada Almaniyanın Vürtsburq, Yohannes Quttenberq, Frankfurt universitetlərindən Drezden Sakson Dövlət Universitetindən görkəmli ədəbiyyat dil mütəxəssislərinin məqalələri dərc olunmuşdur. Həmçinin, buraxılışdaKitabi-Dədə Qorquddastanı barədə görkəmli ədəbiyyatşünasların filologiyamızda artıq klassik tədqiqatlar sayılan araşdırmaları öz yerini tapmışdır. “Elmi əsərlər”in xüsusi buraxılışı məhz Hainrix F. fon Ditsin xatirəsinə həsr edilib.

 Bir çox nüfuzlu şəxslərin, alim və tədqiqatçıların, o cümlədən Azərbaycan Mlli Futbol yığmasının baş məşqçisi Berti Foqtsun da qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi professor Kamal Abdullayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb: “Bu gün biz çox mühüm və əlamətdar bir buraxılışın təqdimat mərasiminə toplaşmışıq. 5 ildən sonra fillologiyamız üçün böyük olan bu hadisənin 200 ili tamam olacaqdır. Elmi əsərlərin bu buraxılışını həmin yubileyə hazırlıq kimi də qiymətləndirmək olar. Bu xüsusi buraxılışın işıq üzü görməsində iştirak edən, əməyi keçən professor Hartmana, məqalələri dərc edilən Azərbaycan və Alman alimlərinə xüsusi təşəkkürümü bildirirəm. Bu elmi əsərlərin xüsusi buraxılışının bir önəmli çəkisi də ondan ibarətdir ki, bu nəşr Dədə Qorqud dastanlarına həsr olunsa da, eyni zamanda Dədə Qorqud dastanlarının mənəvi qardaşı olan Nibelunqlar nəğməsinə də həsr oluna bilər. Bu iki dastanın dünya mədəniyyəti xəzinəsinə verdiyi dəyərləri artıq iki ildir ki, birgə öyrənirik və irəlidə bizi “Dədə Qorqud”la “Nibelunq nəğmələri”nin yeni təması gözləyir. Azərbaycan Avropaya ancaq iqtisadiyyatı, ancaq elmi və təhsili ilə deyil, eyni zamanda mədəniyyəti ilə inteqrasiya olunmaqdadır. Bu bizim cəhdimizdir. Mən Alman həmkarlarımıza təşəkkür etmək istəyirəm ki, bu cəhdimizdə, bu inteqrasiya yolunda Azərbaycan alimlərini, Azərbaycan mənəvi dəyərlərini belə yüksək qiymətləndirirlər və onu öyrənməkdə bizimlə birgə səy gösrərirlər”.

 Mərasimdə çıxış edən Osvald fon Volkenşteyn Cəmiyyətinin rəhbəri professor Ziqlinde Hartman bu möhtəşəm layihə haqqında ətraflı məlumat verib: “Əziz qonaqlar, dəyərli rektor, ilk növbədə alman germanistləri adından iki mədəniyyət arasında körpü yaratmağda verdiyiniz əməyə və göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Bilirsiniz ki, dünyada qloballaşma prosesləri gedir və bu zaman Şərq və Qərb universitetlətinin birlikdə işləməsinin, inteqrasiya etməsinin hər iki ölkə üçün çox böyük əhəmiyyəti vardır. Bu layihəni həyata keçirməkdə bizə çox böyük dəstək verən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təşəkkür etmək istəyirəm”.

Tədbirə qatılan Azərbaycan Milli Futbol yığmasının baş məşqçisi, dünya çempionu Berti Foqts çıxış edərək bildirib: “Çox sevindirici haldır ki, Azərbaycanla Almaniya arasındakı münasibətlər yalnız siyasi, iqtisadi və idman sahəsində deyil, eyni zamanda mədəni sahədə də yüksək inkişaf etməkdədir”.

Tədbirdə millət vəkili Asim Mollazadə, Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli, Münhendəki Helmholz adına elmi mərkəzin şöbə müdüri, Ştutqard Universitetinin professoru Maqsud Əfəndiyev, Azərbaycan İctimai Siyasi Universitetinin rektoru Rasim Nəbiyev, BSU-nun professorları İlyas Həmidov, Məmməd Kocayev və digərləri çıxış edərək elmi əsərlərin xüsusi buraxılışının əhəmiyyətini vurğuladılar və bu nəşri iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafında güclü təkan kimi qiymətləndiriblər.

Təqdimat mərasiminin sonunda BSU-nun rektoru professor Kamal Abdullayev tərəfindən Azərbaycan şairi Mirzə Şəfi Vazeh və Alman şairi və tərcüməçisi Bodenştedt yaradıcılığının birgə öyrənilməsi ilə bağlı maraqlı təşəbbüs irəli sürülüb.

 

 

S.QARAYEVA  

 

525-ci qəzet.- 2011.- 12 mart.- S.15.