Təhsil sistemində akkreditasiya: əsas məqsəd – keyfiyyəti
yüksəltməkdir
Təhsil müəssisələrinin
akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin
maddi-texniki bazasının, təhsil proqramlarının, kadr
potensialının, maliyyə resurslarının və təhsil
infrastrukturunun qəbul olunan dövlət standartlarına
uyğunluğunu müəyyən etmək məqsədilə
aparılır və təhsil müəssisəsinin statusunun
müəyyən edilməsi, onun növbəti beş il
müddətinə uzadılması üçün hüquqi
təminat yaradır. Təhsil müəssisələrində
təhsilin keyfiyyətinə dövlət-ictimai nəzarət
forması kimi akkreditasiyanın əsas məqsədi vətəndaşların
təhsil sahəsində Konstitusiya ilə müəyyən
edilən hüquqlarının və təhsil müəssisələrinin
fəaliyyətinin təhsil qanunvericiliyi və dövlət təhsil
standartlarının tələbləri səviyyəsində
qurulmasını təmin etməkdən ibarətdir. Təhsil
naziri Misir Mərdanovun sözlərinə görə, təhsil
müəssisəsinin akkreditasiyası hər beş ildə
bir dəfə Təhsil Nazirliyinin müəyyənləşdirdiyi
qrafik üzrə həyata keçirilir. Yeni
yaradılmış təhsil müəssisəsinin, eləcə
də fəaliyyətdə olan təhsil müəssisələrində
yeni təhsil proqramlarının akkreditasiyası ilk
buraxılış olduqdan sonra həyata keçirilir. Təhsil
müəssisəsinin akkreditasiyası onun keçirilməsinin
təşkili, təhsil müəssisəsinin
özünütəhlili, akkreditasiya komissiyasının
araşdırma aparması, akkreditasiya haqqında
arayışın hazırlanması və təhsil müəssisəsinin
statusu müəyyən edildikdən sonra müvafiq keyfiyyət
sənədinin – sertifikatın hazırlanması mərhələlərindən
ibarətdir. Nazir deyir ki, təhsil müəssisəsini
akkreditasiyadan keçirmək üçün Təhsil
Nazirliyi mütəxəssislərdən ibarət komissiya
yaradır. Bu komissiya bir ay müddətində təhsil müəssisəsinin
hesabatını yerində araşdırır və sonuncu
kursda təhsil alanların biliyinin attestasiyasını
keçirir. Komissiya təhsil müəssisəsinin
hesabatı ilə öz araşdırmalarının nəticələrini
tutuşduraraq təhsil müəssisəsinin fəaliyyəti
barədə yekun arayış hazırlayır. Arayış
tanış olmaq üçün təhsil müəssisəsinin
rəhbərinə verildikdən bir həftə sonra Təhsil
Nazirliyinin Akkreditasiya şöbəsində aidiyyəti olan
digər şöbələrin rəhbərlərinin və
akkreditasiya komissiyası üzvlərinin iştirakı ilə
onun ilkin müzakirəsi keçirilir. Akkreditasiya şöbəsi
müzakirə zamanı irəli sürülən rəy və
təklifləri də nəzərə alaraq yekun
arayışı təhsil müəssisələrinin
akkreditasiyasını keçirmək üçün təhsil
nazirinin əmri ilə yaradılmış və daimi fəaliyyət
göstərən Akkreditasiya Şurasının müzakirəsinə
çıxarır: “Şura dövlət təhsil
standartlarının tələblərinə uyğun
hazırlanmış və təhsil nazirinin təsdiq etdiyi
meyarlar əsasında təhsil müəssisəsinin statusunu
müəyyən edir, onun tam şəkildə və ya
ayrı-ayrı təhsil proqramları üzrə
akkreditasiyadan keçib-keçməməsi barədə qərar
qəbul edir. Bu qərarın əsasında təhsil naziri təhsil
müəssisəsinin akkreditasiyası barədə əmr
verir. Həmin əmrlə təhsil müəssisəsinin
statusu və həyata keçirilən təhsil proqramları
təsdiq olunur. Akkreditasiyadan keçmiş təhsil müəssisəsinə
müvafiq keyfiyyət sənədi– sertifikat verilir”. M.Mərdanovun
dediyinə görə, Təhsil Nazirliyinin Akkreditasiya
şöbəsi “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi”
alt komponenti çərçivəsində aparılan
islahatlara və “Təhsil haqqında” qanununun 16-cı maddəsinə
uyğun olaraq yaradılıb. Şöbəninə sas vəzifələri
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil
müəssisəsinin fəaliyyətinin dövlət təhsil
standartlarının tələblərinə uyğunluğunu
müəyyənləşdirir, onun tam şəkildə və
ya ayrı-ayrı təhsil proqramları üzrə
akkreditasiyadan keçməsini, bu nizamnamənin 1.4 bəndində
nəzərdə tutulmuş təhsil müəssisələrinin
lisenziyalaşdırılmasını təşkil etmək, hər
tədris ili üçün təhsil müəssisələrinin
akkreditasiyadan keçmə qrafikini hazırlayır və təsdiq
olunmaq üçün Nazirliyin rəhbərliyinə təqdim
etməkdir. Təhsil müəssisələrinə qrafiklə
müəyyən olunmuş akkreditasiyanın keçiriləcəyi
vaxt barədə rəsmi məlumat vermək, təhsil müəssisələrinin
akkreditasiyasının keçirilməsi üçün
müvafiq komissiyalar yaradır və onların işini əlaqələndirmək,
ayrı-ayrı təhsil müəssisələrindən
Nazirliyə daxil olan özünütəhlil hesabatını
və digər zəruri sənədləri vaxtında
Akkreditasiya komissiyasına təqdim etməkdir. Akkreditasiya
komissiyasının normal fəaliyyəti üçün təhsil
müəssisəsi ilə birlikdə müvafiq tədbirlər
həyata keçirmək, təhsilalanların biliyini qiymətləndirmək
üçün müvafiq tədbirlər görmək, təhsil
müəssisələrinin akkreditasiyasının nəticələri
barədə komissiyanın Nazirliyə təqdim etdiyi
arayışı nəzərdən keçirir, ilkin
müzakirə aparır, məsələni Akkreditasiya
şurasının müzakirəsinə çıxarmaq
üçün müvafiq təqdimat hazırlayır,
akkreditasiyanın nəticəsi barədə verilmiş əmrə
müvafiq olaraq keyfiyyət sənədi – sertifikat
hazırlayır və təsdiqə təqdim edir. Təhsil
müəssisələrinin akkreditasiyasının nəticələri
barədə sənədlər toplusu, təhsil müəssisələrinin
lisenziyalaşdırılmasını və lisenziyası
başa çatmış müəssisələrin yenidən
lisenziyalaşdırılmasını təşkil edir, təhsil
müəssisələrinin fəaliyyətinə xüsusi
razılıq verilməsindən bir il sonra onların fəaliyyətinin
monitorinqini aparır. Eyni zamanda yeni ixtisasların
açılması və həyata keçirilməsində
mövcud qaydalara əməl olunmasına nəzarət edir, hər
bir təhsil müəssisəsinə lisenziya verilməsi və
ya onun təkrar lisenziyalaşdırılması
üçün komissiya yaradır, onun işini təşkil
etməkdir. Şöbənin hüquqlarına səlahiyyətinə
aid olan məsələlər üzrə hüquqi-normativ sənədləri
əldə etmək, Təhsil Nazirliyinin digər struktur
bölmələrindən lazımi məlumatları almaq,
istifadə etmək, müvafiq nazirlik, komitə və təşkilatlardan
məlumatlar almaq, şöbənin işi ilə bağlı
seminarlar, müşavirələr keçirmək, təhsil
müəssisələrinin akkreditasiyası,
lisenziyalaşdırılması ilə bağlı beynəlxalq
təcrübəni öyrənmək, istifadə etmək, səlahiyyətlərinə
daxil olan məsələlər üzrə Təhsil Nazirliyini
başqa nazirliklərdə, beynəlxalq humanitar, yerli ictimai təşkilatlarda
təmsil etməkdir. Nazirin sözlərinə əsasən,
şöbənin iş planı 5 istiqamət üzrə
müəyyənləşdirilib. Bunlar təhsil müəssisələrinin
lisenziyalaşdırılması ilə bağlı
görüləcək işlər, lisenziya şərtlərinə
əməl olunması vəziyyətinin monitorinqi ilə
bağlı məsələlər, şöbənin fəaliyyəti
üçün zəruri olan sənədlərin
hazırlanması, təhsil müəssisələrinin
akkreditasiyasının keçirilməsi ilə əlaqədar
görüləcək təşkilatı işlər, nazirin
yanında müzakirə olunacaq məsələləridir. Təhsil
naziri bildirib ki, təhsil müəssisələrinin
akkreditasiyasının keçirilməsi ilə əlaqədar
2010-2011-ci tədris ili üçün təhsil müəssisələrinin
akkreditasiyası qrafikinin hazırlanıb, təsdiqə təqdim
olunub, akkreditə olunacaq təhsil müəssisələrinə
xəbərdarlıq məktubu göndərilib,
akkreditasiyanın keçirilməsi qaydalarının izahı
ilə bağlı təhsil müəssisələrində
treninqlər keçirilib, təhsilalanların biliyinin
attestasiyası zamanı istifadə olunacaq test
tapşırıqlar hazırlanıb. Təhsil müəssisəsində
daxili akkreditasiyanın keçirilməsi məqsədilə
sonuncu kursda əyani təhsil alanların biliyinin yoxlanması
üçün hazırlanan test suallarının
ekspertizası təşkil olunub, təhsil müəssisəsində
daxili akkreditasiyanın keçirilməsi prosesi ilə
tanışlıq, təhsil müəssisəsinin
akkreditasiyasının keçirilməsi üçün
Akkreditasiya komissiyasının tərkibi müəyyənləşdirilib.
Mütəxəssislərin işlədiyi müəssisələrin
rəhbərlərindən onların Akkreditasiya
komissiyasının tərkibinə daxil edilməsi barədə
razılıq alınıb, akkreditasiya komissiyasının
yaradılması barədə təqdimatın və əmr
layihəsi hazırlanıb, akkreditasiya komissiyasının tərkibinə
daxil edilmiş mütəxəssislərin işlədiyi
müəssisələrin rəhbərlərinə Nazirliyin
müvafiq göndərilməsi, həmin müəssisələrə
Komissiyanın tərkibində fəaliyyəti müddətində
müvafiq şərait yaradılıb, akkreditasiya
komissiyasının işinin əlaqələndirilməsi,
onun ilk iclasının keçirilməsi barədə məlumatın,
bütün zəruri sənədlərin Komissiya üzvlərinə
çatdırılıb. Təhsil müəssisəsinin rəhbərliyi
ilə birlikdə Akkreditasiya komissiyasının normal fəaliyyəti
üçün şəraitin yaradılması, təhlil
aparılması üçün zəruri olan sənədlərin
komissiyaya təqdim edilib, təhsil müəssisəsinin rəhbərliyi
ilə birlikdə sonuncu kursda əyani təhsil alanların
biliyinin attestasiyası zamanı istifadə olunacaq otaqların
imtahanlara hazırlanıb, təhsilalanların biliyinin
attestasiyası zamanı nəzarətçilər təlimatlandırılıb.
Təhsilalanların cavab kartlarının yoxlanması təşkil
olunub, komissiyanın yekun arayış hazırlamasına nəzarət
edilib, yekun arayışla təhsil müəssisəsinin rəhbərləri
tanış edilib, yekun arayışın Akkreditasiya
şöbəsində baxılıb Akkreditasiya
şurasının müzakirəsinə
çıxarılması üçün müvafiq təqdimat
hazırlanıb: “Təhsil müəssisələrinin
lisenziyalaşdırılması ilə bağlı lisenziya
almaq üçün müraciət edən təhsil müəssisələrinin
lisenziyalaşdırılması, lisenziya müddəti
başa çatan təhsil müəssisələrinin yenidən
lisenziyalaşdırılması qrafikinin hazırlanması,
lisenziya almaq üçün hüquqi və fiziki şəxslərin
Təhsil Nazirliyinə daxil olan ərizə və sənədlərinin
qeydiyyatı, onların uçotunun aparılması, lisenziya
alınması barədə Təhsil Nazirliyinə daxil olan
müraciətlərin araşdırılması
üçün neytral şəxslərdən ibarət
müstəqil ekspert qrupunun tərkibinin müəyyənləşdirilməsi,
ekspertlərin cəlb edildiyi müəssisələrin rəhbərlərindən
həmin şəxslərin ekspert qrupunun tərkibinə daxil
edilməsi barədə razılığın
alınması, ekspert qrupunun yaradılması barədə təqdimatın
və əmr layihəsinin hazırlanması işi həyata
keçirilib. Həmçinin ekspert qrupunun tərkibinə
daxil edilmiş şəxslərin işlədiyi müəssisələrin
rəhbərlərinə Nazirliyin müvafiq əmrinin göndərilməsi
və həmin şəxslərə ekspert qrupunun tərkibində
fəaliyyəti müddətində müvafiq şəraitin
yaradılması, ekspert qrupunun rəy, təkliflərinə
şöbədə baxılması, sənədlərin
düzgünlüyünün yoxlanması, zəruri sənədlərin
toplanması, Təhsil Nazirliyinin əmrinə müvafiq olaraq
lisenziya blankının doldurulması, müəssisələrin
fəaliyyətinə lisenziya verilməsi barədə
qeydiyyatın aparılması, lisenziya verilməsinə imtina
edilən şəxslərə əsaslandırılmış
yazılı məlumatın göndərilməsi işi yerinə
yetirib”. M.Mərdanov qeyd edib ki, ötən il şöbə
ilk olaraq onun Əsasnaməsi, “Təhsil müəssisələrinin
akkreditasiyası qaydaları”nın layihəsini və təhsil
müəssisələrinin statusunu müəyyənləşdirən
meyarları hazırlanıb, təsdiqə təqdim edib. Lisenziya
komissiyasının tərkibinin layihəsini hazırlanıb,
2010-2011-ci tədris ili üçün təhsil müəssisələrinin
akkreditasiyası qrafiki hazırlanmış və akkreditə
ediləcək təhsil müəssisələrinə xəbərdarlıq
məktubu göndərilib, akkreditasiyanın aparılması
qaydalarının izahı ilə bağlı təhsil müəssisələrində
treninqlər keçirilib. Təhsil müəssisəsində
daxili akkreditasiyanın keçirilməsi məqsədilə
sonuncu kursda təhsilalanların biliyinin attestasiyası
zamanı istifadə olunan test tapşırıqlarının
hazırlanması, ekspertizadan keçirilməsi təşkil
olunub, akkreditasiya komissiyasının tərkibinə daxil
edilmiş mütəxəssislərin rəhbərlərinə
Nazirliyin müvafiq əmri göndərilmiş və həmin
mütəxəssislərə onların Komissiyanın tərkibində
fəaliyyəti müddətində müvafiq şərait
yaradılıb. Təhsil müəssisəsinin rəhbərliyi
ilə birlikdə sonuncu kursda əyani təhsil alanların
biliyinin attestasiyası zamanı istifadə olunacaq otaqlar
imtahana hazırlanıb, bu prosesə cəlb olunan nəzarətçilər
təlimatlandırılıb: “Akkreditasiya şöbəsi həmçinin
təhsil müəssisələrinin
lisenziyalaşdırılmasını həyata keçirir. Təhsil
müəssisəsinə xüsusi razılıq prezidentinin “Bəzi
fəaliyyət növlərinə xüsusi razılıq
verilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında” fərmanı, Nazirlər Kabinetinin “Fəaliyyət
növlərinin xüsusiyyətindən asılı olaraq
xüsusi razılıq verilməsi üçün tələb
olunan əlavə şərtlər barədə” qərarı,
sonrakı illərdə onlara edilmiş dəyişikliklər,
əlavələr əsasında verilir. Lisenziya Azərbaycanın
hüquqi və fiziki şəxslərinin təsis etdiyi bələdiyyə,
özəl təhsil müəssisələrinə, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin,
xarici hüqüqi şəxslərin təsis etdiyi təhsil
müəssisələrinin fəaliyyəti üçün
nəzərdə tutulub”. Nazir vurğulayıb ki, Akkreditasiya
şöbəsi fəaliyyətə başladığı
gündən lisenziya ilə bağlı şöbəyə
daxil olan müraciətləri araşdırıb, müvafiq
komissiyalarla müraciət etmiş müəssisələrə
baxış keçirərək arayışlar
hazırlayıb və Lisenziya komissiyasına təqdim edib. M.Mərdanov
deyib ki, şöbə 2011-ci ilə iş planı 5 istiqamət
üzrə müəyyənləşdirilib: təhsil müəssisələrinin
lisenziyalaşdırılması ilə bağlı
görüləcək işlər, lisenziya şərtlərinə
əməl olunması vəziyyətinin monitorinqi ilə
bağlı məsələlər, şöbənin fəaliyyəti
üçün zəruri olan sənədlərin
hazırlanması, təhsil müəssisələrinin
akkreditasiyasının keçirilməsi ilə əlaqədar
görüləcək təşkilati işlər, nazirin
yanında müzakirə olunacaq məsələlər.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2011.- 12 mart.- S.8.