Oqtay Sadıqzadənin 90 illik yubileyilə bağlı sərgi açılıb

 

R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik yubileyi münasibətilə sənətkarın fərdi yaradıcılıq sərgisinin açılış mərasimi gerçəkləşib.

 Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə təşkil olunan sərgidə Oqtay Sadıqzadənin 100-dək rəngkarlıq qrafika əsərləri nümayiş olunub. Mədəniyyət turizm naziri Əbülfəz Qarayev tədbirdə çıxış edərək bildirib ki, on gün ərzində tamaşaçılar görkəmli fırça ustasının forma məzmununa, ideya-bədii mahiyyətinə, yüksək peşəkarlıq orijinal üslubuna görə bir-birindən fərqlənən əsl sənət əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar: “Azərbaycan mədəniyyətinə böyük töhfə əsl sənət hadisəsi olan sərgidə görkəmli fırça ustasının çox maraqlı əl işləri nümayiş etdirilir. Rəssamın əl işləri Azərbaycanda onun hüdudlarından kənarda da təşkil olunan onlarla sərgidə uğurla nümayiş etdirilərək, ölkəmizin milli mədəniyyətinin təbliğinə xidmət göstərib”.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov başqaları çıxış edərək Oqtay Sadıqzadənin yaradıcılığı, əsərlərinin orijinal xüsusiyyətləri haqqında danışıblar. Oqtay Sadıqzadənin əsərləri hazırda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi muzeylərində, C.Cabbarlı adına Dövlət Teatr Muzeyində, Ü.Hacıbəylinin, S.Vurğunun, Bülbülün, H.Cavidin ev-muzeylərində, Dövlət Rəsm Qalereyasında, Naxçıvanın muzey və qalereyalarında, Moskva Dövlət Tretyakov Qalereyasında, Orenburq, Lvov, Ulyanovsk şəhər muzeylərində saxlanılır.

Bundan əlavə, ustad sənətkarın tabloları Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsrail, Rusiya, Belarus Pakistanda bir çox şəxsi kolleksiyaları bəzəyir.

Sərgi martın 25-dək davam edəcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 17 mart.- S.7.