Gənc Tamaşaçılar
Teatrı – sənət məbədi və mənəvi dəyərlərin
güzgüsü kimi
Milli-mənəvi dəyərlər
insanları birləşdirə biləcək başlıca
qüvvədir. Hər bir xalqın milli-mənəvi dəyərləri
onun milli mənəviyyatının əsas göstəriciləridir.
Bu mənəviyyat isə tarix və gerçəkliklər, zəngin
mədəniyyət və incəsənət, qədim adət
və ənənələrdən qaynaqlanır. Dünyaya
örnək ola biləcək mədəniyyəti, milli mənəvi
dəyərləri, zəngin adət-ənənələri
Azərbaycan xalqının inkişafında və bir millət
kimi dünya səhnəsində layiqli yer tutmasında
başlıca rol oynayıb. Burada əsas rollardan birini də zəngin,
möhkəm tarixi köklərə dayanan Azərbaycan
teatrı təşkil edir. Azərbaycan teatrları arasında
özünəməxsus yeri olan teatrlardan biri də Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrıdır.
Bu sənət
ocağı mədəniyyət aləminə pioner və məktəblilərin
bədii özfəaliyyət dram dərnəklərinin əsasında
yaranan Bakı Uşaq Teatrı kimi qədəm qoyub.
1927-ci İL MARTIN
15-DƏ BAKIDA YENİ BİR TEATRIN AFİŞASI
GÖRÜNDÜ.
Afişada: “Bu gün Pioner dəstə
rəhbəri Lətif Kərimlinin quruluşunda
“Fırtına” tamaşası göstəriləcəkdir”
sözləri yazılmışdı. 14
yaşlı Ağadadaş Qurbanovun təşəbbüsü
ilə hazırlanan bu tamaşa respublikamızda uşaq
teatrının yaranmasının təməlini qoydu. 1928-ci ildə Azərbaycan Xalq Maarif
Komissarlığının qərarı ilə Bakı
Uşaq teatrı rəsmi olaraq fəaliyyətə
başladı. Teatrın ilk aktyorları və
rejissorları Ağadadaş Qurbanov, Məmmədağa
Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov,
Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov,
Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər
Nemətov, Məhərrəm Haşımov, Əliməmməd
Atayev və başqaları oldular. Teatrın rus bölməsi
1928-ci il noyabr ayının 06-da N.Smirnov və
S.Şerbakovun “Beş nəfər” pyesi əsasında
hazırlanmış eyniadlı tamaşa ilə, Azərbaycan
bölməsi isə 1930-cı il yanvar ayının 30-da
N.İvanterin “Qırmızı qalstuk əleyhinə” adlı əsəri
ilə öz fəaliyyətinə başladı. 1936-cı il iyul ayının 18-dən etibarən Bakı
Uşaq teatrı Azərbaycan Xalq Maarif
Komissarlığının əmrinə əsasən “Azərbaycan
Dovlət Gənc Tamaşaçılar Teatrı” adlandırıldı
və ona Maksim Qorkinin adı verildi. 1936-cı
ildə Moskvada rejissorluq fakültəsini başa vuran Məhərrəm
Haşımov teatrın baş rejissoru təyin olundu. Məhərrəm Haşımov teatrın hər iki
bölməsində V.Lyubimovanın “Seryoja Streltsov” əsərini
müvəffəqiyyətlə tamaşaya hazırladı.
1937-ci İLDƏ GÖRKƏMLİ ƏDİB
ABDULLA ŞAİQ TEATRIN ƏDƏBİ HİSSƏ
MÜDİRİ TƏYİN OLUNDU.
O dövrdə Abdulla
Şaiqin “Xasay”, “Eloğlu”, “Fitnə”, Mirmehdi Seyidzadənin
“Qızılquş”, “Nərgiz”, Əyyub Abbasovun “Azad”, “Məlikməmməd”
tamaşaları teatrın önəmli yaradıcılıq
nailiyyətləri idi. 1940-cı ilin noyabr
ayında teatr Moskvada keçirilən Sovet Uşaq
Teatrlarının 1 Ümumittifaq baxışında iştirak
edərək, rusiya teatr ictimaiyyəti və digər
iştirakçı ölkə nümayəndələri tərəfindən
böyük hərarətlə qarşılandı. Kollektiv bu nüfuzlu tədbirdə Sabit Rəhman və
Adil İskəndərovun “Partizan Məmməd”, Əliməmməd
Atayev və Əhməd Əhmədovun “Seyran” pyesləri əsasında
hazırlanmış tamaşalarını təqdim etdi.
II dünya müharibəsindən sonrakı illərdə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
repertuarında ən yaxşı tamaşalardan sayılan “Fitnə”,
“Qaraca qız”, “Skapenin kələyi”, “Polad necə bərkidi”,
“Hacı Qənbər”, “Sevinc” öz profesionallığı
ilə seçilirdi. Teatr 1952-ci ili yeni binada
qarşıladı və həmin dövrdəki fəaliyyəti
xüsusilə Yusif Əzimzadənin “Anacan”, “Aprel səhəri”,
Rauf İsmayılovun “İki həyat”, Məmmədhüseyn Təhmasibin
“Çiçəkli dağ”, Ə.Abbasovun “Aqil və Sərvinaz”,
rus bölməsində isə “Pavlik Morozov”, “Sombrero”, “Valya
Kotik”, “Polad üzük” kimi tamaşalarla əlamətdar oldu.
1954-cü il fevralın 28-də Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının 25
illik yubileyi təntənəli surətdə qeyd edildi. Yubiley
günlərində Azərbaycanda Uşaq və Gənclər
teatrının yaranması və inkişafındakı xidmətlərinə
görə Məhərrəm Haşımov, Əliağa
Ağayev və Ağadadaş Qurbanov respublikanın xalq
artisti, dramaturq Ə.Abbasov, rejissor Zəfər Nemətov, rəssam
Nikolay Ovçinnikov Azərbaycan SSR Əməkdar incəsənət
xadimi, rejissor Kamal Həsənov, artistlərdən Məmmədağa
Dadaşov, Yusif Dadaşov, Süleyman Ələsgərov, Cəvahir
İskəndərova, Aleksey Lejnyov, A.Lızina Respublikanın Əməkdar
Artisti fəxri adı ilə təltif olundu. Yubileydən sonra
teatr özünün 26-cı mövsümünü
1954-cü il sentyabrın 10-da Cəfər
Cabbarlının “Yaşar” pyesinin tamaşası ilə
açdı. 1955-ci ilin oktyabrında teatr ilk dəfə
olaraq, Uilyam Şekspirin yaradıcılığına
müraciət edərək, böyük dramaturqun “İki
veronalı” pyesini tamaşaya hazırladı. Hər bir teatra yeni aktyor nəslinin gəlişi
yaradıcılıq prosesinin, teatrda yeni abu-havanın
yaranmasına təkan verir. Məhz 50-ci illərdə
yeni aktyor nəslinin nümayəndələri Firəngiz
Şərifovanın, Osman Hacıbəyovun, Rəhilə Məlikovanın,
İrina Vasilyevanın, Georqiy Sıqankovun, Tamara
Razumovskayanın və başqalarının teatra gəlişi
ilə kollektivdə bir canlanma yarandı.
GƏNC TAMAŞAÇILAR TEATRININ
60-cı İLLƏRDƏKİ FƏALİYYƏTİ
XÜSUSİLƏ SƏMƏRƏLİ OLUB.
Öz tarixində ən məhsuldar
dövr kimi qiymətləndirilib. Teatrın
baş rejissoru həssas pedaqoq, mahir təşkilatçı
Zəfər Nemətovun bu sahədəki işi xüsusilə
fərqlənib. Onun baş rejissor
olduğu çoxillik fəaliyyəti dövründə
teatrda yeni dramaturq, aktyor, rejissor nəsli yetirib. Məhz o illərdə teatr ideya-bədii istiqamətində
və pedaqoji sahədə yüksək səviyyəyə
qalxa bilib. Xüsusilə, ailə və məktəb
əlaqələrinin vəhdəti üçün əsaslı
zəmin yaradılıb. Dramaturqlardan Rauf
İsmayılovun, İskəndər Coşğunun, Əfqan Əsgərovun,
Hüseyn Nəcəfovun, Qeybulla Rəsulovun “İki həyat”,
“Komsomol poeması”, “O mənim oğlumdur”, “Valya Kotik”, “Əlvida,
Hindistan” əsərləri bilavasitə Zəfər Nemətovun
rəhbərliyi, istedad və bacarığı sayəsində
sənət nümunəsinə çevrilib. Əminə
Yusifqızı, Solmaz Qurbanova, Firdovsi Naibov, Zərnişan Fətəliyeva,
Sona Babayeva, Həsən Əbluç, Viktor Semerenko, İvetta
Ryabova, Arnold Xarçenko, Nelli Məmmədova, Tatyana Xaritonova
və başqaları məhz Zəfər Nemətovun
rejissor-pedaqoq kimi yetirdiyi istedadlı aktyorlar idi. 1967-ci ildə
ilk dəfə təsis olunmuş Respublika Lenin Komsomolu
Mükafatı laureatı adına “Komsomol poeması”
tamaşasının bir qrup yaradıcı heyəti –
quruluşçu rejissor Zəfər Nemətov, rəssam Altay Səidov,
aktyorlardan Yusif Vəliyev, Hüseynağa Sadıxov,
Süleyman Ələsgərov, Osman Hacıbəyov, bəstəkar
Fikrət Əmirov və dramaturq İskəndər
Coşğun layiq görüldü. Fəaliyyəti
dövründə Gənc Tamaşaçılar
Teatrının səhnəsində Azərbaycan, rus və
dünya klassiklərinin inciləri özünə layiqli yer
tutub. Mirzə Fətəli Axundovun “Xırs quldurbasan”, Əbdürrəhimbəy
Haqverdiyevin “Bəxtsiz cavan”, Cəfər Cabbarlının
“Yaşar”, Nikolay Qoqolun “Müfəttiş”, Viktor Hüqonun
“Qavroş” və başqa pyesləri bütün illərdə
teatrın repertuarında mühüm yer tutub. Yarandığı
ilk illərdən müasirliyə meyl edən, vacib həyati məsələlərə,
cəmiyyətin ağrılı sahələrini qabardan, həmişə
bu ənənələri yaşadan teatrda yeni, istedadlı
yaradıcı nəsil yetişdi. Öz
isti nəfəsini, ağıl və düşüncəsini,
məhəbbətini teatrın inkişafına sərf edən
yeni gələn hər nəsil ona yeni təravət bəxş
etdi. Estafeti qəbul edən istedadlı aktyorlardan Tariyel
Qasımov, Gülşən Qurbanova, Yasin Qarayev, Almaz
Mustafayeva, Sona Babayeva, Azər Mirzəyev. Mübariz Əlixanoğlu,
Ədalət Məmmədov, R. Qəniyev, K.Artyomov,
Z.Xarçenko, rejissorlardan A.Nemətov, M.Tağıyev, H.Əbluc,
rəssamlardan T.Tahirov, E.Məmmədov kimi istedadlı şəxsiyyətlərin teatrın ümumi
yaradıcılıq uğurlarında layiqli yeri var. Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı 1989-cu ildə
öz tamaşaçılarını yeni – hazırkı
binasında qarşılayıb. Öz ənənəsinə
sadiq qalaraq,
YARADICI KOLLEKTİV HƏR
MÖVSÜMDƏ YENİ VƏ MARAQLI TAMAŞALARLA DAHA
GENİŞ AUDİTORİYANI ƏHATƏ ETMƏYƏ
ÇALIŞIB.
Teatr 1989-cu ilin dekabrında
Kamal Aslanovun “Yuxulama” tamaşası ilə Moskvada keçirilən
beynəlxalq teatr festivalında, 1993-cü ildə isə
Daşkənd şəhərində keçirilən “Şərq-Qərb”
Teatr festivalında uğurla çıxış etdi. Daha sonrakı illərdə teatr
yazıçı-dramaturq Elçinin “Mahmud və Məryəm”
romanı əsasında hazırlanan tamaşa ilə 2002-ci ildə
Tatarstanın paytaxtı
ÖTƏN MÜDDƏT ƏRZİNDƏ
TEATRDA 500-dən ARTIQ YENİ TAMAŞA HAZIRLANIB, 33505 tamaşa
göstərilib və 8042000 tamaşaçı ondan bəhrələnib.
Demək olar ki, ölkənin
bir çox dövlət xadimləri, alimlər,
yazıçılar, bəstəkarlar, əmək və
müharibə qəhrəmanları məhz bu teatrda
hazırlanan tamaşaların təsiri altında
böyüyüb, boya-başa çatıb. Bu gün teatr daha geniş kollektivlə və daha zəngin
repertuarla fəaliyyət göstərir. Nazirlər
Kabinetinin 19 mart 2009-cu il 41 saylı qərarına əsasən
Azərbaycan Dövlət Gənclər Teatrı və 30
sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı
Kamera Teatrı Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrına birləşdirilib. Teatrda
müasir dramaturgiyamızın ən maraqlı nümunələri
ilə yanaşı dünya və Azərbaycan klassiklərindən
Vilyam Şekspirin, Jan Batist Molyerin, Fridrix Şillerin, Karlo
Qoldoninin, Fonvizinin, Aleksandr Puşkinin, Aleksandr Ostrovskinin,
Nikolay Qoqolun, Mirzə Fətəli Axundovun, Nəcəf Bəy
Vəzirovun, Nəriman Nərimanovun, Cəfər
Cabbarlının, Süleyman Sani Axundovun, Abdulla Şaiqin və
başqalarının əsərləri də öz əksini
tapıb. Azərbaycan Milli teatr sənətinin ayrılmaz
qolu olan Dövlət Gənc Tamaşaçılar Teatrı
bir sıra müqtədir səhnə xadimləri
yetişdirib. Bunlardan bir çoxu sonradan
öz yaradıcılıqlarını Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında davam etdiriblər. Xalq artistləri
Ağadadaş Qurbanov, Əliağa Ağayev, Süleyman Ələsgərov,
Firəngiz Şərifova, Yusif Vəliyev, Hüseynağa
Sadıxov, Lütfi Məmmədbəyov, Aleksey Lejnyov, Georqiy
Sıqankov, Xuraman Hacıyeva, Gülşən Qurbanova, Solmaz
Qurbanova, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Əməkdar
Artistlər Məmmədağa Dadaşov, Osman Hacıbəyov,
Rəhilə Məlikova, Susanna Məcidova, Məfxurə
Yermakova, Firdovsi Naibov, Tamara Razumovskaya, Anatoliy Dobronetskiy, Arnold
Xarçenko, Cəvahir İskəndərova, Ruxsarə
Ağayeva, Mübariz Paşayev, Rafiq Hüseynov, Ədalət
Məmmədov, Azər Mirzəyev, Mübariz Həmidov, Lətifə
Əliyeva, Nübar Novruzova, Naibə Allahverdiyeva, Rahib Əliyev,
aktyorlardan Elxan Qurbanov, Almaz Mustafayeva, Şəfəq Əliyeva
artıq Azərbaycan teatr tarixində özünəməxsus
yerə sahibdir. Adları qeyd edilən sənətkarlarla bərabar
hazırda Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Elşən Rüstəmov,
Mehriban Abdullayeva, Kəmalə Hüseynova, Kübra
Dadaşova, Nicat Kazımov, Eyvaz İbrahimov, Vüsal Mehrəliyev,
Qurban İsmayılov, Ayşad Məmmədov, Nəsibə
Eldarova, Şövqi Hüseynov, Leyli Vəliyeva, İlqar
Cahangirov və onlarla başqa istedadlı aktyordan ibarət nəsil
çalışır. Azərbaycan milli teatr sənətinin
inkişafında uzun illik səmərəli fəaliyyətinə
görə Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında hazırda 6 nəfər
prezidentin fərdi təqaüdünə, 7 nəfər isə
prezidentin xüsusi mükafatına layiq görülüb.
Vaxtilə teatrda maraqlı tamaşalara uğurla quruluş
vermiş xalq artistləri Aleksandr Tuqanov, Məhərrəm
Haşımov, Tofiq Kazımov, Ağakişi Kazımov, Azərpaşa
Nemətov, əməkdar incəsənət xadimləri Zəfər
Nemətov, Hüseyn Sultanov, Ulduz Rəfili-Əliyeva, əməkdar
artist Kərim Həsənov kimi rejissorları xalq artistləri
Cənnət Səlimova, Vaqif Əsədov, Rafiq Əliyev kimi
istedadlı sənətkarlar əvəzləyib. Teatr müxtəlif vaxtlarda Moskva, Volqoqrad, Tümen,
GƏNC TAMAŞAÇILAR TEATRI MƏNİM ƏN
ÇOX ZİYARƏT ETDİYİM TEATRLARDANDI.
Və o vaxtlar
baxdığım hər bir səhnə əsəri, aktyor
ifası mənim yadımdadır. Bu
tamaşalara baxan hər bir şagird özü
üçün yaxşı mənada nəsə bir müsbət
fikir götürür. Hansısa bir
ideyanı özü üçün aydınlaşdırır.
Teatr canlı orqanizmdir. Bizi əhatə
edən gündəlik qayğılar teatrın, səhnə əsərinin
mövzusudur. Ətrafımızda baş
verən neqativ hallar satiranın dili ilə səhnədə təcəssümünü
tapır. Tamaşaçı bu mənfi
obraza gülür, lakin eyni zamanda bu obrazın sondakı aqibətini
görür. Özündə olan bu mənfi
xüsusiyyətləri uzaqlaşdırmağa
çalışır”. Direktor teatrda uşaqlar
üçün hazırlanan tamaşaların tərbiyəvi
əhəmiyyətindən danışıb: “Azərbaycan
xalq nağılı “Göyçək Fatma”nı misal gətirək.
Bu tamaşanın azyaşlı seyrçilərimiz
üçün tərbiyəvi əhəmiyyəti olduqca
vacibdir. Burada uşaqlara olunan nəsihətlər
nağıl qəhrəmanlarının dili, bədii təsvir
vasitələri, səhnənin bizə verdiyi imkanlarla,
dekorasiya, kostyum, işıq, musiqi effektləri və
ümumilikdə səhnə komponentləri ilə deyilir”.
M.Həmidovun sözlərinə görə,
müstəqil Azərbaycanın gələcək
inkişafında bilavasitə iştirak edən insanlar bizim gələcəyimiz
olan gənclərdir. Ali təhsil ocaqlarında təhsil alan, sabahın mütəxəssislərini bu
gün biz teatr olaraq düzgün istiqamətləndirməyi
bacarsaq, normal repertuar siyasəti müəyyənləşdirə
bilsək, gənclərin zövqünə uyğun
tamaşalar təqdim etsək bu çox yaxın bir zamanda bəhrəsini
verəcək.
BİNANIN ƏSASLI TƏMİRİNDƏN
SONRA TEATRIN FƏALİYYƏTİ XEYLİ YAXŞILAŞIB.
Əgər 2006-cı ildə
– təmirdən əvvəl yalnız şənbə-bazar
günləri gündüz tamaşaları göstərilirdisə,
təmirdən sonra şənbə-bazar gündüz və
axşam tamaşaları seyrçilərimizə təqdim
olunur: “Texnologiyanın bu cür yüksək inkişafında
əgər biz yetərincə gəncləri teatrımıza
cəlb edə biliriksə, əgər gənclər sosial
şəbəkələrdə bizim tamaşalarımız, bəyəndikləri
səhnə əsəri və aktyor haqqında fikir mübadiləsi
aparırlarsa bu artıq teatr olaraq bizim uğurumuzdur. Bizim bu sahədə hazırlanan tamaşaların bədii
səviyyəsi, quruluşu, aktyor ifası, tərtibatı və
ümumilikdə bütün komponentləri baxımdan
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanır. Tamaşaçıların
mütəmadi teatra ziyarəti bunu deməyə əsas verir”.
Repertuar siyasətindən danışan direktor bildirib ki,
repertuarı müəyyənləşdirərkən isə
daha çox milli-mənəvi dəyər kimi qəbul
etdiyimiz, Azərbaycanın klassik dramaturgiyası ilə
yanaşı, müasir, həm də Avropa və dünya
klassiklərinin əsərlərinə müraciət edilir:
“Tutaq ki, teatra gələn hər hansı bir seyrçi Knut
Hamsunun kim olduğunu bilmir. Teatra gəlməklə
tamaşaçı ən azından Hamsunun görkəmli
Norveç yazıçısı, Nobel mükafatı
laureatı, keçən il bu yazıçının 150
illiyi olduğunu və UNESKO tərəfindən ötən
ilin Knut Hamsun ili elan edildiyini biləcək. Tamaşaya
baxmaqla isə bu görkəmli yazarın hansı qəbildən,
hansı istiqamətdə yazdığı haqqında
geniş təəssürat qazanacaq. Tamaşaçı
həmçinin teatra gələn zaman tamaşanın
proqramı ilə də
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2011.- 18 mart.- S.6.