Azərbaycanca danışaq:
ölkə və onun dili”
PROFESSOR KAMAL ABDULLAYEVİN MACAR
KENESSEY MARİA İLƏ BİRGƏ QƏLƏMƏ
ALDIĞI KİTAB BUDAPEŞTDƏ İŞIQ ÜZÜ
GÖR“ÜB
Xarici ölkələrin tədris
ocaqları və mədəniyyət mərkəzləri
ilə qarşılıqlı
əlaqələr sahəsində
böyük uğurlar
əldə etmiş Bakı Slavyan Universiteti Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin
təbliği ilə bağlı geniş fəaliyyət proqramını
reallaşdırmaqdadır. BSU-nun
bilavasitə iştirakı
və dəstəyi ilə bir sıra
nüfuzlu xarici universitetlərdə Azərbaycanşünaslıq
mərkəzləri açılıb,
dilimizin tədrisinə
başlanıb. Xaricdə
ölkəmizə, ölkə
həyatının ən
müxtəlif sferalarına
artan maraq çeşidli tədris və məlumat xarakterli vəsaitlərin hazırlanmasını zəruri
hala gətirir. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayevin “Azərbaycanca danışaq”
seriyasından ard-arda xarici ölkələrdə
nəşr olunan kitabları məhz bu amaca xidmət
edir. Bu sahədə hələ ki mövcud olan çatışmazlıqların
aradan qaldırılmasında
onun məqsədyönlü
fəaliyyəti əhəmiyyətli
rol oynayır. Xatırladaq ki, 2008-ci ildə müəllifin fransız alimi Mişel Malerblə birgə qələmə aldığı “Azərbaycanca
danışaq. Dil və
mədəniyyət” kitabı
Parisin “HARMATTAN” nəşriyyatında
işıq üzü
görmüşdü. Fransalı
tələbələr, o
cümlədən Azərbaycan
dilinin tədris edildiyi İNALKO – Şərq
dilləri və Sivilizasiyaları İnstitutunun
tələbələri və
bizim zəngin tariximiz və mədəniyyətimizlə maraqlanan
oxucular üçün
nəzərdə tutulmuş
kitaba böyük coğrafi, kulturoloji və filoloji informasiya ilə yanaşı, praktiki səciyyəli zəngin dil materialı, fransızca-azərbaycanca və
azərbaycanca-fransızca danışıq
kitabçası və
lüğət daxil edilib. Bunun ardınca,
ötən il Rumıniyanın “İDEEA Europena”
nəşriyyatında Kamal
Abdullanın rumın dilində “SA VORBIM AZERBAIDJANA. Limba şi
cultura” (AZƏRBAYCANCA DANIŞAQ. Dil və mədəniyyət”)
adlı daha bir kitabı nəşr olunub. Bu günlərdə professor Kamal Abdullayevin macar müəllif Kenessey Maria ilə birgə qələmə aldığı “AZƏRBAYCANCA DANIŞAQ. Ölkə və onun dili” başlıqlı,
bu qəbildən olan daha bir
kitabı Macarıstanın
paytaxtı Budapeştdə
işıq üzü
görüb. Qeyd edək ki, K.Maria
ötən əsrin
70-ci illərində BDU-nun
filologiya fakültəsini
bitirib. Hazırda Budapeşt universitetinin Türkologiya kafedrasının
müəllimidir. Kitabın
ön sözünün
müəllifi Azərbaycanın
Macarıstandakı səfiri
professor Vilayət Quliyev, redaktoru isə dünyaca ünlü türkoloq akademik Hazay Giorgidir. Aldığımız
məlumatda bildirilir ki, macar dilində
işıq üzü
görmüş bu əvəzsiz vəsait kitabxanalara paylanaraq bütün ölkədə
yayımlanacaq.
Bu yaxınlarda Macarıstan Elmlər
Akademiyasında müəlliflərin iştirakı ilə
kitabın təqdimat mərasimi keçiriləcək. Azərbaycanın,
onun mədəniyyətinin və dilinin xaricdə təbliğ
edilməsinə layiqli töhfə olan bu nəşrin özəlliyi
ondadır ki, o təkcə Azərbaycan dili üzrə deyil,
bütövlükdə ölkəmiz, onun tarixi, dili, ədəbiyyatı
və mədəniyyəti, incəsənəti,
coğrafiyası, o cümlədən Dağlıq Qarabağ
həqiqətləri barədə macar oxucularında dolğun
təsəvvür yaratmaq baxımından dəyərli və
etibarlı mənbə və “bələdçi”dir. “Dövlət
emblemləri” sərlövhəsində dövlət atributları
haqqında söz açılır, kitabda ölkəmizin
coğrafiyası, iqlimi, daxili və xarici siyasəti, fauna və
florası, geoloji strukturu və təbii sərvətləri,
xalqımızın mənşəyi və digər sahələr
haqqında macar oxucularına məlumatlar verilir. Dillə
bağlı hissələrdə Azərbaycan
danışıq dili və işlək leksikonundan, qrammatik
quruluşundan söhbət açılır, müqayisəli
nümunələr verilir, müasir danışıq dilində
işlədilən ifadə və sözlərə geniş
yer ayrılır. “Azərbaycan rəqəmlərdə” sərlövhəsində
paytaxt, əsas şəhərlər, pul vahidi, dil və din,
etnik qruplar və sair barədə məlumatlar yer alır. Kitab
Azərbaycan dilini öyrənən macar tələbələri
və dilimizə maraq göstərən geniş oxucu kütləsi
üçün nəzərdə tutulub.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 19 mart.-
S.19.