Varlı qadının kasıblığı

 

Varlı qadınKumık səhnəsində Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində martın 10-da Dağıstan Respublikası Kumık Musiqili Dram Teatrında yazıçı-dramaturq Əli ƏmirlininVarlı qadınkomediyası əsasında hazırlanmış tamaşanın premyerası olub. Böyük uğurla keçən tamaşa haqqındaDaqestansakaya pravdaqəzetində dərc edilmiş resenziyanı oxucularımızın diqqətinə çatdırırıq.

Alimpaşa Salavatov adına Kumık Musiqili Dram Teatrında Azərbaycan dramaturqu Əli ƏmirlininVarlı qadınəsəri əsasında hazırlanmış tamaşanın premyerası olmuşdur. Bu komediya müxtəlif teatrların, o cümlədən Orta Asiya ölkələrinin aparıcı teatrlarının səhnəsindən düşmür uzun illərdir ki, uğurla nümayiş etdirilir. Səbəbi bilmək üçün çox düşünmək lazım gəlmir, əsərdə bəhs edilən mənəvi məsələlər istənilən dövr zaman üçün həmişə aktualdır. “Varlı qadınekssentrik qara komediya janrında yazılmışdır, tamaşanın əvvəlindən sonunadək səhnədə aktyorlar ağlını itirmiş, şaşırmış vəziyyətdədirlər. Personajların bütün əməlləri, qəbul etdikləri qərarlar reallıqla qeyri-reallıq arasında emosional gərginlik üzərində köklənmişdir. Hadisələr sanki yuxu ilə gerçəklik arasında cərəyan edir. Azərbaycan dramaturgiyasının bu son dərəcə maraqlı nümunəsi Dağıstan səhnəsinə təzə nəfəs gətirdi. Pyesin süjeti tamaşaçılar üçün bir-birini əvəz edən qəfil gözlənilməzliklərlə zəngindir. İki saat ərzində səhnədə həyat ehtirasları ilə nəfsin mübarizəsi gərgin, komik, bəzən dramatik hadisələrdə elə məharətlə, elə ekspressiya ilə cərəyan edir ki, tamaşaçı nəfəs belə dərə bilmir. Pul adi bir ailənin həyatını bir göz qırpımında alt-üst edir. Bu bir həqiqətdir ki, pulsuzluq hər bir insan, hər bir ailə üçün ağır, üzücü sınaqdır, amma bu da məlumdur ki, pul hər bir dərdin dərmanı da deyil. Tamaşada baş rollardan birini teatrın aparıcı aktrisası Tutuxanım Osayeva oynayır. Onun qəhrəmanı Həvva süjetə görə uzaq qohumu Bibixanım fon Braunun saysız-hesabsız var-dövlətinin varisidir. Bu xəbər kasıblıqla daimi mübarizədə olan Həvvaya çatandan sonra onun ailəsində özü qarışıq hamı ağlını itirir, ailə üzvlərinin bir-birlərinə bu vaxtacan gizli olan əsil münasibətləri açılır, faş olur, ailə dağılmaq həddindədir, amma əsərin sonunda bilinir ki, bütün bu haray-həşir havayı əziyyətdir, var-dövlətin sahibi Bibixanım heç ölməyib, adicə kliniki ölüm keçirib məsələnin ilə nəticələnəcəyi məlum deyil. Pyes gülməli, gülməli olduğu qədər düşündürən hadisələr, səhnələr attraksion epizodlarla zəngindir. Dramatik məqamlarla komik məqamlar bir-birindən doğur, sanki bir-birləri ilə yarışır. Məharətini göstərmək üçün dramaturq hər bir aktyora geniş imkan yaradıb. Aktyorlar öz rollarını ilhamla, hətta ləzzətlə oynayırlar. Tamaşanın quruluşçu rəssamı Arslangəray Akavovun orijinal səhnə tərtibatı aktyor truppasının yüksək səviyyəli oyununu üzvi surətdə tamamlayır. Tavandan tamaşa boyu asılı qalan ilgəkli kəndir kasıblığın məngənəsindən çıxmaq üçün daima çapalayan insanların acı durumunun rəmzi kimi mənalandırılır. Tamaşada Rusiya Federasiyası Dağıstan Respublikasının xalq artistləri İmam Akautdinov, Tutuxanım Osayeva, Eldar Maqomedov, Kamil Cabukov, Baysoltan Osayev, Paxrudin İlxivov, Timur Umayev, Nəriman Akavov başqaları gözəl aktyor ansamblı yaradıblar. Teatrın aktyor “elita”sını bir yerə yığmaqla rejissor İslam Qazıyev onlara tam yeni, müasir bir materialla işləmək imkanı yaratmaqla bərabər dünyanın özü kimi qədim, eyni zamanda təkrar-təkrar deyilməkdən bayağılaşmış bir rus məsəlini xatırladır: xoşbəxtlik pulda deyil. Tamaşadan kənar söhbətimizdə rejissorun etiraf etdiyi kimiVarlı qadıngünün nəbzini tutan pyesdir, “hətta biz indi cəmiyyətimizin elə bir zamanında yaşayırıq ki, ağıllı, savadlı, zəkalı insanlar çox vaxt artıq, lazımsız bir şey kimi çıxdaş edilir. Həddini aşan eqoizm, üstəgəl pulun sonsuz hakimiyyətiindiki reallığımızda aktual olan budur! “Varlı qadınböyük pulların insanı hansı əcaib hallara saldığını göstərən pyesdir. Qəflətən heç nəyi olmayan ailənin başına pullar töküləndə çaşqınlıq yaranır, ailənin üzvləri bu pullarla necə rəftar etməyin çəmini belə bilmirlər. Odur ki, əsərin bütün qəhrəmanları bir andaca ağıllarını itirirlər, hamının eyibi üzə çıxır, ailə üzvləri bir-birlərinə az qala düşmən kəsilirlər. Hamı azğın pulların gətirəcəyi yeni, firavan həyat arzusundadır, acı ki, onların gözlədiyi, həsrətində olduqları yeni həyat əvvəlkindən eybəcər, əvvəlkindən mənasız olacaq, bu həqiqəti personajlardan fərqli olaraq ilk duyan tamaşaçılardır. Paradoksal səslənsə Varlı qadınəsərində kasıblıq insanın anormal vəziyyəti, xəstəlik sindromu kimi təqdim edilirdeyə İslam Qazıyev fikrini bitirir. İslam Qazıyevin truppası bu tamaşa üzərində hövsələ həvəslə bir neçə ay işləmişdir. Müsbət nəticə göz qabağındadır. Burda hər şey, hətta əhəmiyyətsiz görünə biləcək xırda detallar belə zərgər dəqiqliyi ilə işlənmişdir. Sonda cəsarətlə deyə bilərik ki, “Varlı qadıngünümüzün yüksək tələbləri səviyyəsində olan tamaşadır.

 

 

Cəmilə MAQOMEDOVA, “

Daqestanskaya pravda” qəzeti,

¹ 90, 16.03.2011

 

Tərcümə etdi və çapa hazırladı: Hüsniyyə

 

525-ci qəzet.- 2011.- 19 mart.- S.17.