Əbülfəs Qarayev “Uğur-2010” milli mükafatı ilə təltif olunub

 

İllik “Uğur-2010” milli mükafatının təsisçiləri, yekun rəyə əsasən, ötən il ərzində əhəmiyyətli nəticələrə nail olan şəxslərin adlarını açıqlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, laureatlar arasında ictimai xadimlər, həmçinin dövlət təşkilatları və özəl şirkətlər olub. Özəl şirkətlər həm nüfuzlu maliyyə institutları ilə və yerli bazarda əhəmiyyətli iştirak payına malik milli korporasiyalarla, həm də ölkənin biznes məkanına yalnız bu yaxınlarda qoşulan iştirakçılarla təmsil olunublar.

“Uğur-2010” mükafatının təşkilat komitəsinin sədri İbrahim Baharov təqdimat mərasimindəki çıxışında laureatları şərh edərək deyib: “Bu mükafata, öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına dəyərli töhfə verən təşkilatlar, şirkətlər, görkəmli şəxsiyyətlər layiq görülüb. Bizim laureatlarımız Azərbaycanda ölkənin gələcəkdə də müxtəlif istiqamətdə inkişaf etməsi üçün böyük potensialın olduğunu bir daha nümayiş etdiriblər”.

 Qeyd edək ki, “Turizmin inkişafına verdiyi töhfəyə görə” nominasiyasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev laureat olub və mükafat Nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevə təqdim edilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 29 mart.- S.7.