Kamran Nəzirlinin hekayələri rus dilində  

 

“Mütərcim” nəşriyyatı yazıçı Kamran Nəzirlinin hekayələr toplusunu rus dilində nəfis şəkildə çapdan buraxıb. Kitaba yazıçının son illərdə yazdığı on yeddi hekayəsi daxil edilib. Hekayələri rus dilinə Cavid Abbasov çevirib. Bu, K. Nəzirlinin rus dilində nəşr olunan ilk kitabıdır. Kitabdakı hekayələrdə yazıçı əvvəlki ənənəsinə sadiq qalaraq müxtəlif millətlərdən olan maraqlı obrazlar qalereyası yaradıb. Doxsanıncı ildən bəri Azərbaycan ədəbiyyatında povestlər, hekayələr, pyeslər müəllifi kimi tanınan K. Nəzirlinin bədii yaradıcılığında yeni cəhətlərdən biri onun ədəbiqəhrəmanları”nın çoxmillətli olmasıdır; yazıçı bu dəfə rus, ingilis, alman, ərəb, fransız, yəhudi... obrazları yaratmaqla dünyanın diqqətini conların, annaların, lidiyaların, yurgenlərin, anjelaların məmmədlərlə, əhmədlərlə, mələkxanımlarla birgə yaşadıqlarına, mübarizə apardıqlarına, xoşbəxt bədbəxt olduqlarına, qlobal dərdlərəqaçqınlığa, müharibələrə, münaqişələrə, narkomanlığa, terrora, kasıblığa, xəstəliyə s. yönəldir. Kitabda yer alan bir sıra hekayələr – “Qoca uşaq”, “Əlli ilin kölgəsi”, “Şüşə xöşbəxtliyi”, “Dəcəl Əcəl”, “Qorxulu sevgi”, “Müharibə”, “ ev”, “Üç milyon dollarlıq ürək s. sözün həqiqi mənasında zamanın əhval-ruhiyyəsini əks etdirən müasir ruhlu əsərlərdir. Müəllif dünyanı narahat edən qlobal problemləri ustalıqla bədii ədəbiyyata gətirmiş, onların bədii həllini verə bilmişdir. Yazıçı hekayə novellalarında insan münasibətlərini tənzimləyən vasitələrdən ən önəmlisinin sevgi, məhəbbət olduğunu hesab edir. O, sevginin, gücünə inanır, onun hər şeydən üstün olduğunu deyir; hekayələrdə bəzən ürək ağrısı duyulur, dövrün, zamanın, cəmiyyətin eybəcərliklərindən doğan ovqat adamı sarsıdır; lakin bütün bunlar sonra nikbin hisslər yaradır, oxucunu daha nurlu, işıqlı sabahlara ruhlandırır.

 

 

Hüsniyyə

 

525-ci qəzet.- 2011.- 29 mart.- S.7.