M.S.Ordubadinin xatirə-muzeyində
Bahar
bayramı qeyd olunub
Bahar bayramı qeyd olunub Məmməd
Səid Ordubadinin xatirə-muzeyində görkəmli
nasir, şair, dramaturq, tərcüməçinin
139 illik yubileyi və Bahar bayramı
münasibətilə tədbir
keçirilib. Tədbiri
giriş sözü ilə muzeyin direktoru Lalə Abaszadə açaraq, iştirakçıları salamlayıb.
M.S.Ordubadinin həyat və yaradıcılığından,
Azərbaycan ədəbiyyatına
verdiyi töhfələrdən,
mədəniyyətimizdəki özünəməxsus yerindən
danışıb. Yubileylə
əlaqədar nasirin yaxın qohumları da tədbirdə iştirak ediblər. M.S.Ordubadi irsinin tədqiqatçısı
Arzu Hüseynova çıxış edərək,
görkəmli dramaturqun
irsinin unudulmaq təhlükəsi ilə
üz-üzə qaldığını
bildirərək, məktəblərdə
daha az tədris
olunduğunu diqqətə
çatdırıb. Şairə
Zərəngiz Qayalı
M.S.Ordubadinin şeir yaradıcılığı haqqında ətraflı məlumat verib, daha sonra özünün
qələmə aldığı
“Novruz” şeirini səsləndirib. Muzeyin bələdçi Laçın
Mehdiyeva nasirin ev muzeyi haqda
geniş məlumat verib.
Tədbirdə həmçinin,
Bülbülün ev-muzeyinin direktoru Ədilə Məmmədova,
M.S.Ordubadinin qohumları, qardaşı qızı Nəzifə
Məmmədova, Həqiqət Məmmədova, Orxan Qəmbərov
fikirlərini, xatirələrini dilə gətiriblər, ədibin
gələn il tamam olacaq 140 illiyinin keçirilməsi
haqqında müzakirələr aparılıb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 29 mart.- S.7.