Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş qərargahında görüşlər keçirib

 

2011-ci il Azərbaycanda Turizm İli elan edilməsi ilə bağlı mədəniyyət turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş qərargahında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib.

Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, iclasda nazir 7-9 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Forumda iştirakı təsdiq olunmuş yüksək vəzifəli şəxslər haqqında məlumat verib ÜTT-nin əməkdaşlarını bu mühüm tədbirdə iştirak etmək üçün dəvət edib. ÜTT-nin əməkdaşı BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti sessiyası haqqında məlumat verərək, İcraiyyə Şurasının üzvü olmaq üçün Avropa regionundan namizədliklərin təqdim edildiyi Azərbaycanın arzu edəcəyi təqdirdə namizədliklə bağlı müraciət edə biləcəyini bildirib. ÜTT-nin Avropa üzrə Regional direktor müavini xanım Kodrula Vohlmuther turizmin turizm məhsulu istehsalının inkişafına töhfə verə biləcək Xəzər Dənizi Regionunda Kruiz Turizminin inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib. Müəyyən problemlərin olmasına baxmayaraq, nazir Xəzər Dənizi Turizminin İnkişafı Layihəsinə tam dəstək verdiyini bildirib. Müzakirələr zamanı BMT-nin ÜTT tərəfindən regional əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycana təşkilat tərəfindən yüksək səviyyəli peşəkarların göndərilməsi təklif olunub.

Əbülfəs Qarayev beynəlxalq səviyyədə Azərbaycanın Dağlıq Qarabağ problemi haqqında məlumat verib, bəzi sərgilərdə Azərbaycan ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim edilməsinin yolverilməz olduğunu bildirib. BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnamənin qəbul olunduğu diqqətə çatdırılıb. Dağlıq Qarabağ regionunun beynəlxalq sərgilərdə iştirakı ilə bağlı nəzarətin gücləndirilməsi məqsədilə BMT qətnamələrinin həyata keçirilməsində ÜTT-nin dəstəyinə ehtiyac olduğu bildirilib. Görüşlərdə nazir Avstriya ilə birgə əməkdaşlıq nəticəsində Şahdağ Qış-Yay Turizm Kompleksinin xüsusi marketinq planının hazırlanması və maraqlı olduqları təqdirdə BMT ÜTT-nin layihənin hazırlanmasına cəlb olunmaq imkanının olduğunu vurğulayıb. ÜTT-nin əməkdaşı Alla Peressolova İpək Yolu tədbirlərindən söhbət açaraq, naziri bu ilin noyabr ayında Londonda keçiriləcək 5-ci Nazirlər Sammitinə dəvət edib.

 Görüş zamanı ÜTT-nin Rəqabət, Xarici Əlaqələr Əməkdaşlıq üzrə icraçı direktoru Marcio Favilla ilə naziri Əbülfəs Qarayev arasında Statistika potensialının artırılması üçün seminarların keçirilməsi proqramı (SPAP) (2011-2012) üzrə Anlaşma Memorandumu imzalanıb. Cənab Favilla 2011-ci ildə BMT ÜTT-nin könüllü üzvləri olmaq üçün Azərbaycandan iki namizədin – Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzinin təqdim olunduğunu qeyd edib. Bu namizədlər cari ilin iyun ayında Keniyanın Mombasa şəhərində keçiriləcək iclasda İcraiyyə Şurasına təqdim olunacaqlar və sözügedən Şura öz növbəsində bu barədə müvafiq rəylərini Koreya Respublikasında Baş Assambleyaya təqdim edəcək. İclasın sonunda 2011-ci ilin Azərbaycan prezidenti tərəfindən Turizm İli elan olunduğunu nəzərə alaraq, Ə.Qarayev dövlət başçısı İlham Əliyevin İspaniya Krallığına rəsmi səfərinin və səfər zamanı BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Qərargahına ziyarətin gerçəkləşdirilməsini təklif edib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 30 mart.- S.7.