Ədəbiyyat xalqları birləşdirir

 

MOSKVADA AZƏRBAYCAN-RUSİYA ƏDƏBİ ƏLAQƏLƏRİNƏ HƏSR OLUNAN TƏDBİR TƏŞKİL EDİLİB

 

Martın 25-də Moskva şəhər meriyasının regionlararası əməkdaşlıq, milli siyasət dini təşkilatlarla əlaqə departamentinin, Millətlər Evinin, “OcaqAzərbaycan mədəniyyət cəmiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin Drujba narodovjurnalının birgə təşkil etdiyiƏdəbiyyat xalqları birləşdiriradlı ədəbi-bədii tədbir həyata keçirilib. Moskva Millətlər Evində keçirilən tədbiri AYB Moskva bölməsinin sədri, filologiya elmləri doktoru, professor Tofiq Məlikli açıb. O, rus Azərbaycan xalqları arasında müxtəlif dövrlərdə, ələlxüsus Sovetlər dönəmində mövcud olan ədəbi əlaqələrdən danışıb. Tofiq Məlikli çıxışında vurğulayıb ki, mədəniyyətin yaranmasında, formalaşmasında xalqlararası mədəni əlaqələrin inkişafında ədəbiyyatın böyük rolu var: “Mədəniyyətin əsas sahələrindən biri olaraq ədəbiyyat insanların mənəvi aləminin zənginləşməsinə kömək edir. İnsanları cılızlaşmaqdan, bayağılıqdan uzaqlaşdırır, onları mənəviyyatca bir-birinə daha yaxın edir. Xalqlarımız arasındakı əməkdaşlıq, ədəbiyyat incəsənət sahəsindəki əlaqələr, mənəvi mühitin qarşılıqlı surətdə zənginləşdirilməsi məhz insanların özlərinin mənən inkişafı deməkdir”. T.Məlikli rus yazıçılarının əsərlərinin Azərbaycanda, azərbaycanlı yazıçı şairlərin əsərlərinin Rusiyada vaxtaşırı çap olunduğunu qeyd edib. Azərbaycan rus xalqları arasındakı ədəbi əlaqələrin inkişafını müasir olduqca gərgin dövrümüzün ən vacib məsələlərindən biri olduğunu vurğulayıb.

 Sonra sözDrujba narodovjurnalının şöbə müdiri Leonid Baxnova verilib. L.Baxnov Sovet İttifaqının süqutundan sonraDrujba narodovjurnalının çox çətinliklərlə üzləşdiyini önə çəkib: “Dostluq, qardaşlıq ənənələrinə sadiq qalaraq, biz, bütün kollektivimiz jurnalın bağlanmasına imkan vermədik, nəşrimizi az tirajla da olsa, davam etdirdik. Həmişə redaksiyamızın qapısı Azərbaycandan gələn yazıçı şair dostlarımızın üzünə açıq olub, indi belədir. Azərbaycanlı yazıçıları çap etməyi özümüzə mənəvi borc bilirik. Çoxlu azərbaycanlı ədiblə sıx əlaqə saxlayırıq”.

Tanınmış tənqidçi Lüdmila Lavrova çıxışında bu sözləri xüsusi qeyd edib: “Mən özümü, öz həyatımı Azərbaycan ədəbiyyatı olmadan təsəvvür edə bilmirəm. Azərbaycanın Anar kimi yüksək səviyyəli yazıçısı, Ramiz Abutalıbov kimi nəhəng ziyalısı var. Onlarla dostluğumdan qürur duyuram”. L.Lavrova rus yazıçılarını azərbaycanlı həmkarları ilə möhkəm əməkdaşlığa çağırıb. Şair Nəsib Nəbioğlu bildirib ki, belə tədbirlərə hər bir ədəbiyyat adamının ehtiyacı var: “Çünki bu tədbirlər bizim bir-birimizi daha yaxından tanımağımıza kömək edir. Belə tədbirlərin həyata keçirilməsi Azərbaycan və rus xalqları arasında ədəbi əlaqələrin genişlənməsinə, gələcək münasibətlərin daha da inkişaf etməsinə təkan verir”. N.Nəbioğlu hələ tələbəlik illərindən yaddaşına həkk etdiyi, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanından parçaları əzbər söyləyib, özünün yeni şeirlərini oxuyub.

Tədbirdə şair İlham Bədəlbəyli, yazıçı Afanasi Mamedov, şair-tərcüməçi Mixail Sinelnikov, şair-publisist Sultan Mərzili, yazıçı-dramaturq Farid Naqim başqaları çıxış ediblər. “Dlina dıxaniya” qrupunun solisti Maksim Qrişinin, bard Sergey Svetlovun və tarzən Qorxmaz Axundovun ifaları alqışlarla qarşılanıb.

 

 

Nəbi VERDİYEV,

Moskva

 

525-ci qəzet.- 2011.- 30 mart.- S.7.