Özbəkistan bədii sənətkarlığı: ənənələr müasirliksərgisi açılıb

 

Ötən gün Mədəniyyət Turizm Nazirliyinin Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində yeni fəaliyyətə başlayanAzərbaycan xalçaçılarıİctimai Birliyinin (AXİB) təqdimetmə mərasimi Özbəkistan bədii sənətkarlığı: ənənələr müasirlikadlı sərgi gerçəkləşib. Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov ölkəmizin qonşu ölkələrlə, xüsusən türkdilli dövlətlərlə mədəni, siyasi, iqtisadi əlaqələrini dilə gətirərək bu gün həmin əlaqələr inkişaf edərək yüksək səviyyəyə çatdığını bildirib. N.CəfərovAzərbaycan xalçalarıİctimai Birliyinin yaradılma məqsədlərini dilə gətirib: “2009-cu ildə təsis edilmiş 2010-cu ildən fəaliyyətə başlamışAzərbaycan xalçalarıİctimai Birliyi Azərbaycan xalqının milli xalçaçılıq ənənələrinin qorunub saxlanması, inkişafı, tanınmış incəsənət xadimlərinin yaradıcılıq potensialının birləşdirilməsi, istedadlı uşaq gənclərin dəstəklənməsi məqsədilə yaradılıb. Xalçaçılıq sahəsində fəaliyyət göstərən peşəkar qurum kimi Birliyin əsas məqsədlərindən biri , Azərbaycan xalçaçılarının yerli beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsinə, onların peşəkarlığının artırılmasına dəstək verməkdən ibarətdir. Bu məqsədlə Birlik müxtəlif kurslar, seminarlar, dəyirmi masalar digər mədəni-kütləvi tədbirlər təşkil edir. Birlik öz işlərini müxtəlif sərgilərdə nümayiş etdirir”.

 N.Cəfərov AzərbaycandaXalçaçılıq haqqındaqanunun qəbulunun ölkənin xalça sənətinə verdiyi dəyərin əsas göstəricisi olduğunu bildirib. Muzeyin direktoru Röya Tağıyeva bu cür sərgilərin iki qonşu ölkə arasında mədəni münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Özbəkistan bədii sənətkarlığı: ənənələr müasirlikadlı sərgidə Özbəkistan mədəniyyətinin toxuculuq, bədii-tikmə, keramika, ağac üzərində oyma, milli geyim, zərgərlik digər sənət nümunələri nümayiş etdirilib.

Qeyd edək ki, geniş tamaşaçı kütləsinə təqdim olunanÖzbəkistan bədii sənətkarlığı: ənənələr müasirlikadlı sərgi AXİB-nin, Özbəkistan Mədəniyyəti İncəsənəti Fondu forumunun ÖzbəkistanınMerosƏntiq Əşyalar Assosiasiyasının birgə səylərinin nəticəsidir.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 30 mart.- S.7.