“Azərbaycan”ın daha bir
sayı işıq üzü görüb
“Azərbaycan”
jurnalının oxuculara təqdim olunan növbəti
sayının “Poeziya” bölməsinə Rəsmiyyə
Sabirin, Valeh Bahaduroğlunun, Mirsəyyaf Zamanlının, Sabir
Şirvanlının, Mirhafiz Bahadırlının, Zeynal Vəfanın
və Mətləb Misirin şeirləri daxil edilib. “Nəsr”
guşəsində Aslan Quliyevin “Yaşıl təpələrin
üstündəki buludlar” romanından bir hissə, Novruz Nəcəfoğlunun
“Çarəsiz yolçu” povesti, Gülşən Lətifxanın
“Ən gözəl uçuş: Kaxa” və Səfər Kəlbixanlının
“Bəxtəvər ölüm” hekayələri verilib. Topluda
xalq şairi Nəriman Həsənzadənin 80 illik yubileyi
münasibətilə Vaqif Yusiflinin “Şeirimizin Nərimanı”
və Südabə Ağabalayevanın “Məni bayraq kimi tutun
yuxarı” başlıqlı məqalələri dərc
olunub. Jurnalın “Xatirələr, duyğular”
guşəsində Sevda Əlibəyli “Gözləyin məni”
başlıqlı yazısında şair Şəkər
Aslanı xatırlayıb. “Publisistika” bölməsində
bu dəfə Sadıq Elcanlının qədim Azərbaycan
şəhərlərindən olan Şabranın 2300
yaşı münasibətilə qələmə
aldığı “Şabrandan Şabrana” başlıqlı məqaləsi
yer alıb. Toplunun “Tənqid və ədəbiyyatşünaslıq”
guşəsində isə Qorxmaz Quliyevin “Mən bir uşaq, sən
bir ana” və Leyla Məmmədovanın “M.F.Axundzadənin həyatından
bəzi məqamlar” başlıqlı yazılar işıq
üzü görüb. “Söz xəzinəmizdən”
rubrikasında Əlyazmalar İnstitutunun yeni nəşrləri
barədə məlumatlar Paşa Əlioğlunun təqdimatında
verilib. Jurnalın ənənəvi “Kitab rəfi”
rubrikası bu sayda da öz əksini tapıb.
GÜNEL
525-ci qəzet.-
2011.- 30 mart.- S.7.