31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib

 

KƏMALƏ ƏLİYEVA: “ERMƏNİLƏRİN BEYNƏLXALQ MƏHKƏMƏLƏR TƏRƏFİNDƏN CƏZALANDIRILMASINI TƏLƏB ETMƏK ÜÇÜN AZƏRBAYCANIN ƏLİNDƏ KİFAYƏT QƏDƏR ƏSASLAR VAR”

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Qaçqın Məcburi Köçkün Gənclər Təşkilatının (QMKGT), Qadın Uşaqların Problemlərinin Araşdırılması (QUPAİB), Üçüncü Sektor (ÜSİB), Təkamül İnteqrasiya Beynəlxalq İctimai Birliklərinin (TİBİB) birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, QMKGT-in sədri Vüqar Qədirov açaraq, Azərbaycan tarixində xoş günlərə nisbətdə, ağrılı-acılı anların daha çox olduğunu diqqətə çatdırıb. O, 1918-ci ilin 31 mart-4 aprel tarixlərində erməni millətçiləri tərəfindən törədilən qətliamı da xalqımızın ağrılı-acılı günlərindən biri kimi qələmə verib. QHT sədri 93 il bundan qabaq törədilən soyqırımı barədə məlumat verərək, həmin gün on minlərlə günahsız azərbaycanlının yalnız müsəlman-türk olduğuna görə qətlə yetirildiyini bildirib: “1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı Quberniyasında hakimiyyəti ələ keçirdikdən sonra, milliyyətcə erməni olan Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin edib nəticədə bu soyqırımı aktı törədilib. Bu amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakı, Şamaxı, Quba, Muğan Lənkəranda 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar”. V.Qədirov bu məsələyə məhz Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə hüquqi-siyasi qiymətin verildiyini qeyd edib.

QUPAİB sədri Kəmalə Əliyeva ermənilərin türk millətinə qarşı törətdikləri soyqırımı aktlarının tarixi faktlarda əksini tapdığını söyləyib. O, bildirib ki, ermənilərin beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmasını tələb etmək üçün Azərbaycanın əlində kifayət qədər əsaslar var: “1905-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində azərbaycanlılara qarşı gizli-aşkar şəkildə soyqırımı, repressiyalar aparılıb. Təkcə 1918-1920-ci illərin mart-aprel aylarında qanlı hadisələr bunu sübut edir. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada 1905-1907 1918-1920-ci illərdə baş vermiş iki qırğın zamanı 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz ev-eşiyindən zorla qovulub”.Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov Ermənistanın tarix boyu törətdikləri qırğınların, soyqırımların əsas məqsədinin Azərbaycan ərazisindəböyük Ermənistan dövlətiyaratmaq ideyasından irəli gəldiyini bildirib. Qeyd edib ki, bu siyasət hazırda da Ermənistan adlanan dövlət tərəfindən eyni qəddarlıq insanlığa sığmayan vəhşiliklə davam etdirilir. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında Ermənistanın heç bir müharibə qanunlarına sığmayan hərəkətlərə yol verdiyini, günahsız insanların, xüsusən qocaların, qadınların, uşaqların kütləvi surətdə məhv edilməsinin bəşəri bir cinayət olduğunu bildirib. A.Sofiyeva bir əsrdə iki dəfə ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilən soyqırımların bu vaxta qədər beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymətləndirilməməsinə diqqət çəkib.

Tədbirdə Qafqaz Universitetin rektoru Ahmed Sanic, Sosioloji Araşdırmalar Mərkəzinin sədri Əhməd Qəşəmoğlu, yazıçı Aygün Həsənoğlu və digər qonaqlar da çıxış edərək, 31 mart soyqırımından danışıblar.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 30 mart.- S.2.