31 mart – Azərbaycanlıların böyük soyqırımı, ermənilərin bəşəri yırtıcılıq günüdür

 

Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işğalı zamanı imperiya üçün az əhəmiyyət kəsb etməyən erməni xəyanəti o gündən Azərbaycan xalqının boğazına tıxanmış tövqi-lənətə döndü. “böyük Ermənistan” cəfəngiyatı Qərbin və çar Rusiyasının əzib erməni damağına səpdiyi şəkər oldu. Azərbaycan erməni xəyanəti ilə rus ilhaqının məngənəsində qaldı. Hələ 1721-ci ildə Dəli Petronun bu ilhaq quyusuna atdığı daşı çıxarıb atmağa nə bizim gücümüz çatdı, nə də bir ağıllı rus bəndəsi tapılmadı ki, erməni xəyanətinə yox desin. Osmanlı imperiyasının çöküşündə bu bəlanın rolu az olmadı. Azərbaycan xalqının taleyində isə erməni xəyanətindən doğan bəlalar seriyalı başladı. Bu bəlalar seriyalı öz pik nöqtəsinə-apogeyinə 1918-ci ilin 31 mart günündə çatdı.

Ermənilər 31 Mart qətliamını törətməyə tam hazır idilər. Çünki erməni-daşnak faşistləri 1905-07-ci illərdə açıq şəkildə Azərbaycan türklərinin qətliamına fərman verdilər və XX əsrin, həm də dünyada ilk soyqırım faciəsini törətdilər. Bu bəşəri cinayətin bədəlini ermənilərə ödədən bir kimsə olmadı. Həmin illərdə özünümüdafiə zəminində yaradılan və erməni təhlükəsinə dirəniş göstərən “Difai” təşkilatı çar Rusiyası tərəfindən ana bətnindəcə məhv edildi, öz dəstavüzü ilə 1890-cı ildə siyasi-terror təşkilatı kimi yaratdığı, bu soyqırımın iştirakçısı və təşkilatçısı Daşnaksütyununsa telinə sığal çəkdi. Dişləri türk qanına batdıqca ermənilər şirnikdi. Lakin çar Rusiyasının çöküşü yersiz-yuvasız ermənilərin Azərbaycan torpaqlarından öncə Anadoluda özlərinə dövlət qurmaq arzularını gözündə qoydu. Osmanlı imperiyasına qarşı döyüşən Qafqaz ordusunun Sovet Rusiyası tərəfindən buraxılması bu ordunun tərkibində döyüşən 250 minlik erməni silahlısının geri dönmələrinə, müdafiəsiz və köməksiz qalmış və heç bir siyasi qurumu olmayan mülki, əliyalın Azərbaycan türklərinə silah çevirmələrinə meydan açdı. Quduzlaşmış erməni yaraqlıları Azərbaycanın həm Güneyinə, həm də Quzeyinə darındılar. Bütöv Azərbaycanı al qana boyadılar. Bəli, azərbaycanlıların soyqırımı öz kulminasiya nöqtəsinə Bakıda çatdı. Adamcıl, türk qanı içməyə hazır bir məxluqatın, bolşevik cildinə bürünmüş daşnak başkəsəni S.Şaumyanın RSFSR XKS-nəyin bahasına olursa-olsun Bakı neftini əldən verməmək yolunda baş sındıran V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilməsi erməni-daşnak faşistlərinin Bakıda qeyri-insani bir qətliam törətmələrinin himnini qoydu. Məhz bu məlunun həmin vəzifəyə təyin edildiyi andan, hüdudsuz səlahiyyətlər əldə etdiyi tarixdən 1917-ci ilin dekabrından başlayaraq təpədən dırnağadək silahlanmış erməni-daşnak terror qrupları və hərbi birləşmələri azərbaycanlıların kütləvi qırğınına start verdilər. Bakıda isə bu qırğının həyata keçirilməsi üçün bolşevik pərdəsi arxasında gizlənmiş, daşnak ideologiyası ilə silahlanmış Şaumyan, Avakyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan, A.Əmiryan, Mikoyan, Korqanyan, habelə öz fərdi və çeşidli qəddarlıqları ilə ad çıxarmış Amazasp, Lalayan, Muradyan, Avetisyan, T.Əmiryan, Qazaryan və başqaları ciddi hazırlıq işinə başladılar. Mənbələr göstərir ki, ordudan gələn erməniləri toplamaq, silahlandırmaq, döyüşə hazırlamaq üçün 1918-ci il fevralın 6-da İvan Baqramyan, martın 8-də Rustam Zaryan və Akop Baqratuni kimi tanınmış erməni zabitləri də bu işdə onlara kömək etmək məqsədilə Bakıya gəlirlər. Nəhayət bütün hazırlıq işlərini başa çatdıran erməni-daşnak faşistləri Bakıya topladıqları 15 minlik daşnak silahlısından və 5 minlik qırmızı rus muzdlusundan ibarət 20 minlik terror qruplaşmaları və hərbiləşdirilmiş hissələrlə martın 30 (18) –da sovet hakimiyyəti qurmaq adı atında həmləyə keçdilər. Azərbaycanlıların sıx və kompakt yaşadıqları küçə və tarixi məhəllələr, toplaşdıqları meydan yerləri, məscidlər, onlara məxsus cəmiyyətlər yerləşən binalar, qəzet redaksiyaları, mətbəələr, məktəblər, xəstəxanalar, milli mədəniyyət müəssisələri və şəhərətrafı kəndlər öz tərəflərinə çəkdikləri Xəzər donanmasının hərbi gəmilərindən, şəhərin Ermənikənd alanan hissəsində və əvvəlcədən ayrı-ayrı binaların çardaqlarında yerləşdikləri toplardan və pulemyotlardan güllə, mərmi atəşinə tutuldu. Çar Rusiyasından qalma və ələ keçirdikləri aeroplanlardan bombalandı.

 Bu nəhəng darmadağın etmənin və hipotetik qırğının ardınca 10-30 nəfərlik terror qruplarına bölünüb kütləvi qırğın, talan, qarət və soyğunçuluqla məşğul olmaq, azərbaycanlılara məxsus yararlı nə var mənimsəmək, canlı qarışıq götürülməsi və aparılması mümkün olmayan yerdə qalan nə var hər şeyi büsbütün məhv etmək məqsədilə qana susamış, qana həris ermənilər azərbaycanlılar yaşayan evlərə, mülk və məhəllələrə, şəhər ətrafı kəndlərə soxuldular. 30 martda coşqun, 31 martda şiddətli, 01 apreldə sürətli, 02-05 apreldə davamlı olaraq Bakı və Bakı ətrafı Əhmədli, Məmmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökmalı, Zabrat, Sabunçu, Ramanı və Xırdalan kəndlərində mülki azərbaycanlıdan ibarət əhalini məqsədyönlü və kütləvi şəkildə məhv etdilər. Bu məhvetmənin, soyqırımın kiçik zaman kəsiyində başvermə müddətinə görə miqyası o qədər böyük və geniş qəsbkarlıq halı kəsb etdi ki, bu soyqırımı ermənilərin bundan əvvəl və ya sonrakı dövrlərdə törətdikləri Saqqarsu, Umudlu, Urmiya, Quba, Yayçı, Gözəldərə, Qaradağlı, Xocalı və s. yaşayış məntəqələrimizin adıyla bağlı çoxsaylı soyqırımlarla, 20 Yanvar qırğını ilə müqayisə etmək qeyri-mümkün oldu. Təkcə 31 martda 13 –15 min, 7 gün ərzində isə 30 min mülki azərbaycanlı qətlə yetirildi. Bu məhvetmənin icra tərzi elə bir qəddarlıq, amansızlıq, vəhşilik, abırsızlıq, həyasızlıq və ədəbsizliklə yerinə yetirildi ki, bu gün ermənilərin bu rəzilliyini, alçaq və yaramazlığını heyvani yırtıcılıq adlandırmağa, erməni adı yanında dilsiz, ağızsız heyvanların adını bədnam eləməyə adamın dili gəlmir. Axı ermənilərin bu hərəkətlərini bilərəkdən, şüurlu və məqsədyönlü şəkildə icra ediblər. Ona görə də ermənilərin xislətlərindəki yırtıcılıq təhər-tövrünə məncə bəşəri yırtıcılıq adı vermək daha dürüst ifadə olardı. AXC tərəfindən 16 iyul 1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyasının Bakıda Mart qırğınıyla bağlı apardığı materialların dindirmə protokollarını oxuduqca adam dəhşətə gəlir. Göstərilənləri birbaşa oxumaq mümkün deyil. İnsan az qalır havalansın. Ancaq fasilələr verməklə oxumaq olur. Bəri başdan deyək ki, şahidlər ancaq təsadüflər nəticəsində sağ qalanlardı. Bir qismi həyatını riskə qoyub qaçan, bir qismi sorğu-sualsız bütün yatırını son qəpiyinədək özünə çəpər edib qurtulan, bir qismi isə milliyyətcə rus, gürcü olan və erməni hiyləsinə uyduğunu anlayan qırmızı əsgərlərin və ya ruslardan ibarət hərbi hissə qulluqçularının, azərbaycanlılardan sonra şəhər sakinlərinin say etibarı ilə 2-ci toplumu olan rus əhalisinin müdaxiləsindən sonra güllələnmədən can qurtaranlardı.

 Onlar hansı qanlı hadisələrlə rastlaşmayıblar, nələr görməyiblər, nələrdən danışmırlar, nələr demirlər: daşnaklar körpələrin başını kəsib analarına qanlarını içirir; 2 yaşlı uşaq və 22-23 yaşlı çılpaq qadın divara mismarlanır; uşaqların kürəyinə sancılmış payacıqlar torpağa çalınır; qadın-qızlar zorlanır; çoxsaylı zorlamanın izi görsənən, üzündə-boğazında sillə-barmaq yerləri göyərmiş 13-14 yaşlı qız meyiti qanlı yataqdadır; hamilə qadınların qarnı yarılaraq zılğaları süngüyə keçirilir; yerə atılaraq tapdanır; qadın meyitlərinin böyük əksəriyyəti çılpaqdı və döşləri kəsilibdi; bələkdəki südəmər meyitinin əl-ayağını sahibsiz itlər didişdirir; qundaqda diri-diri piltə üstə qoyulan çocuq yanıb kömürə dönüb; qızı, brilyant, gümüş, zinət əşyaları, qızıl və kağız pullarla yanaşı üstə qulaq əti və barmaq parçaları olan sırğa və üzüklər torbalara yığılaraq daşınır; ancaq cındır geyimli meyitlərin əyin-baş paltarı soyulmayıbdı; başı tüfəng qundağı ilə əzilmiş, gözləri çıxarılmış, boğazı xəncərlə kəsilmiş, körpü sümükləri, qolu-qıçı sındırılmış, bədəni döyülməkdən əzmələnmiş, sifəti göyərmiş, qarnı paralanmış, yarılmış, bağırsağı, içi-içalatı çölə tökülmüş, diri-diri qıçından və boğazından asılmış, burun-qulağı, cinsiyyət orqanları kəsilmiş, qol-qıçı doğranmış, aidiyyəti əzaları yerində olmayan, bədənində çoxsaylı süngü yaraları-yarmaları, dəlmə-deşikləri olan meyitlər var; girov götürülənlər diri-diri “Fantaziya” hamamının qaynar suyunda pörtlədilir; rus, yəhudi evlərində gizlənmiş azərbaycanlılar aşkar edilib güllələnir; hamballıq edən, neft qalaqları göz tökür; tatar- müsəlman adı altında seçmələnən azərbaycanlılar türk olduqlarına görə diri-diri oda qalanır, meyitləri alova atılır, quyulanır, dənizə tökülür, dərin-dayaz çalalara çinlənərək üstü əl qalınlığında nazik torpaq qatı ilə örtülür; ziyalılarla yanaşı pinəçidən tutmuş gimnaziya tələbəsinədək, habelə xidmətçi ermənilər belə əyninə hərbi forma geyib şəhərdə qarətlə, talanla, azərbaycanlıları qətlə yetirməklə məşğul olur; erməni Adamovun ailəsində böyük hazırlıq işi görülür, “xeyriyyəçilik məqsədilə” əvvəldən vəd etdikləri əhdə uyğun mart qırğınının baş tutmasına görə canfəşanlıqla kəllə qənd şirniyyatı paylanır, erməni evlərində azərbaycanlıların qətliamı münasibəti ilə bal atəşfəşanlığı təşkil olunur; şahidlər göstərir ki, 15 sentyabr ərəfəsində ermənilər bu qəddarlıqlarını, qansız olduqlarını şəhər ətrafı kəndlərdə yenidən təkrar edirlər. Ramanı, Balaxanı kəndlərinin minlərlə sakini qətlə yetirilir, evlər yerlə bir edilir. Sağ can qurtaran dinc əhali ancaq Bakı şəhəri erməni-daşnak faşistlərinin işğalından azad edildikdən sonra erməni-daşnak terrorçuları tərəfindən xaraba qoyulmuş ev-eşiklərinə qayıda bilir; ümumiyyətlə, erməni yırtıcılığı baş vermə zamanından və şəraitindən asılı olmayaraq milli ədavət, nifaq salmaq aksiyası olmayıb açıq-aşkar azərbaycanlıların kökünü kəsmək, varlığının yer üzündən silinməsi işinə xidmət edən, yaşam tərzinin canlı aləmlə əlaqəsinin birkərəmlik yox edilməsinə hesablanmış qəsbkarlıqdır. Bu qəsbkarlıqda Rusiya ermənilərə havadarlıq və himayədarlıq, hamilik və qəyyumluq edir, Qərb isə dəstək verir. Rusiya və Qərb yeraltı və yerüstü sərvətlərimizi talan edib mənimsəmək, torpaqlarımızı isə xəyanətkarlıqları müqabilində ermənilərə ərməğan etmək siyasəti yeridir. Ermənilər də “arxalı köpək qurd bacar” deyibən avropalıların Orta əsrlərdə hinduların kimliyinə xitam verib Amerika qitəsində özlərinə məxsus dövlətlər yaratdıqları sayaq çağdaş dünyamızın gözü qarşısında azərbaycanlıları məhv edib onun tarixi-etnik torpağında “Böyük Ermənistan” dövləti yaratmaq iddiasından əl çəkmir. Bu gün özünü ifşa etmiş Minsk qrupunun həmsədrlik institutunun xidmətindən imtina etməyin vaxtını uzatdıqca daha dərin uçuruma sürükləndiyimizin fərqində olmağımızı anlamamağımız bizə xoş gələcək deyilən heç nə vəd etmir. Bu gün AR-nın Azərbaycan dövlətçiliyinin məhək daşına dönmüş Qarabağ torpağını lazım gəlsə və ya gəlməsə bayatısı ilə, necə və hansı yolla azad edib-etməməyimizdən asılı olmayaraq Azərbaycan və azərbaycanlıların erməni-daşnak faşizminin təhlükəsindən qorunmasının yollarını axtaran və bu təhlükəyə qarşı mübarizə aparan Beynəlxalq hüquq və təsisatlara əsaslanan dünyəvi bir qurumun yaradılmasına ciddi ehtiyac olduğunu güman edirəm. Qurumun mərkəzi ofisinin Nyu-Yorkda, filiallarının Paris, Moskva, Tehran, Pekin, Dehli və s. dünyanın digər mühüm aparıcı şəhərlərində fəaliyyət göstərməsinin təmin edilməsinə bu günün təxirəsalınmaz tələbi kimi baxıram. Nə qədər erməni diaspor təşkilatlarının super dövlətlərin siyasət dəllalları ilə korrupsiya və rüşvət zəminində Azərbaycan əleyhinə qurduqları işə birlikləri zamanında, vaxtaşırı faş və ifşa edilmir, erməni qriqorian kilsələri xristian dünyasından nə qədər ianə toplayıb terrora yönəldir, insanlığa xəyanət edirsə, Daşnaksutyun bir o qədər terrorun təşkilatına və iştirakçısına çevrilmiş olur. İnsanlığa xəyanət erməni qriqorian kilsəsinin qanında, canındadırsa, terror Beynəlxalq erməni diaspor təşkilatlarının maliyyələşdirdiyi Daşnaksutyunun tükdən dırnağa bütün varlığındadır. Nə qədər Azərbaycan torpağında erməni qriqorian kilsələri fəaliyyət göstərir, super dövlətlərin siyasət meydanlarında erməni diaspor təşkilatları meydan sulayır, nə qədər Daşnaksutyunu terror təşkilatı kimi tanınmamışıq, ona qarşı amansız deyilik, varlığını yox etmək üçün mübarizə aparmırıq, demək biz 31 Mart soyqırımı, Xocalı soyqırımı, 20 yanvar Bakı qırğını, Sumqayıt fitnəsi tək gələcəkdə baş verə biləcək faciələrdən, təhlükələrdən, erməni-daşnak faşizminin törədə biləcəyi soyqırımlardan, erməni yırtıcılıqlarından hələ də sığortalanmamış günlər, illər yaşamaq məcburiyyətində qalacağıq. Təhlükəyə alışmaq qorxusu daim bizi təhdid edəcək. Təhlükəyə alışmaq olmaz!!!

 

 

Əlisahib ƏROĞUL,

Yazıçı, publisist

 

525-ci qəzet.- 2011.- 31 mart.- S.7.