Bakıda məşhur
rus-sovet müğənnisi
Klavdiya Şuljenko yad edilib
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində
məşhur müğənni,
SSRİ xalq artisti Klavdiya Şuljenkonun 105 illiyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirin aparıcısı, Azərbaycanın
xalq artisti Aleksandra Nikuşina tanınmış
ifaçı Şuljenkonun
həyat və yaradıcılığı barədə
məlumat verib. O
bildirib ki, 1906-cı ildə Xarkovda anadan olan K.Şuljenko
aktyor olmaq istəyib və bu məqsədlə 17 yaşında Xarkov teatrına işə düzəlib. Xalq və klassik
musiqi əsərlərinin
ifası onu konsert səhnələrinə
gətirib, Şuljenko
ömrünün sonuna
kimi ifaçılıq
sənəti ilə məşğul olub.
Tədbirdə K.Şuljenkonun
müxtəlif dövrlərdə
ifa etdiyi musiqilər səsləndirilib
və son konsertlərdən
birinin videosu nümayiş etdirilib. Azərbaycan Musiqili Komediya Teatrının solisti Yuliya Sidorskaya və Musiqi Akademiyasının müəllimi
Natalya Turovskayanın ifasında K.Şuljenkonun ifa etdiyi musiqilər
səsləndiriblər.
525-ci qəzet.-
2011.- 31 mart.- S.7.