Eldar Əliyevin quruluş verdiyi “Jizel” Budapeştdə təqdim olunub
Budapeşt
Opera və Balet Teatrında məşhur fransız bəstəkarı
Adolf Adanın “Jizel” baletinin yeni quruluşda premyerası olub. Azərbaycanın
Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata
görə, tamaşanı bu ilin əvvəlindən etibarən
teatrın bədii rəhbəri vəzifəsində
çalışan həmyerlimiz, baletmeyster Eldar Əliyev
hazırlayıb. “Jizel”in Fransa
paytaxtında ilk tamaşasının 170 illiyinə həsr
olunan premyera böyük uğurla keçib. Tamaşada Macarıstan dövlət və hökumət
qurumlarının təmsilçiləri, Budapeştdə
akkreditə olunan diplomatik korpusun nümayəndələri
iştirak edib. Eldar Əliyev 1959-cu ildə
Bakı şəhərində doğulub. Bakı
Xoreoqrafiya məktəbini bitirib, Azərbaycan Dövlət
Opera və Balet Teatrında çalışıb. 1980-1992-ci
illərdəki Leninqraddakı S.M.Kirov adına
Opera və Balet Teatrının solisti olub. 1992-ci
ildən ABŞ-da yaşayır. Rəhbərlik
etdiyi balet truppası 2005-ci ildə bu ölkədə məşhur
Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə”
baletini tamaşaya qoyub. Hazırda Eldar Əliyev
Macarıstan tərəfinin dəvəti ilə Budapeşt
Opera və Balet Teatrının balet üzrə bədii rəhbəri
vəzifəsində çalışır.
525-ci qəzet.-
2011.- 3 may.- S.7.