Dünyanın gizli tarixinin mükəmməl
tədqiqat təşəbbüsü
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə
qeydlər)
Fövqəltəbii qüvvələrə fərqli
prizmadan yanaşma
Tarixi tədqiq edənlər,
araşdıranlar təkcə hadisələrə, şəxsiyyətlərin
hərəkətlərinə və onların motivlərinə
nüfuz etməklə kifayətlənməyib, həm də
geoloji plastı andıran bir səviyyədə meydana
çıxan digər növ süxurlara bənzər köməkçi
mənzərə cəhətlərinə, ştrixlərə
diqqət yetirməmiş qalmırlar. İnsan cəmiyyətinin,
sivilizasiyanın tarixi indiyədək nə qədər diqqətlə
öyrənilsə də, hər yeni nəsil öz
araşdırmaları ilə ona nəsə daha bir şey əlavə
edir, qızıl axtaranlar kimi böyük qum kütləsini
arası kəsilmədən yumaqla orada hansısa qiymətli dənəcikləri
tapmağa çalışır. Axı hər bir
dövrün salnaməsi təkcə təsvir edilən həlledici
hadisələrdən və görkəmli şəxsiyyətlərin
fəaliyyətlərindən ibarət deyil, onları bir qayda
olaraq çox sayda digər proseslər və həmçinin
o qədər də məşhur olmayan
iştirakçılar müşayiət edir. Bu hadisələr
və onların meydana gəlmə motivləri çox vaxt
sirlərdən hali olmur və baş vurduğumuz müəmmalar
dənizində biz yalnız uzaqdan da gözəçarpan
kiçik adaları və ya atolları seyr edirik, tarix adlanan
okeanın təbiətinə aid olan cəhətlərə, ən
azı su altında gizlənən mərcan riflərə o qədər
də əhəmiyyət vermirik. Elmi, əsasən materialist
baxışların aparıcı rol oynadığı bir
vaxtda isə biz çox hallarda ruhla əlaqədar olan məsələlərə
hətta istehza ilə yanaşırıq. İngilis
yazıçısı Conatan Blekin “Dünyanın gizli tarixi”
əsəri vaxtilə bestsellər (hərfi mənada “daha
yaxşı satılan” mənasını versə də, daha
çox oxunan ifadəsi kimi işlənir) kimi məşhurlaşsa
da, iyirmi iki il sonra, 2010-cu ildə Londonda yenidən və bir
sıra əlavələrlə nəşr edilib. Kitabda
fövqəltəbii qüvvələrin mistik və məxfiliklərindən
xəbər verən hadisələrin izahına cəhd
edilmişdir. Müəllif gizli cəmiyyətlərin, guya
ağılsız qoca adamların dünyanı idarə etmək
qəsdindən başqa bir şey olmadığı barədəki
cari ideyalardan uzaqlaşmağı bacarmış, əvəzində
göstərməyə çalışmışdır ki,
həmin qadınlar və kişilər, cavanlar və qocalar
gizli spiritualizm (dünyanın mahiyyətinin ruhi
başlanğıc olduğunu təsdiq edən, materiyaya ruhun,
allahın yaratdığı kimi baxan fəlsəfi təlim)
barədəki qədim cərəyanların mühafizəçiləri
olmaqla, əslində bizə nəsə bir mühüm
şeyi demək istəyib. Bu, materializm dalğasının
geri dönməsi ilə əlaqədər olaraq indi mütəşəkki
dinin (söhbət Xristian dinindən gedir) tənəzzülə
uğradığı bir şəraitdə xüsusilə
vacibdir. Gizli spiritualizmin müxtəlif cərəyanların
hamısı, mümkün olduğu qədər bu yolla diqqəti
cəlb edir.
Kitab məhz mistik və fövqəltəbii
məxfilikləri təsvir etməyə
çalışır və dünyanın elə bir tarixidir
ki, müəyyən sirli cəmiyyətlərdə əsrlər
boyu öyrənilib. Müəllif göstərməyə
çalışır ki, kosmosun başlanğıcı, onun
tarixi və gələcəyi- yaradıcı allahların və
ruhların, maqların və baş çıxaranların,
böyük tarixi şəxsiyyətlərin ulduzlar tərəfindən
idarə olunması və mələklər tərəfindən
ilhamlandırılması barədəki mistik təxəyüllərlə
yanaşı, güman ki, tarixdə iqtisadi və dar siyasi məsələlərdən
savayı daha dərin, daha zəngin nümunələr olub. Bu
nümunələr bir qayda olaraq düşüncələrdə
fövqəltəbii kimi qəbul olunur və əgər elm hər
şeyin mövcudluğunu ifadə edirsə, deməli, onda
bunlar heç bir vəchlə baş verməməli idi. Əsərdə
ənənəvi olaraq bir-birindən şübhələnən
qrupların-frimasionların, antroposofistlərin, katolik mistiklərin,
rəssamların, alimlərin baxışlarına müraciət
edilir. Onların hamısını isə, ümumilikdə
daim can atdıqları ruhi təcrübə aparmaq arzusu birləşdirirdi.
Həqiqi spiritual təcrübələr belə uzağa
gedirsə, deməli adamlardan bəziləri vergi ilə
doğulub. Əgər bəzi adamlar öz
baxışlarını realizə etmək üçün
kifayət qədər təxəyyülə malikdirsə, bu
təxəyyülün özü real olan şeyləri
görmək vasitəsidir. Güman etmək olar ki, təxəyyül
həmçinin elə görmə orqanıdır ki, o məşq
edilə, təkmilləşə bilər. Bu tarixin özəyindəki
qüdrətli və mükafatlandırılmış
SİRR Mariya Maqdalinada, Leanardo da Vinçidə, Tereza
Avillalıda, Uilyam Şekspirdə, Corc Vaşinqtonda və
tarixi yaradan çox adamlarda var idi. Dünyanın belə
tarixi müxtəlif epoxalarda mövcud olmuş həqiqi gizli cəmiyyətlərin
öyrənilməsindən ibarətdir. Bugünkü
baxışlar nöqteyi-nəzərindən deyilənlər
tam səfeh bir iş kimi görünə bilər, lakin
qeyri-adi adamların böyük bir hissəsi tarixi yaratmaqla
yanaşı, həm də inanc subyektləri olub. Qədim
dünyanın tarixçiləri, Misir sivilizasiyasının
başlanğıcından Romanın tənəzzülünə
qədər, Fiva, Elois və Efes kimi yerlərdə
keşişlərlə əhatə olunmuş ictimai məbədlərin
belə gizli cəmiyyətlərlə bağlı
olmasından bizə söhbət açırlar. Siyasi və
mədəni elita meditasiya texnikasına öyrədilirdi.
Hazırlıq işlərindən sonra Platon, Esxil,
Böyük Aleksandr, Avqust, Tsitseron və digərləri gizli
fəlsəfədən hali idilər. Müxtəlif dövrlərdə
bu “məktəblər” tərəfindən istifadə edilən
vasitələrə həmçinin sensor məhrumiyyətlər,
nəfəs alma təcrübələri, müqəddəs rəqs,
drama, hallusinasiya dərmanları və digər eksperiment
metodları daxil edildi. Çox sayda məşhur adamlar təəccüblü
şəkildə ezoterik fəlsəfəni müstəsna
olaraq həsr edilənlər üçün nəzərdə
tutulan sirli, qapalı təlim kimi, mistik vəziyyəti isə
gizli cəmiyyətlərdə gizli qaydada öyrədirdilər.
İsaak Nyuton, heç şübhəsiz, yaşlı
ömrü boyu əlkimya ilə məşğul olmuşdu və
bunu özü üçün daha mühüm iş kimi qiymətləndirirdi.
Corc Vaşinqton onun adını daşıyacaq paytaxt şəhərinin
əsasını qoyarkən göydəki böyük ruhu
köməyə çağırmışdı. Napaleon deyəndəki
ona ulduzlar bələdçilik edir, bu heç də nitqi
gözəlləşdirən obraz əlavəsi deyildi.
O, deyirdi ki, böyük ruh ona öz
taleyini göstərmişdi və bir şəxs kimi onu
uğurlu və bəxti gətirən edib. Qədim
dünyanın ikonoqrafiyasında və heykəltəraşlığında
Zaratustra dövründən başlayaraq Sirli Məktəblərin
gizli göstərişlərini bilmək, əldə lülə
şəklində bükülmüş kağızı
tutmaq qaydasında ifadə olunurdu. Bu ənənə müasir
dövrdə də davam etməkdədir və bu gün
dünyanın bir çox şəhərlərindəki
ictimai heykəllər bu qaydanın təsirinin necə
geniş yayıldığını nümayiş etdirir.
Heç də çox uzaqlara səyahət etmək lazım
gəlmir ki, gizli kultların okkult (okkultizm dünyada elmi cəhətdən
dərk olunmayan, yalnız “seçilmişlər”, “həsr
edilmişlər” tərəfindən dərk edilən sirrli,
fövqəltəbii qüvvələr haqqında guya
mövhumatçı hesab edilən anlayışlar sistemidir)
simvollarını tapmaq mümkün olsun. Gizli cəmiyyətlərin
daha çox məxfiliyi öyrətməsi yalnız şifahi
yolla baş verirdi. Digər hissələr qəsdən
aydın olmayan şəkildə yazılırdı ki, kənar
adamların onları başa düşməsi
qeyri-mümkün olsun. Bütün dünyada mövcud olan
müxtəlif ənənələr biri digərlərini
işıqlandırırdı. Lakin ezoterik (gizli) təlimlər
daha çox Qərb ölkələrində gizlədilirdi. Ənənələr
arasında potensonal münaqişələr də yox deyildir.
Məsələn, sufi ənənəsi ilə müqayisədə
hind ənənəsində reinkarnasiyanın – yenidən
doğulmanın vurğulanması daha geniş yer tuturdu. Fikir
məktəbləri və gizli cəmiyyətlər həqiqi ənənədən
meydana gəlirdi. Beləliklə, Kabala, tərkidünya,
Sufizm, Tampliyerlər, ezoterik frimasonluq, Martinizm, Madam Blavatskaya
teosofiyası və antroposofiya, onların tərkib hissəsi
hesab olunmalıdır. “Frimasonlar və ya masonlar hərfi mənada
“azad bənnalar” deməkdir, dini-etik cəmiyyətin üzvləri
olub, onlar mənəvi xüsusi öztəkmilləşməni
moizə etməklə yanaşı, xüsusi məralimləri
keçirir və məxfilikləri ilə seçilirdilər.
Teosofiya insan ruhunun ilahiliklə birləşməsi barədə
din-mistik təlimdir. Antroposofiya teosofiyanın növlərindən
biridir). “Əbədi fəlsəfənin” əvvəlki cəhdləri
bayağı, şit olanların, – “bizim hamımız eyni dərinin
“altındayıq”, “Məhəbbət özünün
mükafatıdır” kimi düşüncələrin müəyyənləşməsinə,
tanınmasına meyl edirdi. Bütün dünyadan olan Sirli məktəblərin
və gizli cəmiyyətlərin tanınmasının öyrənilməsi
hələ də çoxlarını hiddətləndirir və
onlar ümumi düşüncəyə təhlükə
hesab edilir. Bu gün alimlər deyə bilərmi ki, ən
böyük ağrı anlarında ürəyinin dərinliklərindəkini
ifadə etməklə göylərə yalvarmağın əhəmiyyəti
yoxdur, çünki sən oradan heç bir cavab almayacaqsan.
İnsanın borcu böyüməkdir, yaşa dolmaqdır, bu
laqeydlik şəraitlərinə gəlməyə öyrənməkdir.
Kainat isə müxtəlifdir, çünki onu bəşəriyyət
öz ağlında düzəldib. Bu tarixdə kainat
antroposentrikdir (bu təminə görə insan Kainatın mərkəzidir
və bütün dünyanın son məqsədidir), onun hər
bir sadə təcrübəsi düzləndirilərək bəşəriyyətə
doğru istiqamətlənib. Bu kainat bizi min illər ərzində
qidalandırmış, həm də unikal olan bir şeyə
kömək edib ki, bu da insan şüurudur. Şüur bizim hər
birimizi fərd olaraq inkişaf etdirir və həyatımızdakı
ən böyük anlara doğru irəli aparır. Nəzərə
alın ki, siz qışqıranda kainat rəğbətlə
sizə doğru çevriləcək. Siz həyatınızdakı
yol ayrıcına gəlib çıxanda, bütöv kainat
öz nəfəsini dayandıracaq, görsün ki, siz
hansı yolu seçirsiniz.
Alimlər Sirlər haqqında danışa bilər və kainatla hər bir sadə hissəciyin digər hissəciklə əlaqədə olması ilə maraqlana bilərlər. Elmdə kainat cisimi ağıldan qabaq gəlir. Ağıl cisimin macərasıdır, bir alim o qədər uzağa gedir ki, onu “cisimin xəstəliyi” kimi təsvir edir. Bu bir faktdır ki, bəzi aparıcı alimlər kosmosa qədim baxış yolunun mümkünlüyünü yenidən, artıq rəğbət əlaməti altında görməyə başladı. Baxmayaraq ki, yeni hissiyat metafizikaya (dialektikaya əks olan idrak metodu) azacıq dözümlülük göstərir, ancaq qədim dünyanın kosmoqoniyası (astronomiyanın göy cisimlərinin və onların sistemlərinin mənşəyinə və inkişafına həsr olunmuş fəsili) bəzi tarixçilərin mümkün saydıqları kimi, ideyaların düzgün, gözəl fəlsəfi maşınıdır. Bu sistemlər arasındakı fərqlərin açarı ondadır ki, onlar başqa-başqa şeyləri təsvir edirlər. Qədim fəlsəfə kainat barədə təcrübəmizin bilavasitə baş verdiyi kimi bizə gəlib çatdığını ifadə edir. Elm üçün ifadə edilən böyük möcüzə fiziki kainatdır. Ezoterik fəlsəfə üçün böyük möcüzə isə insan şüurudur. Bir qədər geniş prizmadan yanaşdıqda idealizmin və materializmin vəhdəti çox güclü şeydir və işləməyə qadirdir. Alimlər adətən amillərin müxtəlif qoyuluşları arasındakı tarazlıqların qeyri-adi seriyalarına aludə olurlar, bu amillər isə güman ki, yer üzərindəki həyatı qurmaq naminə zəruridir. Burada soyuq və isti, rütubətlə quraqlıq arasında, Yerin Günəşdən bu qədər uzaq olması və Günəş evolyusiyasının xüsusi səhnəsində qərar tutması (nə istidir, nə də soyuqdur) kimi tarazlıqar terminləri barədə söhbət gedir. Daha fundamental səviyyədə materiya öz qaydasında dərk edilməlidir, cazibə qüvvələrinin və elektromaqnetizmin hər biri xüsusi dərəcədə olmalıdır. Allahlara, mələklərə və ruhlara, onlar böyük kosmik zəkadan, başqa sözlə Fikir-Varlıqdan əmələ gəldiklərinə görə inanılmalı idi. Bu böyük Fikir – Varlıqlar özlərini xalq vasitəsi ilə ifadə edirdi. Sonralar göründüyü kimi, allahlar, mələklər və ruhlar millətlərin talelərində böyük dəyişikliklərin baş verməsi yaxınlaşan bir vaxtda gələ bilərdi. Bunların gözə çarpması əksər hallarda fərdi qaydada olurdu. Misal üçün, Böyük Aleksandr və ya Napoleon böyük ruh üçün vasitə idilər. Heç kəs onlara əks çıxmağı bacarmadı və ruh onları tərk edənə qədər nə edirdilərsə, hər şeydə uğur qazanırdılar.
(Ardı var.)
Telman ORUCOV
525-ci qəzet.- 2011.- 7 may.- S.22.