Adil İsgəndərovun 100 illik yubileyi qeyd olunub

 

Akademik Milli Dram Teatrında xalq artisti, Azərbaycan monumental rejissurasının görkəmli nümayəndəsi, milli teatr anlayışının formalaşmasında əvəzsiz xidmətləri olan rejissor Adil İsgəndərovun 100 illik yubileyinə həsr edilən təntənəli mərasim gerçəkləşib.

 Tədbirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev yubilyarın sənət yaradıcılığından, teatrımızda qoyduğu izlərdən danışıb. Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov çıxışında Adil İsgəndərovu nəhəng sənətkar adlandıraraq onu tamaşaçı ilə aktyor arasında ünsiyyəti yaradıcısı kimi dəyərləndirib. Tədbirdə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, “Azərbaycanfilmkinostudiyasının direktoru Xamis Muradov, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, xalq artisti Amaliya Pənahova, Azərbaycan Mədəniyyət İncəsənət UniversitetininTeatrşünaslıqkafedrasının müdiri Şəhla Əliyeva, kinoaktyor Elxan Qasımov digərləri çıxış ediblər. Tədbirdə Akademik Milli Dram Teatrının aktyorlarının ifasında A.İsgəndərovun hazırladığıVaqif”, “Otello”, “Şeyx Sənantamaşalarından parçalar nümayiş etdirilib yubilyarın oynadığı filmlərdən fraqmentlər göstərilib. Həmçinin tədbir iştirakçılarına görkəmli sənətkarın nadir səs yazıları da təqdim olunub. Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən tədbirin yüksək təşkilati estetik səviyyədə keçirilməsini təşkil etmək məqsədi ilə Rövşən Almuradlı, Nazim Bəykişiyev, İlham Əsgərov, Elnur Məmmədov, Atababa İsmayıloğlu, Məmmədşah Atayev, Nigar Abdullayevadan ibarət təşkilati qrup da yaradılıb. Yubiley gecəsinin ssenari müəllifi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, əməkdar incəsənət işçisi Atababa İsmayıloğlu, rejissoru Rövşən Almuradlıdır.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 7 may.- S.16.