Gənc Tamaşaçılar Teatrının direktoru mükafata layiq görülüb

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrındaAzərbaycan bayrağı” Media Mükafatı laureatı diplomu döş nişanının təqdimat mərasimi gerçəkləşib. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun mükafatlandırıldığı tədbirdə baş rejissor, xalq artisti Cənnət Səlimova, aktyorlardan xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Rafiq Hüseynov, Şövqi Hüseynov, redaktor Səriyyə İsmayılova, truppa müdiri Ələsgər Muradxanlı çıxış ediblər. Onlar laureatı təbrik edib, haqqında fikirlərini bölüşüb, fəaliyyətini müsbət qiymətləndiriblər.

Tədbirin sonunda Mübariz Həmidov mükafata görə minnətdarlığını bildirib, ünvanına deyilən xoş sözlərə görə təşəkkür edib bu mükafatı bütövlükdə teatr kollektivinin işinə verilən qiymət kimi dəyərləndirib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 21 may.- S.18.