Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

 

(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər)

 

Allahlar, yarımallahlar və qəhrəmanlar

 

Olimp miflərinin təsvir etdiyi dövrdə allahlar insanlar arasında gəzirdi. Lakin axırıncı allahın yer üzərində hökmran olmasının tarixi yunan ənənəsindən fərqli olaraq, bütöv Misir versiyasında verilir. Misirlilər şübhə etmədən inanırdılar ki, özlərinə məxsus olan daha mühüm allahlar nə vaxtsa məhz onların arasında gəzmişdir, onları döyüşə aparmaqla yanaşı, həm də müdrikliklə və yaxşı idarə etmişdir. Herodot Osirisin deyilənlərə görə dəfn edildiyi bir kiçik kilsəyə getməsini təsvir edir. Hərbi yürüşdən qayıdarkən Osirisi kütlə təbrik alqışları ilə qarşılayırmış, onun hökmranlığı isə qızıl era kimi xatırlanırdı. Onun adı törətmə qabiliyyəti, yaratma xüsusiyyəti ilə bağlıdır.

Osiris ölməz idi və Set öz arvadının namusuna toxunduğuna görə ondan qisas almaq istəsə də, onu öldürə bilməyəcəyini də bilirdi. Yeganə çıxış yolu, yaxasını ondan qurtarmaq idi. Lakin Setin özü də sehrli qüvvəyə malik idi. Özü və onun şər kohortası (ümum ideyalarla, məqsədlərlə birləşmiş insan qrupu) ay işığında ov edəndə, Set öz görməsində qəflətən İsidanın Osirisi beşikdə yürütdüyünü gördü. Qadın yatanda o, sevimli cütlüyün üstünə hücum çəkdi. Osirisi on dörd yerə parçaladı və onları yerin müxtəlif guşələrində gizlətdi. Osirisin sevdiyi qadın-Setin arvadı Neptis Osirisin bədənini qazıb çıxardaraq, bir yerə yığdı və arvadı İsida isə ondan Kainatın ağası olan Horu doğdu. Hor böyüdü, atasının qətlinə görə əmisi Setdən qisas alıb, onu öldürdü. Osiris bu vaxt Dünyanın altında Ölülərin sahibi kimi yaşayırdı. Hor isə Seti taxtdan düşürüb, onun yerini tutdu.

Digər səviyyədə güman ki, bu həm də mövsümlərin erkən dövr etməsi barədə məhsuldarlıq mifidir. Sirius ulduzunun göydə görünməsi, bir neçə aydan sonra isə gizlənməsi qədim misirlilər üçün belə əlamət idi ki, Osiris qısa müddətdə yenidən qalxacaq və bu hadisəyə Nilin daşması da borcludur. Ona görə də Misirdə Osirisə taxıl və yay məhsuldarlığı allahı kimi sitayiş edilir. İsidanın da çox arzulanan görünməsi də bizə Sirius kimi tanışdır. Sirius göylərdəki ən parlaq ulduzdur, bitkiləri, eynilə həmçinin heyvan və insan dünyasını dirildən Nilin daşmasının simvoludur, deməli tam mənasında həyat və ölüm məsələsidir. Piramida mətnlərində Osiris deyirdi ki, mən həyatın ağacıyam.

Həmin vaxt inkişaf etmiş fiziki gözlərə dünya çox müxtəlif qaydada görünürdü.

Ovidinin öz “Metamorfozalar”ında yazdığı kimi, bu vaxt insanların və heyvanların analitik forması bizim gördüyümüz kimi deyildi, nəhənglərin, hibridlərin və monstrların dünyası mövcud idi.

Tədricən cisim möhkəmlənməyə başladı. Kəllənin sümük damı möhkəmləndi, Osiris fənərini örtdü, beləliklə, yuxarıdakı böyük kosmik zəkanı süzgəcdən keçirdi. İnsanlar bu vaxt özləri üçün elə bir məkana malik oldular ki, onun içərisində düşünməyi bacardılar.

İnsan şəraitinin bu modelinin arxitipini Platonun “Mağara Alleqoriyası”nda tapmaq mümkündür. Dustaqlar mağarada zəncirlənmişdi, onların üzü divara baxırdı, ətrafı görə bilmirdilər. Hadisələr kənarda baş verdi, mağaranın ağzından divara kölgələr düşdü, bu dustaqların reallığı anlamasına səbəb oldu. Fiziki obyektlər, digər tərəfdən sadəcə kölgələr və ya yüksək reallığın əksləri idi.

İdealizmə inanan adam idealistik qaydada təcrübə aparır və həmçinin tarixi prosesləri anlaşılan idealizm kimi başa düşür. Platonun Alleqoriyasında mağara kəllənin sümük daşıdır. Kəllə qaranlıqdır, sümük otaq ətlə örtülmüşdür. Gizli doktrinaya müvafiq olaraq kosmos insan beynini elə qaydada yaratmışdır ki, o özü barədə düşünməyə qadir olsun. İdealist olanlar inanırlar ki, kainat Zəka tərəfindən zəkalar üçün yaradılmışdır.

Dünyanın yaranmasının idealist tarixi minilliklər dövründəki proseslərin və böyük hadisələrin salnaməsidir, burada Günəş, Ay, planetlər və ulduzlar öz yerinə qoyulmuşdur. Bizim şüurumuz indi elə quruluşa malikdir ki, bu da həmçinin göy cisimlərinin bizdən yuxarıda öz qaydasında sıralanması ilə əlaqədardır.

Sehrli keşişlər inanırdılar ki, Osiris Fənəri kəllənin sümüyü altında geri çəkilməklə, bizə bu gün tanış olan qozşəkilli dəmir tək öz mövqeyini tutmağa başlamışdı. İnsan sümükləri bərkləşərək maddiyə çevrildi. İnsan kəlləsi bir qədər yarıyaşayan və yarıölüyə çevrildi.

Gizli doktrinanın aksiomasında olduğu kimi ölümün başlanması fikrin doğulması idi. Gizli təlimə müvafiq olaraq, həyatla düşüncə arasında fundamental əkslik vardır. İnsanda həyat prosesləri qidanın həzm edilməsi, nəfəs alma və böyümə prosesidir, bu xeyli dərəcədə şüursuz işdir. Şüur, insanın düşünmək qabiliyyəti yeganə xüsusiyyətdir ki, bu həyatı prosesləri müəyyən qədər yatırtmaqla, onları mümkün edir. İnsan orqanizminin “polad” qüvvələri, hansılar ki, heyvanlarda böyümək və bioloji strukturlaşdırma üçün istifadə edilir, düşünmək üçün lazım olan şəraitlərin yaradılmasından ötəri vacib vasitə rolunu oynayır. Belə deyirlər ki, bu elə səbəblərdən biridir ki, insanlar buna görə müqayisəli qaydada xəstə heyvanlardır.

Protoinsanlar bitki varlıqları olanda, onlar ölümlə təcrübə aparmırdılar. Heyvan xüsusiyyətlərinə yiyələnməyə başladıqda isə ölümün dadını qabaqcadan təcrübədə görməyə başladılar. Bu, yuxu görməklə dolu olan yatmaq təcrübəsinə bənzəyirdi. Sonra bir müddət onlar yenidən maddi dünya içərisində “oyanacaqdılar”. İnsan sümükləri və yerdə yaşayan bədən, bərkiyən və əyilməyən kimi olanda insanlar az qaydada sərbəst hərəkət edirdilər və bu həqiqətən də ağrı gətirən bir iş idi. Ölüm çağırışı o vaxta qədər daha bərkdən səslənirdi, bu, demək olar ki, qarşısıalınmaz labüdlüyə çevrilirdi. Yuxu ölümə bənzəyənə qədər dərinləşdi və sonra o ölümə çevrildi.

Bu vaxt insanlar nəticədə həyatın, ölümün və yenidən doğulmanın qəddar dövrəsinin tələsinə düşdülər, bu sikllərdə yaşayan varlıqlar ölməli idi, çünki onlar bir yerdə yaşayırdılar. Orada ataları ölməli idi ki, öz oğlanlarına yol açsınlar, necə ki, kral ölməli idi ki, cavan, daha güclü varisə yol versin.

İnsan şəraiti çox müxtəlif səviyyələrdə dəyişilmişdi. Üçüncü Göz hələ də bu gün olduğundan daha fəal idi və heç də rudimentar (orqanizmin tarixi inkişafı ərzində öz funksiyasını itirən və yox olmaq yolunda olan inkişaf etməmiş orqanlar belə adlanır) orqan deyildi. Maddi dünyanın dərk edilməsi ruhi qaydada aydın və canlı xarakter daşıyırdı.

Qədim keçmişin müdrik adamları ölümün fikrin oyanması üçün necə vacib olduğunu başa düşürdülər və ona görə də onlar dərk edirdilər ki, tarixi proseslərdə bu qüvvələr necə də bir yerdə toxunulmuşlar.

Bu gün biz bilirik ki, uzaqdakı ulduza baxanda, bundan nə qədərsə əvvəl baş vermiş nəyisə görürük, çünki aradakı vaxt, ulduzdan çıxan işığın yer üzərinə gəlib çatması üçün lazım idi. Qədim insanlar digər bir həqiqəti bilirdilər ki, onlar öz iradələrini seyr edəndə, həmçinin hələ özləri doğulmamışdan xeyli əvvəl formalaşmış nəyəsə baxırdılar. Onlar bilirdilər ki, məhəbbəti yaşadıqda həmçinin gələcək minillik üçün kosmosa təsir göstərəcəklər.

Biz məhəbbəti yaşadıqda böyük kosmik qüvvələrlə qarşılıqlı fəaliyyətlərdə oluruq. Şair Rilke bu həyati hadisəni təsvir edərkən yazırdı ki, “iki adam gecə vaxtı bir yerə gələndə gələcəyi haraylayırlar”.

Xristian mifologiyasında eyni şəxsiyyət, eyni ruhi impuls Mariya Maqdalinanın obrazında yenidən meydana çıxır. Biz ilkin Günaha batma tarixinin arxasınca yollanırıq. Görünür ki, Günaha batma insan ruhunun maddi dünyadan əvvəl mövcudluğa düşməsi deyildir, Günaha batmaqda insan bədənləri də maddi dünya bərkidikcə bərkə çevrilir. Biz Günaha batma dünyasında yaşayırıq. Xristian ənənəsində bəzən “Sofiya” adlanan müdrikliyə biz, yalnız qaranlıqdan və yerin şeytan zonalarından keçməklə və həmçinin özümüzə səyahət etdikdə nail oluruq. Qədim dövrlərdə İsida yunan müdriklik ilahəsi Afina kimi tanınırdı. Afinanın isə Pallada adlı tutqun dərili ögey bacısı vardı və onu hamıdan artıq sevirdi. Bir dəfə onlar Anatoliya düzənliklərində oynayanda Afinanın diqqəti yayındı, bacısından uzaqlaşdıqda çox qorxdu. Həmin vaxtdan o, özünü Afina- Pallada adlandırdı, bacısının xatirəsini əbədiləşdirmək üçün qara ağacdan heykəlini yondu. Bu heykəl Palladium adlanır, Anatoliya xalqı ilahənin öz əli ilə yonulmuş bu heykəli öz paytaxtlarında saxlayırdı. Troya isə dünyanın ən böyük şəhəri idi.

Yunanlar troyalıların bildiklərini bilmək istəyirdilər. Onlar troyalılara qalib gəldikdə, dünya sivilizasiyasında rəhbərlik rolu onlara keçdi. Sonralar bu, bütün şərəfi ilə Romadan aşağıda dəfn edildi, o vaxta qədər ki, onda imperator Konstantın paytaxtı Konstantinopola keçirdi. Bu şəhər dünyanın spiritualizminin mərkəzinə çevrildi. Böyük qüvvələr, frimasonlar da bu regiona nəzarət imkanını axtardılar.

İnsanların digər varlıqlarla tam ölçüdə müharibəsi gedirdi. Bu varlıqlar əvvəlki epoxlardan olan mübarizlər idi. Neolit dövründəki çaxmaq daşı oğurlayanlar tayfası olan lapiflər və kentavrlar (qədim yunan mifologiyasında yarı adam-yarı at) arasındakı müharibə Parfeonun frizlərində təsvir olunmuşdur. Kentavrlar lapiflərin başçısının toyuna dəvət edilmişdi, lakin burada lapif qadınların ağ, tüksüz bədənini görəndə cuşa gəlməyə başladılar. Onlar gəlini yerlə sürüyüb, özünü, həmçinin rəfiqələrini və paj oğlan uşaqlarını zorladılar. Bunun arxasınca gedən döyüşdə Lapif çarı öldürüldü və bundan nəsillər boy davam edən düşmənçilik başlandı.

Sümüklər yoğunlaşdıqca, heyvan dünyası öz çəkisini hiss etməyə başladı. Heyvanlar yaşamaq üçün mübarizə aparmalı idilər. Bəşəriyyət tənəzzülə uğramaqda davam edirdi, bunu da təbiət edirdi. Heyvanların dişləri və caynaqları qırmızı rəng alırdı. Şirlər və canavarlar insanlara hücum edirdilər. Bitkilər tikan böyüdürdülər ki, adamların bədənlərini cızsın, ona görə də meyvə yığmaq çətinləşirdi və zəhərli bitkilər çoxalırdı.

Tarix göstərir ki, insanlar digər şüur formalarına malik olan adamları xoşlamırdılar, buna görə də onlar tolerantlığa çətinliklə öyrəşirdilər. Biz bunu müqayisə etdikdə, yalnız avropalıların attseklərə münasibəti, Avstraliyadakı aborigenlərin az qala genosidə məruz qalması və ya naytsistlərin qaraçıları yer üzündən bütünlüklə silmək cəhdi barədə düşünməyə ehtiyac duyuruq. Yəhudilərin hələ Moisey zamanından çox hallarda şüurun yeni formaya salınması ilə üz-üzə dayandığını görə bilərik.

 

(Ardı var.)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2011.- 28 may.- S.22.