Türkər Qasımzadənin əsərləri Nyu Yorkda yenidən səslənib

 

Nyu Yorkun Birinci Presviterian kilsəsinin möhtəşəm və qədim salonunda Azərbaycan bəstəkarı Türkər Qasımzadə ilə Amerikalı həmkarı Dreyk Andersonun birgə müəllif konserti keçirilib.

 “Nyu Yorkda tələbəlik həyatını yaşayan bir bəstəkar kimi bu, məndən ötrü xüsusi önəmi olan bir hadisəyə döndü. ABŞ-da yaşadığım qısa müddətli dövr ərzində müstəqil olaraq müəllif konsertimi təşkil edə bildim – deyə T.Qasımzadə “Trend Life” agentliyinə bildirib. – Bir məsələnin də önəmi var ki, bu konsert mənə Azərbaycan musiqisini Nyu Yorkun məşhur salonlarından birində təmsil etmək imkanı qazandırdı”.

Konsertdə Türkərin kamera ansamblı üçün “Damlalar”, solo fleyta üçün “Erin Lesser üçün solo” və Nəriman Qasımoğlunun sözlərinə klarnet və soprano üçün bəstələdiyi “Quşların pıçıltısı” əsərləri səsləndirilib. Əsərləri “Cochlea”, “Noise Bridge” ansamblları və fleyta ifaçısı Marta Karqo ifa edib.

 

 

525-ci qəzet.- 2011.- 5 may.- S. 7.