Qazanda Tukay günləri

 

Aprelin 25-26-da Tatarıstanın paytaxtı Qazanda böyük şair Qabdulla Tukayın 125 illiyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Tədbirlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Tukayın kitabını Azərbaycan dilinə çevirən şair Məmməd Kazım iştirak ediblər.

Aprelin 25-də Tukaya həsr olunmuş beynəlxalq konfransda çıxış edən Sabir Rüstəmxanlı deyib: “Xatirəsinin işığına yığışdığımız Qabdulla Tukayın şeirlərini Azərbaycan dilinə çevirən unudulmaz Xalq şairimiz Xəlil Rza Ulutürk həm Musa CəlilinMoabit dəftərinin tərcüməçisidir. Xalqlarımızın tarixi kökləri birdir. Uzun illər Azərbaycan tatar xalqları öz müstəqillikləri, mənəvi mədəni dəyərləri uğrunda mübarizə aparmışlar. Bu mübarizələrdə əsas amil doğma dil olmuşdur. Dillərimizin yaxınlığına görə keçən əsrin əvvəllərindən etibarən Qabdulla Tukayı Azərbaycanda da tanıyırdılar. Onun şeirlərində böyük əcdadlarımız Nəsimi, Cəlaləddin Rumi, Nəvai, Füzulidə olduğu kimi incə lirik hisslər alovlu üsyankarlıq vəhdət təşkil edir. Tukayın yaradıcılığıyla tanış olduqca bizim böyük şairimiz Sabir yada düşür. Onların hər ikisi öz xalqlarını azad, maariflənmiş, xoşbəxt görmək arzusuyla çırpınırdılar. Bu gün Azərbaycan müstəqil dövlətdir. Amma azadlığın səadətiylə bərabər torpaqlarımızın təcavüzkar qonşularımız tərəfindən işğal olunmasının acısını da yaşayırıq. Şübhəsiz, hər bir təcavüzə qarşı ən kəsərli silah bizim mənəvi, mədəni, ədəbi birliyimizdir. Qabdulla Tukay bu böyük həqiqəti bizə vətəndaşlıq qeyrəti yaradıcı dühası ilə bir daha sübut edir”.

Aprelin 26-da Opera meydanında təşkil olunmuş şeir bayramında çıxış edən Anar isə bunları bildirib: “Qabdulla Tukay yalnız Tatarıstanın deyil, bütün türk dünyasının ən parlaq şairlərindəndir. Sevdiyi çevirdiyi Lermontov kimi o da çox gənc yaşlarında dünyanı tərk etmişdir. Təxminən eyni yaşda bizim gözəl şairimiz Mikayıl Müşfiq 1937-c il repressiyalarının qurbanı olmuşdur. Dueldə qətl edilən Lermontovun güllələnən Mikayıl Müşfiqin ölümləri faciəvi olub, Qabdulla Tukayın isə bütün həyatı başdan-başa müsibətdir. Lakin taleyinin bütün məşəqqətləri içində Qabdulla Tukay həmişə yaşayacaq yüksək poeziya örnəkləri yaratmışdır. Qabdulla Tukay Azərbaycanda da tanınır sevilir. Eyni zamanda onu da deməliyəm ki, Tukayın da Azərbaycan ədəbiyyatına xüsusi marağı olmuşdur. O vaxt nəşr olunan qəzet jurnallarımızı diqqətlə izləyirmiş. Hifz olunmuş fotosunda Qabdulla Tukayın əlindəMolla Nəsrəddinjurnalını görürük. Biz yubileyə Qabdulla Tukayın Bakıda yenicə çapdan çıxmış kitabını hədiyyə gətirmişik. Şeirləri bu tədbirin iştirakçısı şair Məmməd Kazım tərcümə etmişdir, nümayəndə heyətimizin başqa bir üzvü, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı da bir sıra çağdaş tatar şairlərinin şeirlərini dilimizə çevirmişdir. Çox illər bundan qabaq tərtib etdiyim “1500 ilin Oğuz şeiriadlı türk poeziyası antologiyasına Qabdulla Tukayın da şeirlərini daxil etmişdim. Onlardan biriniQabdulla Tukayın məşhurDoğan dil” (“Ana dili”) adlı bu şeirini mən çevirmişəm:

 

 

Doğan dil (Ana dili)

 

Ey ana dil, ey gözəl dil,

Atamın, anamın dili.

Səndən çox şey öyrəndim

Mən bu dünyaya gələli.

 

Sənin köməyinlə duydum

Ta uşaqlıq çağlarımdan

Sevincimi, kədərimi

Şadlığı, qüssəni, qəmi.

  

Öz ana dilimdə idi

Oxuduğum ən ilk duam.

Qoru, deyirəm, dilimi,

Atamı, anamı, Xudam.

 

 

525-ci qəzet.- 2011.-5 may.- S.7.