“Şuşam mənim, incim mənim” Xalça Muzeyində
Ötən gün Lətif Kərimov
adına Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət muzeyində
“Şuşam mənim, incim mənim” adlı tədbir
gerçəkləşib. Əvvəlcə tədbir
iştirakçıları Şuşa şəhidlərinin
ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Şuşa
şəhərində vaxtı ilə fəaliyyət göstərən
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin filialı haqqında qısa məlumat
verilib. Tədbirdə Gənc
Tamaşaçılar Teatrının repertuarından
Qarabağ mövzusunda yeni səhnələşdirilən
Vaqif Əlixanlının “Əcəl atı”
tamaşasından bir parça nümayiş etdirilib. Əsər torpaqların azadlığı
uğrunda şəhid olanların xatirəsinə həsr
olunub. Böyüməkdə olan gənc nəsil
üçün Musiqi Akademiyasının nəzdində fəaliyyət
göstərən İncəsənət liseyi şagirdləri
tərəfindən “Bülbül və qızıl gül”
tamaşası göstərilib. Tamaşanın məzmunu
Şuşa
şəhərindən qaçqın düşən iki
bacının taleyindən bəhs edir. Tamaşa
nikbin sonluqla yekunlaşıb.
Tədbir muzeyin ekspozisiyasında keçirildiyindən oradaca
şagirdlər öz
təəssüratlarını rəsmlər vasitəsi ilə bölüşüb,
xalçalarımızın təbliği məqsədilə
tamaşaçılara qısa
fasilələrlə ekskursiyalar
aparılıb, Şuşa
şəhərinin gözəlliklərini
əks etdirən CD- diski də nümayiş
etdirilib. Tədbirə bir
sıra məktəblərin müəllim və şagird
kollektivi iştirak ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 6 may.- S.7.