Musa Yaqubun yeni kitabı
– “Payıza baxıram”
Bəlkə də borcundan
çıxmadım vətən,
Ömür bahar deyil, bir də
qayıtsın. Ölsəm də
qoynunda qoy ölüm ki mən, Çürüyüm,
bir ovuc torpağın artsın.
Müasir Azərbaycan poeziyasının
görkəmli nümayəndəsi,
şair Musa Yaqubun bu günlərdə
işıq üzü
görən növbəti
kitabı bu misralarla başlayır.
“Payıza baxıram” adlanan kitaba şairin əsasən son illərdə yazdığı
şerlər daxil edilib. “Araz” nəşriyyatında
çap olunan kitabın naşiri və redaktoru yazıçı-jurnalist Əlirza
Sayılov, digər redaktoru isə professor Allahverdi Eminovdur. “Payıza baxıram”ın giriş hissəsində redaktorların Musa Yaqubun milli-mənəvi və bəşəri dəyərlərdən qaynaqlanan,
geniş oxucu auditoriyası tərəfindən
sevilən yaradıcılığının
bir sıra aspektlərini analiz edən “Ümman sakitliyi” adlı önsözü verilib. İndiki əsl kitab boşluğunu doldurmağa
hesablanan “Payıza baxıram” Musa Yaqub yaradıcılığının
şirəsi saymaq olar. Kitab ölkə gənclərinin
əsl vətənpərvər
ruhda və estetik ideallarla tərbiyə olunmasında
böyük rol oynamaca qadir nəşr nümunəsidir.
Bütün bunların gerçək
şahidi olmaq üçün oxucular “Payıza baxıram”ı şəhərimizin kitab köşklərindən əldə
edə və bununla da Musa
Yaqubun poeziya dünyası ilə bir daha baş-başa
qala bilərlər.
BƏXTİYAR
525-ci qəzet.-
2011.- 12 may.- S.7.