Astarada kitab
bayramı baş tutub
Astarada rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
edilən IV Kitab Bayramı gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bayramda rayon İcra Hakimiyyətinin başçısı
Taleh Qaraşov, rayon ictimaiyyəti, mədəniyyət,
təhsil müəssisələrinin
əməkdaşları, məktəblilər
iştirak ediblər.
Tədbiri giriş sözülə
açan T.Qaraşov Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin fəaliyyət yolundan, respublikada bütün sahələrdə gedən
tərəqqi prosesindən
danışaraq, Astara
rayonunun da son dövrdə böyük inkişaf yolu keçdiyini qeyd edib. Rayon mədəniyyət
və turizm şöbəsinin müdiri
Şadoğlan Bayramov
çıxışında Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə respublikanın regionlarında
keçirilən ənənəvi
kitab bayramının əhəmiyyətindən söz
açıb. Sonra tədbirdə
rayon MKS-nin direktoru Nazim Fərəməzov kitab bayramının əhəmiyyətindən geniş
söz açıb.
O, kitab bayramının
gənc istedadların
bilik və bacarıqlarının üzə
çıxmasında önəmli
rolu olduğunu bildirib.
Kitab bayramında
rayonun Kakalos kənd mədəniyyət
evinin “Əvəsor” kollektivinin və “Nəcib Qızlar Klubu”nun üzvlərinin əl işləri, habelə Astara rayon Tarix-Diyarşünaslıq Muzeyində
saxlanan maraqlı eksponatlar və rayon MKS-nin təşkil etdiyi kitab sərgiləri
nümayiş olunub.
Tədbirdə maraqlı müsabiqələr,
viktorinalar keçirilib,
rayon məktəblərinin və Mədəniyyət
Evinin rəqs kollektivləri, Uşaq Musiqi Məktəbi şagirdlərinin çıxışları
maraqla qarşılanıb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 12 may.- S.7.