Uşaq xor kollektivlərinin VII respublika
müsabiqəsinin yekun
konserti olub
Ötən gün M.Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında Azərbaycan
Respublikasının dövlət
müstəqilliyinin bərpasının
iyirminci ildönümünə
həsr edilən Uşaq xor kollektivlərinin
VII respublika müsabiqəsinin
yekun konserti gerçəkləşib.
Azərbaycan Dövlət
Xor Kapellasının bədii rəhbəri, xalq artisti Gülbacı
İmanova bildirib ki, uşaq xor
kollektivlərinin respublika
baxış və müsabiqələrinin keçirilməsi
artıq ənənəvi
hal alıb: “Hər ilin aprel
ayında respublikamızın
bütün rayon və
şəhərlərinin uşaq
xor kollektivləri müsabiqəyə qatılırlar”.
Uşaq xor kollektivlərinin
VII respublika müsabiqəsi
cari ilin aprel ayında zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Mingəçevir,
Naxçıvan, Sumqayıt,
Şəki, Şirvan
şəhərlərində və Ağcabədi rayonunda keçirilib.
Tədbirdə respublikanın şəhər
və rayonlarından
10.000 nəfərdən çox
şagird iştirak edib.
Münsiflər heyətinin
qərarına əsasən
xormeysterlər Tatyana Yatsenko (Bakı şəhər Ş.Ələkbərova
adına 20 nömrəli
Uşaq Musiqi Məktəbi) Qran Pri mükafatına, Məhin Orucova (Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbi) və Zemfira Nurullayeva (Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbi) I mükafata,
Səidə Göyçayskaya
(Bakı şəhər
R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi), Nailə Nəhmədova (Bakı şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi) və Səbinə İbrahimova (Naxçıvan
Muxtar Respublikası Ordubad şəhər Uşaq Musiqi Məktəbi) II mükafata,
Teymur Cəbrayılov
(Bakı şəhər
R.Hacıyev adına
15 nömrəli Onbirillik
Musiqi Məktəbi), Aytən Qədirova (Bakı şəhər Ə.Bədəlbəyli adına
23 nömrəli Onbirillik
Musiqi Məktəbi), Vüsalə Məmmədova
(Bakı şəhər
M.Maqomayev adına 26 nömrəli Uşaq Musiqi Məktəbi) və Eldar Bayramov
(Ağcabədi rayon Ü.Hacıbəyli
adına Uşaq İncəsənət Məktəbi)
III mükafata layiq görülüblər.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 13 may.- S.7.