İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun akademiki seçilib

 

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun akademiki seçilib. İnstitutun prezidenti cənab Evans tərəfindən imzalanan diplomda yazılır: “Akademik İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun rəhbərliyi tərəfindən çoxcəhətli fəaliyyəti araşdırılaraq cəmiyyətə mühüm elmi mədəni uğurlar təqdim etdiyinə, elm sahəsində böyük nailiyyətlər qazandığına görə görkəmli alim kim institutun akademiki seçilmişdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, tanınmış ictimaiyyətçi, görkəmli elm xadimi, çoxsaylı elmi əsərlərin məqalələrin müəllifi İsa Həbibbəyli səmərəli məhsuldar elmi fəaliyyətinə görə dünya elmi ictimaiyyətində yetərincə tanınır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi fəaliyyət göstərən İsa Həbibbəyli nüfuzlu beynəlxalq elmi təşkilat qurumlarda da milli təhsilimizi layiqincə təmsil etməkdədir. Tanınmış alim 1999-cu ildə Türkiyənin Atatürk Araşdırma Mərkəzi üzrə Atatürk Kültür, Dil Tarix Qurumunun müxbir üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının, 2008-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı Yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib. Akademik İsa Həbibbəyli elmi nailiyyətlərinə görə 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindənİlin adamıadına layiq görülüb, müxtəlif vaxtlarda BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnformasiyalaşdırma Akademiyası tərəfindənİnformasiya aləminin elitası”, “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının (Mirzə Cəlilin) Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbərimükafatları Elmi istiqamətin rəhbərimedalı ilə təltif olunub. İsa Həbibbəylinin rektorluq fəaliyyəti, rəhbərlik təşkilatçılıq bacarığı nəticəsində Naxçıvan Dövlət Universiteti son on beş ildə Azərbaycanda elmin, təhsilin tərəqqisinə göstərilən yüksək dövlət qayğısından bəhrələnərək hərtərəfli inkişaf edib, müasirtipli bir universitet kimi formalaşmış, ölkənin qabaqcıl ali məktəblərindən birinə çevrilib.

 Təsadüfi deyil ki, dünya elm, təhsil sisteminə uğurla inteqrasiya edən bu ali məktəb elmin, təhsilin yeni texnologiyaların tətbiqinin inkişafındakı mühüm nailiyyətlərinə görə 2009-cu ildə Beynəlxalq Sosial Əməkdaşlıq KorporasiyasınınMinilliyin universitetiadlı beynəlxalq mükafatına layiq görülüb, Asiya Universitetləri Assosiasiyasının Avropa Rektorlar Klubunun üzvü seçilib. Biz görkəmli alim ictimai xadim, maarifpərvər ziyalı, gözəl insan, bacarıqlı təşkilatçı İsa Həbibbəylini növbəti böyük uğuruAmerika Bioqrafiya İnstitutunun akademiki seçilməsi münasibətilə ürəkdən təbrik edir, ona daha böyük nailiyyətlər arzu edirik.

 

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat

şöbəsinin müdiri

 

525-ci qəzet.- 2011.- 13 may.- S.3.