“San Yarlığı” mükafatı yeni laureatlara təqdim olunub
Ötən gün Atatürk Mərkəzində Türk
Törə Ocağının
“San Yarlığı” mükafatının
təqdimetmə mərasimi
keçirilib. Bu il
“San Yarlığı” mükafatı
müstəqilliyimizin 20 illiyi
ilə əlaqədar
olaraq Azərbaycan mədəniyyətinə önəmli
töhfələr vermiş
ziyalılarımıza təqdim
edilib. Tədbiri Mükafat komissiyasının
sədri, yazıçı
Elçin Hüseynbəyli
açaraq təqdim edilən ödülün
əhəmiyyətindən danışıb. Sonra Türk
Törə Ocağının
başqanı Elxan Zal “San Yarlığı” mükafatını laureatlara
təqdim edib. Fəlsəfi-estetik əsərlərinə görə yazıçı
Mahirə Abdulla mükafata layiq görülüb. Mahirə Abdulla
“San Yarlığı”mükafatına layiq görüldüyü
üçün təşəkkürünü
bildirib və bu mükafatı almasını yazar qadınlara verilən diqqət və dəyər kimi qiymətləndirib. Son illərdə
yazdığı tarixi
romanlar silsiləsinə
görə Yunus Oğuz, “Atropatena dastanı” trilogiyasına görə yazıçı
Vahid Məmmədli, türk xalqları ədəbiyyatlarının yaxınlaşmasında
göstərdiyi xidmətlərinə
görə şair Əkbər Qoşalı,
Azərbaycan mədəniyyətinin
təbliğindəki xidmətlərə
görə xeyriyyəçi
Rafiq Hüseyn oğlu, rəsm sənətində qazandığı
nailiyyətlərə görə
rəssam Nəvai Məmmədoğlu “San yarlığı”
mükafatı ilə
təltif olunublar.
Qeyd edək ki, “San Yarlığı” mükafatı
2000-ci ildə Türk
Törə Ocağı
tərəfindən təsis
edilib və “Türklüyə xidmətlərə
görə” verilir. “San Yarlığı”
laureatları sırasında Süleyman Dəmirəl, Rauf
Denktaş, Mustafa Kırımoğlu, Yaqub Dəliöməroğlu,
Nizami Cəfərov, Firudin Cəlilov, Qənirə Paşayeva
və başqa tanınmış insanlar ziyalılar var. 2008-
ci ildən laureatlar Türk Törə Ocağının və
Beynəlxalq Mahmud Kaşqari Fondunun birgə
yaratdığı mükafat komissiyası tərəfindən
müəyyən edilir. Mükafat komissiyasına Türk
Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş
katibi Elçin Hüseynbəyli, Türk Törə
Ocağının başqanı Elxan Zal, Atatürk Mərkəzinin
müdiri Nizami Cəfərov, Avrasiya Yazarlar Birliyinin
başqanı Yaqub Dəliöməroğlu,
Qırğızıstan Yazarlar Birliyinin sədri Omar Sultanov,
Qazaxıstan “Ulduz” jurnalının baş redaktoru Ulukbəy
Orazbayulı və Leniara Səlimova daxildir.
GÜNEL
525-ci qəzet.-2011.- 18 may.- S.7