Hüseynağa Qəniyevin təqdimatındaZəka xarakter

 

İctimai xadim fikir adamı kimi tanınan Hüseynağa QəniyevinZəka xarakteradlı tarixi-fəlsəfi esselər toplusu işıq üzü görüb. Kitaba müəllifinZəka xarakter”, “Nəfs haqqında”, “Fikir azadlığı”, “Müstəbid”, “Ədalət haqqında”, “Zaman məkan”, “Platonunsəhvi”, “Yalan haqqında”, “Özünü dərk et”, “Tarixin üç parlaq ulduzu”, “Renessans, reformasiya inqilablar haqqındafəlsəfi esseləri, İngiltərənin görkəmli dövlət xadimi və diplomatı Filip Dormer Stenkop ÇesterfildinMaksimləri, ingilis filosofu Frensis BekonunTəcrübələr mənəvi siyasi nəsihətlərinin tərcümələri daxil edilib.

MüəllifinZəka xarakteressesində zəkanın bəşəriyyətin əsas həyatverici qüvvəsi, xarakteri isə insanın əxlaqı-mənəvi sərvəti kimi xarakterizə edib, zəka xarakterlərinə görə hökmdarları 3 qrupa bölüb: “Zəka xarakterin qüdrəti baxımından hökmdarları nisbi olaraq bir neçə qrupa bölmək olar: Birincisi zəkası iradəsindən güclü olanlar: Romul, Tezey, Osman, Şah İsmayıl, Mustafa Kamal Atatürk kimi dövlət baniləridir ki, özləri vəfat etdikdən sonra yaratdıqları qüdrətli dövlətlər uzun müddət yaşamışdır bəziləri indi yaşayır. İkincisi iradəsi zəkasından daha güclü olanlar: İsgəndər, Atilla, Teymurləng, Napoleon kimi fatehlərdir ki, az vaxt ərzində çoxlu ölkələri fəth edib, nəhəng imperiyalar yaratmış, amma özlərinin vəfatından sonra imperiyaları süqut etmişdir. Üçüncüsü, zəkası da iradəsi kimi küt zəif olan Mixail Qorboçov kimiləridir ki, təsadüfən əllərinə keçən qüdrətli dövlətləri sağlıqlarında süquta uğradıblar”.

Nəfs haqqındaəsərində müəllif Əhriman Hörmüzün əslində var olmamasını, onların insanların cəbhələrə bölünmüş dünyagörüşlərinin olduğunu vurğulayıb. “Əslində Hörmüz var idi, Əhriman. Onlar insanların cəbhələrə bölünmüş dünyagörüşləri idi. Lənətlənən , lənətləyən , alqışlayan da, alqışlanan da insanlar idi. Bu, bəşər tarixinin əbədi mübarizəsi-nəfs müharibəsi idi”. 

MüəllifZaman Məkanbaşlıqlı digər fəlsəfi essesində yazır ki: Güclü şəxsiyyətlər niyyətlərini əvvəlcədən dəqiq təhlil edir, hər işin məqamını, yerini rolunu müəyyənləşdirir, bütün qüvvələrini vəhdət halında bütövləşdirir, fəaliyyətə başlayır qalib gəlirlər. Onlar geniş düşüncələri, fenomenal yaddaşları, sayıq bəsirətləri ilə məqamları zərgər dəqiqliyi ilə tutur zəmanələrinin övladı olmaqla yanaşı, heyrətamiz zəka xarakterləri ilə keçmişin təcrübəsini, bu günün reallığını gələcəyin proqnozlarını vəhdətdə, bütövlükdə, tam halında aydın görə bilirlər”.

 Yalan haqqındabaşlıqlı yazısında isə müəllif bildirib ki, insanlar mağaradan çıxdıqdan sonra yalanla həqiqətin mübarizəsi şəraitində yaşamışlar: “ Həqiqət axtarışına çıxanlar belə çox vaxt yanılaraq , çaşqın halda onu olmadığı yerlərdə axtarmış, özləri anlamadan yalanla silahlanıb, həqiqət ovuna çıxmışlar. Beləliklə onlar həqiqətin real qanunları üzərində duran DÜNYADA yalan, xürafat mövhumatla idarə olunan CƏMİYYƏT qurmuşlar”.

Kitabda yer alan maraqlı yazılardan biri Tarixin üç parlaq ulduzubaşlıqlı yazıdır. Burda müəllif dünya tarixində əvəzolunmaz üç dahi şəxsiyyətin: Homer, Əbülqasim Firdovsi Nizami Gəncəvinin adını çəkib. Müəllifin fikrincə, HomerOdisey İliadaəsərini yazmaqla xalqının tarixi yaddaşını bərpa etmiş, onu kökünə qovuşdurmuş, yunanların tarixini, fəlsəfəsini, coğrafiyasını, allahlarını, sevinc kədərini, məhəbbət nifrətini ümumiləşdirib toplum halında bütün nəsillər üçün ən dəyərli xəzinə kimi saxlamışdır. Hüseynağa Qəniyev Firdovsinin Şahnaməsini yazmaqla öz xalqı üçün Homerdən az görmədiyini, Şeyx Nizaminin isə ömrü boyu Gəncədən kənara çıxmadığı halda, dünya elminə yiyələnən, konkret halda Gəncəvi adlansa da, əslində ümumi zaman məkan baxımından Dünyəvi bir şair olduğu fikrini vurğulayıb.

Müəllifin topluda yer alan digər əsərlərində bir-birindən maraqlı fikirlər şərhlər öz əksini tapıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 19 may.- S.7.