Naxçıvan folkloru antologiyasının II cildi işıq üzü görüb

 

 Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli sərəncamla təsdiqlənən Tədbirlər planına əsasən hazırlanmışNaxçıvan folkloru antologiyası”nın ikinci cildi çapdan çıxıb. Nəfis tərtibatda çap olunan yeni nəşrdə qədim zəngin tarixə malik muxtar respublikanın bütün bölgələrindən toplanmış folklor nümunələri, eləcə folklor xəritəsi öz əksini tapıb. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Məhərrəm Cəfərlinin, Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Rafiq Babayevin Folklorşünaslıq şöbəsinin baş elmi işçisi, filologiya elmlər doktoru Yusif Səfərovun tərtib etdikləri yeni nəşrdəMiflər”, “Mif obrazları”, “İnanclar, sınamalar, yasaqlar”, ”Əfsanələr, rəvayətlər”, eləcə bir çox maraqlı şifahi xalq ədəbiyyatı nümunələri toplanılıb. 488 səhifədən ibarət olan kitabda mərasimlər, oyunlar, pirlər, ocaqlar, yuxuyozmalar, ovsunlar, alqışlar, qarqışlar, nağıllar, xalq hikmətləri, atalar sözü məsəllər, lətifələr, deyimlər, əmək nəğmələri, laylalar, oxşamalar, bayatılar, dastanlar, mahnılar digər folklor nümunələrimiz yer alıb. Bölgələrimizdə yayılmış tükəçarə-xalq təbabəti, folklor mətinlərindəki adlar, dialektoloji sözlük, həmçinin toplayıcılar söyləyicilər haqqında da antologiyanın sonunda ətraflı məlumat verilib.

 

 

525-ci qəzet.- 2011.-20 may.- S.7.