“Azərbaycan”ın növbəti sayı
“Azərbaycan” ədəbi-bədii
jurnalının daha bir sayı işıq
üzü görüb. Jurnalın
bu sayının ilk səhifələrində mərhum
şair İsa İsmayılzadənin 70 illik
yubileyinə həsr olunan, Arif Əmrahoğlunun
qələmə aldığı
“Qələmin altında
ölüm titrəyir”
başlıqlı məqaləsi
və İ.İsmayılzadənin
“Gözləyin, dünyaya
qayıtmağım var”
şeiri yer alıb. A.Əmrahoğlu məqaləsində qeyd edib ki, aradan
keçən illər
İsa İsmayılzadə
şəxsiyyətinin və
poeziyasının subyektiv
insan amilindən asılı olmayan sınağına çevrilib:
“Ədəbi prosesin gedişində real dünyasında
necə idisə, ədəbiyyat tarixində,
haqq dünyasında da elədir: sakit, təvazökar, ciddi, layiq olduğunu
eşitməkdən ümidini
kəsdiyinə görə
bir azca küskün...”
Toplunun “Dramaturgiya” bölməsinə
görkəmli Azərbaycan
yazıçısı İsmayıl
Şıxlının “Ölüləri
qəbristanlıqda basdırın”
adlı ikihissəli pyesi daxil edilib.
Paşa Əlioğlu unudulmaz şairimiz Əli Kərimin 80
illiyinə həsr etdiyi “Təbəssümü
başımız üstədir” başlıqlı məqaləsində
atası ilə bağlı kövrək xatirələrə
işıq salıb. Toplunun “Əlyazmalar
yanmır” bölməsində xalq şairi Fikrət Qocanın
şeirləri öz əksini tapıb. İsa
Muğannanın şair Barat Vüsalın 60 yaşına
ithaf etdiyi “Vətən, xalq, saz, şair haqqında” məqaləsi
və B.Vüsalın şeirlərindən seçmələr
də bu saydadır. “Nəsr” bölümündə
Kamil Əfsəroğlunun “Daşlı qala” romanı, Xumar Ələkbərovanın
“Parisin sirləri” və “Qara pencək” hekayələri verilib.
Toplunun “Poeziya” bölməsinə Fəxrəddin Əsədin,
İsa Sevərin, Mərkəz Qacarın, Nazir Rüstəmin,
Fəxrəddin Ziyanın, Əbülfəz Ülvinin və
Güləmail Muradın şeirləri daxil edilib. “Yaddaş”
guşəsində Vilayət Quliyevin “Yol ayrıcındakı
illərin anıları” və Mühitdin Birgenin “Azərbaycan
1922-1923-cü illərdə” məqalələri, “Yeni tərcümələr”
bölməsində Əbdül Hüseynovun “Üsyankar xaqan”
romanı, “Tənqid və ədəbiyyatşünaslıq”da
Yeganə Mirzəyevanın “Mövt ararkən Cavid olan sənətkarın
“İştə bir divanədən bir xatirə” şeirinə
bir şərh dənəməsi”, Elməddin Əlibəyzadənin
“Milli ruhumuzun qaynaqlarından “Kitabi-Dədə Qorqud”, “Klassiklərimizdən”
guşəsində Təhminə Bədəlovanın Məhcur
Şirvani barədə “Ağlar mənim əhvalimə qəbrimdə
bitən gül” məqaləsi, “Naməlum yazılı abidələrimizdən
soraqlar”da isə Paşa Kərimovun “Şükri və onun
anadilli lirikası” yazısı yer alıb.
GÜNEL
525-ci qəzet.-
2011.- 25 may.- S.7.