Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilir

 

Çində Azərbaycanın 28 May Respublika Günü müstəqilliyin bərpasının 20-ci ildönümü ilə bağlı Azərbaycan Mədəniyyəti Günləri keçirilir. APA-nın məlumatına görə, mayın 24-də Pekin şəhərində Respublika Günü münasibətilə təşkil olunmuş tədbirdə Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev Çinin mədəniyyət nazirinin müavini xanım Jao Şaxua da iştirak edib. Rəsmi çıxışlardan sonra Azərbaycan Dövlət Rəqs Ansamblının solistlərinin ifasında milli rəqslər, xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycanın klassik bəstəkarlarının əsərləri, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam ifa olunub.

Bu gün Azərbaycan Mədəniyyəti Günlər çərçivəsindəSan Pinİncəsənət Qalereyasında fotosərgi təşkil olunub, habelə miniatür kitab milli geyim nümunələri nümayiş etdirilib. Sərginin açılış mərasiminə Ə.Qarayev Çinin mədəniyyət naziri Çai Vu qatılıblar. Çində Azərbaycan Mədəniyyət Günləri mayın 27-nə kimi davam edəcək.

 

 

525-ci qəzet.- 2011.- 26 may.- S.7.