Bakıda I Beynəlxalq Kukla Biennalesi olub

 

Muzey Mərkəzində Bakıda keçirilən beynəlxalq kukla teatrları festivalı çərçivəsində təşkil olunan I Beynəlxalq kukla biennalesinin açılış mərasimi gerçəkləşib. Tədbiri giriş sözü ilə açan mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkə prezidentinin “2009-2019-cu illərdə Azərbaycan teatrının inkişafı haqqındaDövlət Proqramına uyğun olaraq keçirilən festival haqqında danışıb. Onun sözlərinə görə, kukla biennalesi layihəsi kukla teatrlarının beynəlxalq festivalı çərçivəsində həyata keçirilib: “Son 25 il ərzində təsviri sənət növləri arasında müəllif kuklaları dünya mədəniyyətinin irsi olaraq, tamhüquqlu sənət növü kimi özünü büruzə verib. Teatr bədii oyun kuklası məziyyətindən ayrılıb, o bədii kukla adına keçid alaraq, digər sənət əsərləri sırasında özünə layiqli yer tutub. I Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədietnoqrafik folklor kukla sənəti sahəsində böyük uğurlara ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa nüfuzlu təşkilatları cəlb etməkdən ibarətdir. Beləliklə, biz festival çərçivəsində Azərbaycan tamaşaçısını müxtəlif cərəyanları əhatə edən bədii kukla müəllifləri ilə tanış etmək fürsətini qazanmış oluruq. Gələcəkdə təkcə müasir ustaların deyil, həmçinin antikvar kukla sərgilərini Azərbaycanda təşkil etməklə, dünya kukla məktəbinin nailiyyətlərinin retrospektivi, Avropa kuklasının bərqərar olmasının mənbələri ilə tanış olmaq mümkündür. Ustad dərslərinin keçirilməsi şərti ilə, aparıcı mütəxəssislərin dəvət edilməsi, Azərbaycanın kukla üzrə gənc rəssamlarına öz ustalıqlarını təkmilləşdirmək dünyanın ən məşhur sərgi meydançalarında işlərini layiqincə nümayiş etdirmək imkanını verəcək”. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev I Beynəlxalq Kukla Biennalesinin iştirakçılarını diplomlar fəxri fərmanlarla təltif edib. Sonra Muzey Mərkəzinin bir neçə zalında yerləşdirilən kukla ekspozisiyasının açılışı baş tutub.

Qeyd edək ki, biennaledə dünyanın doqquz ölkəsininAzərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya, Niderland, Rusiya Ukraynanın 19 kukla ustası iştirak edib. Azərbaycanı BakıdakıÇeşməMədəniyyət Mərkəzinin nəzdində ilk özəl kukla muzeyinin milli geyimlərin yaradıcılarından biri olan Elmira Abbaslı, Azərbaycanda konseptual art-kukla sənətinin baniləri Pərviz Hüseynov İrina Qundorina, peşəkar heykəltəraş, akademik məktəbin nümayəndəsi Tamilla Qurbanova təmsil ediblər. Muzey Mərkəzində I Bakı Beynəlxalq Kukla Biennalesi çərçivəsindəKuklaların ikinci nəfəsiadlı konfrans baş tutub.

Kukla sənətinə həsr edilən konfransı giriş sözü ilə Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov açaraq tədbir haqqında məlumat verib: “Azərbaycanda kukla sənətinin inkişafı istiqamətində bir sıra mühüm addımlar atılıb. I Beynəlxalq Kukla Biennalesinə çoxsaylı tamaşaçıların gəlişi bir daha bu tədbirin əhəmiyyətini diqqətə çatdırır. Hələ qədimdən xanımlarımız öz evlərində müxtəlif bəzəkli gəlinciklər hazırlayıblar. Müasir dövrdə isə Azərbaycanda peşəkar kukla sənətində bir sıra əhəmiyyətli uğurlara imza atan portret kukla müəllifləri, art-kukla yaradıcıları ümumilikdə bu sahə ilə məşğul olanlar üçün beynəlxalq səviyyəli belə tədbirlərin keçirilməsi təcrübə mübadiləsi baxımından çox önəmlidir”. Konfransda həmçinin sərgi çərçivəsində nümayiş olunan dünyanın doqquz ölkəsininAzərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya, Niderland, Rusiya Ukraynanın 19 kukla ustasının əsəri haqqında fikir mübadiləsi aparılıb. Sərgidə farfordan düzəldilən alman, fransız, amerikan kuklaları, qədim yapon, meksika, monqol, yunan mədəniyyətindən xəbər verən keramika parça ilə işlənmiş kuklalar, slavyan dekorativ sənətini əks etdirən naxışlarla bəzənmiş kuklalar nümayiş etdirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 11 noyabr.- S.7.