Bakıda Latviya Günləri çərçivəsində tədbirlər keçirilir

 

Bakıda keçirilən Latviya Günləri çərçivəsində latviyalı rəssam Yuris Kalninşin fotoları nümayiş olunub. APA-nın məlumatına görə, “1969 Qalereya Mərkəzi””ndə baş tutan sərgini Latviyanın Azərbaycandakı səfiri Hardie Baumanis açıq elan edib. Daha sonra qonaqlar Latviyanın tarixini, mədəniyyətini, əsas dəyərlərini əks etdirən fotolarla tanış olublar. Aerofoto sərgisi noyabrın 27-nə kimi davam edəcək. “Latviyanı duyun” şüarı ilə keçirilən Latviya Günləri film nümayişi ilə davam edib. Daha sonra tarixi komediya janrındakı “Rudolfa Mantoyuns” bədii filmi nümayiş olunub. Filmin rejissoru Yanis Streç çıxış edərək öz təəssüratlarını bölüşüb. Günün sonunda restoranların birində Latviya aşpazları və barmenlərinin hazırladığı milli yeməklər, kokteyllər qonaqlara təqdim edilib. Latviya milli mətbəxi dekabrın 12-nə kimi hər gün qonaqlara təklif olunacaq.

 

 

525-ci qəzet.- 2011.- 17 noyabr.- S.7.