Nüfuzlu ziyalı, gənclərin
yaxın dostu...
PROFESSOR ƏHMƏD VƏLİYEVİN
65 YAŞI TAMAM OLUR
Görkəmli alim, peşəkar
təhsil mütəxəssisi,
məsuliyyətli rəhbər,
nüfuzlu ziyalı, etibarlı millət vəkili, gənclərin yaxın dostu...
Bütün bunlar “Odlar Yurdu”
Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Əhməd
Vəliyevi xarakterizə
edən xüsusiyyətlərdir. 65 yaşının tamamında
Əhməd müəllimin
zəngin, şərəfli
həyat və fəaliyyəti barədə
xeyli danışmaq, gördüyü işlərin
miqyası, ölkəmiz
üçün faydası
haqqında söhbət
açmaq olar. Lakin Əhməd Vəliyev adı Azərbaycan ictimaiyyətinə
kifayət qədər
yaxşı tanış
olduğu üçün
buna ehtiyac görmürəm.
Təkcə onu demək kifayət edir ki, Əhməd Vəliyev cəmiyyətdəki
statusuna, hörmət
və mövqeyinə,
həyata keçirdiyi
böyük və faydalı işlərə
görə nə qədər uca zirvədədirsə, insan
olaraq sadə və qayğıkeşliyinə
görə də bir o qədər yüksək pillələrdə
qərar tutur.
Əhməd Vəliyev o rəhbərlərdəndir
ki, onun qurduğu təhsil ocağında mövcud olan bütün imkanlar, formalaşmış
yüksək işgüzar
mühit yalnız və yalnız tələbələrin, gənclərimizin
keyfiyyətli təhsil
almasına, dövlətimizə
faydalı vətəndaş
kimi yetişməsinə
hesablanıb...
Əhməd Vəliyev o rektorlardandır
ki, tələbələr
onu görmək, dərdini, problemini, təkliflərini çatdırmaq
üçün qəbul
otağına üz tutmur... Çünki Əhməd müəllimin
özü hər an tələbələrin
arasındadır və
tələbələr universitetin
koridorlarında, auditoriyalarında,
şəhərciyində onunla
sərbəst söhbət
etmək, problemlərini
çatdırmaq, bir ziyalı məsləhəti
almaq imkanına malikdirlər...
Əhməd Vəliyev o Millət
vəkillərindəndir ki,
ölkəmizin iki ayrı-ayrı rayonunun seçiciləri ardıcıl
olaraq iki dəfə ona etimad göstərib, özlərinə vəkil
seçiblər...
“Odlar Yurdu” Universitetinin
bütün tələbələri
adından 65 illik yubileyi münasibətilə
dəyərli elm xadimi
Əhməd Vəliyevi
təbrik edir, ölkəmizin inkişafı
üçün fəaliyyətində
bol-bol uğurlar arzu edirəm!
Fərid ŞAHBAZLI,
“Odlar Yurdu” Universitetinin
tələbəsi, “İslahatçı gənclər”
İctimai Birliyinin sədri
525-ci qəzet.- 2011.- 25 noyabr.- S.2.