Azərbaycana ən yaxın Avropa ölkəsi

 

Əfsanəyə görə, Allah dünyadakı torpaqları xalqlar arasında bölüşdürən vaxt bolqarlardan savayı bütün xalqlar “auksionda” iştirak ediblər. Bolqarlar isə bu vaxt torpaqda, zəmilərdə toxum səpirmişlər. Allah onların bu zəhmətkeşliyini görüb onlara cənnəti – indi Bolqarıstan adlanan ərazini hədiyyə edib. Kommunizmin dağılmasından sonra Bolqarıstanda 90-cı illərin ikinci yarısında stabillik, iqtisadi islahatların həyata keçirilməsində inkişafın hiss edilməsi müşahidə olunub. Bu ölkə 2007-ci il yanvarın 1-dən Avropa Birliyinin tərkibinə daxil olması ilə əlaqədar razılıq əldə etdi və bundan sonra Bolqarıstan bir çox sahələrdə inkişaf etməyə başladı. Bolqarıstanda turizmin əsasının qoyulması XX əsrin əvvəllərindən başladı. Bolqarıstanda turizm son 3 ildə inkişaf etməyə başlayıb. Bolqarıstanda turizm sənayesi ildə bir milyard dollardan çox gəlir gətirir. Hazırda bu ölkədə otellərin, yeni tikinti komplekslərinin tikintisinə önəm verilir. Turistlərin sayının ildən-ilə artımı onu göstərir ki, Bolqarsıtan getdikcə Avropanın turizm mərkəzlərindən birinə çevriləcək. Unikal iqlim, dəniz və dağlarla sərhəd, keyfiyyətli mineral su mənbələri, müalicəvi kurortlar Bolqarıstana turist axınına səbəb olur. Bütün bunlar isə bu ölkəyə investorların marağının artmasına gətirib çıxarır.

 

Rəngarəng əmlak bazarı

 

Bolqarıstanın daşınmaz əmlak bazarı kiçik obyektlərdən tutmuş iri otellərə qədər müxtəlif əmlakları əhatə edir. “Daşınmaz əmlak” jurnalına istinadən bildirək ki, burada kommersiya obyektləri restoranlar, çay evləri, əyləncə mərkəzləri, dənizkənarı motel tipli obyektlər və s. var. Ekspertlər bildirir ki, Bolqarıstanda əmlaka – evə, mənzilə və ya apartamentə qoyulan vəsait çox əlverişli sərmayədir. Belə ki, burada əmlakın qiyməti çox sürətlə artır. “Prant” daşınmaz əmlak firmasından bildirirlər ki, statistikaya görə, burada keçən ildən bu yana əmlakda 25% artım müşahidə olunub. Bu da onu göstərir ki, Bolqarıstanda əmlaka pul yatırmağa dəyər. Burada əmlak əldə etmək istəyənlər üçün dəniz kənarında, dağ-xizək kurortu rayonlarında və paytaxtda olan əmlak daha arzuolunandır. Bolqarıstanda əmlak qiymətləri – ev, mənzil və apartamentlər üçün tikinti mərhələsində hazır yeni komplekslərdən adətən 25-30% aşağı olur. Burada tikinti prosesi də tez gedir. Belə ki, apartament tipli kurort kompleksi təxminən 1 il ərzində tikilib başa çatdırılır. Qiymət tikinti prosesi zamanı bağlanmış müqavilədə nəzərdə tutulur və dəyişilməz qalır. Adətən əcnəbilər Bolqarıstanda əmlaka onun yüksək qiymət artımı potensialını nəzərə almaqla sərmayə qoyurlar. Bolqarıstanda Azərbaycan investorlarının marağı orta səviyyədə ölçülür. Yəni, onlar daha çox kommersiya obyektlərinə investisiya qoyur. Ev alanların çoxu isə buradan Bolqarıstanda işləməyə gedənlərdir. Xaricdə daşınmaz əmlak satışı ilə məşğul olan “Real Estate” firmasından bildiriblər ki, həmyerlilərimiz Bolqarıstandan Burqas, Sofiya, Varna kimi şəhərlərdən ev və kommersiya tipli obyektlər alır: Məsələn, Bolqarıstanın mühüm iqtisadi mərkəzi sayılan Burqasda azərbaycanlılara məxsus otel və mağazalar var. Qeyd edək ki, azərbaycanlıların bu ölkədən aldığı əmlakın dəyəri 65-70 min avrodan 200-250 000 manata kimi dəyişir. Bolqarıstanda istənilən şəxs öz maddi imkanlarına uyğun əmlak tapa bilər. Əgər siz buradan 25-30 min avroluq ev almaq istəyirsizsə bu zaman Varne və ya Burqasdan birotaqlı ev ala bilərsiz. Bu, dənizdən çox da uzaq olmayan panel ev ola bilər. Belə evlərin likvindliyi çox aşağıdır. Kurort zonası hüdudlarında 20-25 il bundan əvvəl tikilmiş 15 mərtəbəli panel evlərdə nadir hallarda mənzil satışa çıxarılır. 1 kv.metri 6000-8000 avro. Yeni tikililərdə qiymətlər 2500 avro kv.metrdən başlayır. Bu tikililər kurort zonasından 10-15 km aralı yerləşir. Dəniz yaxınlığında, 1-2 km aralı yerləşən tikililərdə isə qiymət 4000-5000 avro kv.m təşkil edir. Qaydalar hamı üçün eynidir.

Burada istənilən əcnəbi fiziki şəxsə mənzil apartament qismində əmlak əldə etməyə icazə verilir (torpaq sahəsini yalnız hüquqi şəxs əldə edə bilər). Əksər əmlak, xüsusən istirahət üçün mənzil xüsusi evlər çox sərfəli icarə qiymətlərinə malikdirlər, bu əmlak kurort mövsümündə ya ilin istənilən vaxtı icarəyə verilə bilər. Mənzillə eyni vaxtda evin altında yerləşən torpaq sahəsi rəsmiləşdirilir. Adətən bu sahə 0,3-5 kv. metrdən ibarət olur şərti məna daşıyır. Firmaların mənzilin ünvanına qeydə alınması onun ofis kimi istifadə olunması qadağan deyil. Bu qayda eyni zamanda əcnəbi fiziki şəxslər tərəfindən əldə olunan mənzillərə aid olunur. Mənzil sahibiəcnəbilər kirayə vermə hüququ da daxil olmaqla bolqarlarla eyni hüquqlardan istifadə edirlər.

Fiziki şəxslərin adına əmlakın rəsmiləşdirilməsi üçün xarici pasportun, firmaya rəsmiləşdirilmə üçün isə şirkətin təsis sənədinin təqdim edilməsi kifayətdir. Alqı-satqı notariusda qeydə alınır. Mülkiyyət hüququnu təsdiq edən sənəd notarius aktı hesab olunur. Burada torpaq meşənin əcnəbilərə satışı qadağandır. Bu qadağa həm tikinti altında yerləşən, həm kənd təsərrüfatı torpaqlarına aiddir. Torpaq sahələrinin sahəsindən asılı olmayaraq icarəyə götürülməsinə icazə verilir. Minimum icarə müddəti 4 il, maksimum isə müəyyənləşdirilməyib. Əcnəbi şirkətdə bolqarların payı varsa, hətta 1% kapital Bolqarıstan vətəndaşlarına ya hüquqi şəxslərinə məxsus olsa belə torpaq meşə əldə etmək hüququna malikdir. Bütün qanunvericilik normalarına görə onlar Bolqarıstan vətəndaşları tərəfindən təsis olunan firmalara bərabər tutulur. Mülkiyyətin keçməsi əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə notarial akt əmlakın yerləşdiyi ərazinin notariusunda tərtib olunur. Sənəd alıcı satıcı tərəfindən imzalandıqdan imzaların həqiqiliyi notarius tərəfindən yoxlanıldıqdan sonra notarius notarial aktı rayon məhkəməsinə təqdim edir. Məhkəmə qeyd aparmaqla Dövlət Əmlak Reyestrinə obyekt barədə dəyişikliyi daxil edir. Bu barədə qeyd notarial akta da əlavə olunur. Alqı-satqının sonunda notariusa adı çəkilən reyestrdən əmlakın yüklülük vəziyyəti barədə arayış təqdim olunur. Arayışda əmlakın ipotekasının, 3-cü şəxslər tərəfindən istifadəsinə icazəsinin, satışına qadağa qoyulmanın olub-olmaması, habelə barəsində açılmış məhkəmə işləri (əgər varsa) barədə məlumatlar əks olunur. O, eyni zamanda əmlakın konkret şəxsəsatıcıya məxsusluğunu təsdiq edir. Digər vacib sənəd əmlakın dövlət qiymətləndirməsi barədə sənəddir ki, bu sənəd ərazi vergi xidməti tərəfindən verilir. Notarial aktda qeyd olunan obyektin satış qiyməti bu məbləğdən aşağı ola bilməz. Satış qiyməti əsas götürülərək, alqı-satqıya görə dövlət rüsumu notarial ödənişlərin məbləği müəyyən edilir. Adətən onlar təxminən 4% təşkil edir. Büdcəyə yerli vergiməbləğin 2%-i müəyyən olunur. Əmlakın rəsmiləşdirilməsi üçün əcnəbi alıcı fiziki şəxs olduqda xarici pasportunu, hüquqi şəxs olduqda şirkətin təsis sənədini təqdim etməlidir. Bolqar qanunlarına görə daşınmaz əmlaka mülkiyyət hüququ əldə olunduqdan sonra 2 ay ərzində yerli vergi orqanlarında qeydiyyata salmaq lazımdır. Bundan başqa Bolqarıstanda əmlakı alan xarici hüquqi fiziki şəxslər Bolqarıstan Statikstika Orqanında qeydiyyatdan keçməlidir. Prosedurun sonunda eyniləşdirmə nömrəsi qeyd olunan vəsiqə plastik kart verilir.

 

Xərclər vergilər

 

Əmlak alqı-satqısı ilə bağlı müxtəlif ödəniş sxemləri mövcuddur. Ödəniş sxemi tikinti şirkəti tərəfindən hər bir konkret halda müəyyən olunur əsasən obyektin hazırlıq mərhələsindən asılıdır. Adətən rezervasiya – 1000 – 1500 avro, ilkin müqavilənin imzalanmasıburada ödəniş müddəti məbləği müəyyən olunur (adətən 30% ilkin müqavilənin imzalanmasından sonra, 40% obyektin hazır olması mərhələsində, 30% isə notarial aktın rəsmiləşdirilməsi zamanı) kimi ödənişlərdir. Kommunal xərclərə gəldikdə isə 2 otaqlı 52 kvadratmetrlik ev üçün elektrik enerjisi üçün ayda 25 avro, zibil digər ödəmələr üçün isə ayda 3-5 avrodur. Basseyn kompleks yaşılllq ətrafında yerləşən belə ev üçün isə basseyn, yaşıl zona, küçə təmizliyi üçün ödəniş vermək lazımdır. Belə əmlak üçün aylıq ödəniş 40-50 avro təşkil edir. Beləliklə evin elektrik xərcləri ilə birlikdə ayda 70-80 avro kommunal xərclərə yönəlir.

 

 

Günay FƏRHADQIZI

 

525-ci qəzet.- 2011.- 26 noyabr.- S.12.