“Buta”nın sorağı Avstraliyadan gəldi

 

Avstraliyada keçirilən mərasimdə “Ən yaxşı uşaq filmi” nominasiyasında Azərbaycanın “Butafilminin qalib gəldiyi elan olunub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, mükafatı qəbul edərkən rejissor İlqar Nəcəf akademiyanın üzvlərinə və filmin yaradılmasında ona kömək edənlərin hamısına təşəkkürünü bildirib. Bu ilButafilmi Türkiyə, Rusiya, Özbəkistan, Estoniyada keçirilən beynəlxalq kinofestivallarda iştirak edib.

Müsabiqənin “Ən yaxşı bədii film” nominasiyasında isə dünya şöhrəti qazanmış İran rejissoru Fərhad Əsgərinin “NadirSiminin boşanması” filmi müvəffəqiyyət qazanıb. “Azərbaycanfilm” və “Buta-filmin istehsalı olanButafilminin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri İlqar Nəcəf və Ramiz Fətəliyev, operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyevdir. Rolları Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyevə, Bahadur Səfiyev, Kimyaxanım Daşdıyeva, Süleyman Nəcəfov və başqaları ifa edib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 29 noyabr.- S.7.