Amerikada Türkər Qasımzadənin yeni əsəri ifa olunub

 

Ötən həftə Amerikadan aldığımız bir mədəniyyət xəbəri həmyerlimiz, gənc bəstəkar Türkər Qasımzadənin yeni əsərinin ifası ilə bağlıdır. Türkər Nyu-York konservatoriyasının məzunu olaraq hazırda Heydər Əliyev Fondunun dəstəyilə ABŞ-ın Ohayo ştatında, Sinsinnati Universitetinin bəstəkarlıq üzrə doktoranturasında təhsilini davam etdirir.

Bəstəkarın fortepiano üçün yazdığı yeni əsəri “Yağan bütün qarlar üçün boşluq” adlanır. Əsər Sinsinnati Universiteti konservatoriyasının “Autrium” zalında məşhur holland bəstəkarı Luis Andriessenə həsr olunan bir konsertdə müəllifin öz ifasında səslənib. Dinləyici auditoriya əsəri və ifanı rəğbətlə qarşılayıb.

 

 

525-ci qəzet.- 2011.- 30 noyabr.- S.7.