Məhəmməd
Əmin Rəsulzadə
Əsərləri
Üçüncü cild
(1915-1916)
Ön
söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür.
İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız hazırladığım
bu əsər Azərbaycan tarixi və bütövlükdə
I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar
üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə
sayımızda)
Avstriya
əhvalı
Müharibə başlayandan bəri biz haman
Avstriya sındı, Avstriya qoşunları əsir
düşdü deyə, varid olan xəbərlərə adət
etmiş kibiyiz.
Avstriyalıları hər kəs
dögüyor. Ruslar da, serblər də, hətta serblərin ən
yorğun düşdükləri bir anda belə Avstriya
korpuslarını məhv və talan edə bilmək
üçün özlərində qüvvət və cəsarət
buluyorlar.
Avstriyanın müxtəlif millətlərdən
təşəkkül edən və buna görə də zəif
olan ordusu etilafi-müsəlləs dövlətlərinə
bilxassə Rusiya məhfəli-siyasiyəsinə Ümumavropa
müharibəsinin həll olunacaq nöqtəsini nişan verməkdədir.
Məsələ həll olunsa haman Avstriya təriqilə həll
olunacaqdır. Bu dügünün açılacaq nöqtəsi
oradadır. Binaənileyh Avstriya Qaliçya tərəfindən
yeriməkdə olan müzəffər rus ordularının təsiri
və hər daim Avstriyaya qarşı diş bülövləməkdə
olan İtaliya ilə Rumıniya dövlətlərinin təhdidi
altında ehtimal ki, müharibələrlə xüsusi bir
sülh əqdinə yanaşar deyə
düşünülür və bu münasibətlə də
hərdən bir Avstriya sülh arzu ediyor, deyə qəzetələrdə
xəbərlər nəşr olunub duruyor.
İtaliya ilə Rumıniyanın Avsriyaya
qarşı aldıqları şübhəli vəziyyətlərlə
rus ordusunun haman Macarıstana tərəf etməkdə
olduğu Avstriyada bəzi həyəcanlara səbəbiyyət
veriyor və bu münasibətlə zahirdə böyük bir
çaxnağa dəlalət edən bəzi xəbərlər
bütün iqtari-aləmə nəşr olunuyor. Bu xəbərlərin
tacı məqamında bulunanı isə son teleqraflar vasitəsilə
alınan Ber Xetvaldın istefası xəbəridir.
Qraf Ber Xetvald çoxdan bəri Vyana hökumətinin
xariciyyə nəzarətində bulunub bu məmləkətin
siyasətini idarə edən zatdır.
Ber Xetvald Avropa müharibəsinin müsəbbibi
ədd olunmaqdadır. Çünki etilafi-müsləscə
Avropa müharibəsinin səbəbini təşkil edən
Avstriya ultimatumuni qraf Ber Xetvald tərtib etmişdi. Serbiyaya
qarşı verilən utlimatum olduqca şədidül-məsul
olub məzkur dövlətə fövqəlhədd bir “qulaq
burması” vermək məqsədi ilə tərtib
edilmişdi. Bu ultimatum üzərinə müzakiratə
girişmək istəyib məsələni sülhən
yatırtmaq üçün çalışan siyasilərə
qarşı o zaman Ber Xetvald olduqca sovuq rəftar edib dediginin
nüstündə bərk duracağını və Avstriya
dövləti qərarının dəgişməz bir qərar
olduğunu hər kəsə, bilxassə ruslara qarşı
hiss etdirmişdi. Hətta diplomatların fəzlə “dindirib
danışdırmalarına” məruz qalmamaq üçün
Ber Xetvald işləri müavininə tapşırıb
Vyanadan çıxmış və müraciət etməkdə
olan diplomatlara qarşı Ber Xetvaldın müavini olduqca sovuq
bir əlaqə göstərməkdə bulunduğundan rus nümayəndəsi
knyaz Şerbakovun: “rəftarınız müvafiqi-nəzakət
degildir” – deyə etirazı varid olunca heç
qırpınmadan: “Manafei-dövlət iqtiza etdigi zaman nəzakət
də gözlədiləməz” cavabını vermişdi.
Diyorlar ki, Ber Xetvaldın bu dərəcədə
inad və israrı ancaq rusların müharibə etməyəcəgi
həqqindəki etiqadından iləri gəliyormuş. Bunun
böylə olduğunu sonradan vaqe olan əhval ilə isbat etmək
istiyorlar. Ber Xetvaldın inadı sayəsində siyasət aləmini
böyük bir həyəcan qapladığı və
almanlarla ruslar qəti-münasibat dərəcəsinə gəldikləri
sırada Ber Xetvaldın qalxanı atmaq dərəcəsinə
gəlmiş və rus səfarətinə müraciətlə
müzakiratə girişə biləcəgini bildirmişsə
də, artıq iş-işdən keçmişdir.
İştə bu surətlə Avropa müharibəsinin
səbəbi-rəsmisi ədd olunan qraf Ber Xetvald imdi istefa
vermiş və işdən çəkilmişdir.
İlk nəzərdə nəzərə
öylə gəliyor ki, bu istehfa Avstriyanın sülh əqd
eləmək arzusunda olan xəbərlərlə bir növ əlaqədardır.
Öylə təsəvvür ediyorlardı ki, macar siyasilərinin
təzyiqi ilə Vyana artıq sülh etmək səddinə gəlmiş
və bu cərəyanı əksəriyyət və nüfuz
qazandığından müharibə səbəbçisi qraf
Ber Xetvald istefaya məcbur edilmişdir.
Halbuki, həqiqət
heç burada da degildir. Ber Xetvaldın yerinə macar dövlətinin
sər adamından qraf Tissa iş başına gəliyor. Bu
adam əzim, səbat və macarlara məxsus olan mətanət
və inad ilə məşhurdur. Hətta söyləndiginə
görə işin ibtidasından belə berxetvaldları
müharibəyə sövq edən yenə bu qraf olmuşdur.
Yaxında alman ərkani-hərbində müttəfiqlərin
iştirakı və imperator Vilhelmin sədarəti ilə
böyük bir şura vaqe olmuş və Avstriya tərəfindən
nümayəndə olaraq iştə qraf Tissa getmişdi. Qraf
Tissanı rus qəzetələrindən ciddi düşünənləri
haman Avstriyanın Ənvər Paşası məqamında
tutuyorlar. Ənvər Paşa nə qədər sülh tərəfdarı
isə qraf Tissa da o qədər sülhpərvərdir,
diyorlar.
Ber
Xetvaldın istefası ilə məzkur Tissanın bütün
mənasilə sərkarə gəldigini Ber Xetvaldın əvəzinə
Buryanın təyin olunduğu xəbəri də təsdiq etməkdədir.
Buryan qraf Tissanın adamıdır.
Bu surətlə
demək olar ki, qraf Ber Xetvaldın istefası Avstriyanın
sülhçuluğuna degil, biləks daha ciddi bir surətdə
hərb edəcəginə dəlildir.
Son zamanlar
Serbiyaya tazədən hücum edə bilmək
üçün macar prinslərindən birinin komandası təhtində
yeni bir ordu təşkil olunduğu ilə rus hüdudundakı
yeni müqavimət xəbərləri də bunu az-çox təəyyid
etməkdədir.
Digər tərəfdən
teleqraflar ingilislərin qraf Ber Xetvaldın istefasından
xoşlanmadıqlarını ifham edər bir fəqərədə
nəşr etdilər. Bu fəqərədən
anlaşılıyor ki, Britaniya diplomatları kəza
etilafi-müsəlləs siyasəti nöqteyi-nəzərindən
iş başında macar partisi və qraf Tissa nüfuzundan
ziyadə qraf Ber Xetvaldı görməgi arzu etməkdə
imişlər. Qraf Ber Xetvald daha yola yavuq və güzəştkar
imiş, inad və səbatı ilə məşhur olan bir
qövmin övladı olan Tissadan isə böylə bir
güzəşti gözləmək müşküldür.
Müharibə
dügününün həlli Avstriyanın zəif nöqtəsinə
dökməklə hasil olacaq fikri zehnlərə hakim isə də,
qraf Ber Xetvaldın istefasında bu fikri müəbbəd bir əlamət
görənlər pək o qədər də həqli degildirlər.
Nəzərə
öylə gəliyor ki, qraf Tissa və onun adamı Buryan
Avstriya siyasətini sülh degil, inad və israr ilə
ruhlandıracaqlar.
M.Ə.
“İqbal”, 8
yanvar 1915, ¹834
Müsəbbib-səbəbkar
İfham-anlama,
başa düşmə
Möbəd-bilikli
Azərbaycan xatiratından
Təbriz
Səthi-dəryadan
5000 fut yucalığında geniş bir dağ dərəsi;
bunun bir tərəfi açıqca da, üç tərəfi
boz və sarı dağlarla əhatə olunmuş ki,
onların ətəkləri bir çay vasitəsilə qət
olunmaqdadır. Mərkəzdə Acı çay denilən
suyun kənarında bir çox boz topraqlı damlardan ibarət
şəhər evləri qərar tutmaqda, yekrəng və
geniş bir bozluq təşkil edən bu meydanın bir
çox yerlərində asimana baş qaldırmış qələlərlə
çinarlar yaşıllanmaqda, bəzən boz rəngli
palçıq damlarla hasarları haman kölgələməkdədirlər.
Tamam bir bozluq və tala-tala gögərti.
Nə bizim
gördügümüz daş qalaqlarından ibarət olan
müəzzəm bir bina, nə də fabrika və
zavodların qüllələrindən də yüksək
qalxan bacaları. Xülasə, böyük şəhər həqqində
təsəvvür elədigimiz şeylərin heç birisi
yox.
Gecələri
qaranlıq. Küçə fanarlarının asimanə pərtov
salan tənviratı da yox. Hər tərəfdə bir səmt
və sükut. Şair bəlkə də Təbriz gecələrini
görmüş də:
“Gecə Təbriz
səmti-xülyadır” – demişdir.
Arabir bu “səmti-xülya”nı
xələldar edən varsa, o da nəzmiyyələrin “Gələn
kim!” – deyə bağırıb “ismi-şəb” istəməsilə
məhlə itlərinin ulamasından ibarət.
İran
şəhərlərində öylədir, itlər olduqca əsəbi
və məənddirlər. Bir məhəllənin iti gecə
digər bir məhəlləyə keçə bilməz. Məhəllə
itləri haman yabançı itə həmlə edib bir
qovğa çıxar və “düşmən” “vətən”dən
çıxıncaya qədər bu mühərrikə davam edər.
Şairin bundan xəbəri olsa və şirin uyğusuna
yatmışkən bir “hay və huyu kəlab” ilə hərasan
qalxsaydı, yəqin ki, gecənin təsvirinə:
“Gecə mənus hay və huyi kəlab”
məsəlində
bir misrai daha əlavə edərdi.Kamançanın əmaği-ruhə
işləyən incə tellərindən hasıl olan iniltisi
İran nəğmələri ilə xoş ləhn və səda
xanəndələrin həzin və danişin sədaları
da bəzən gecənin sükutu ilə “səmti-xülyasını”
yarmaqdadırlar. Bu ixtilalçıların heç biri
olmayıb səhərə qədər xamuşanlıq
keçsə belə, şübhəsiz ki, müəzzinlərin
sədası səni uyğudan qalxızacaq, “xülya”nın
intəhası gəldigini xəbər verəcəkdir.
Bu Təbrizin
gecəsi və gecədəki həyatı.
Günüzləri
bittəbii şəhər başqalaşır. Fəqət
yenə də bizim bildigimiz gurultu yoxdur.
Burada gurultu əvəzinə
haman bağırtı vardır. Yoldan keçən
çarvadar bağırır, şərbət və
şirniyyat satan tabaqçı bağırır. Baqqal və
sair əsnaf bağırır. Burada bu tərəflərin
lövhələr vasitəsilə ifham etdiklərini haman
Qafqasiyanın müsəlman şəhərlərindəki
bazarlar kibi bağırıb çağırmaqla qandırmaq
istəyirlər. Təbrizin ən qələbəlik və
bağırtılıq yeri bazardır. Bazar böyük bir
çarsudan, üstü örtülü küçələrdən
ibarətdir. Təbrizin İran torpağında nə kibi
böyük bir ticarət mərkəzi təşkil elədigi
iştə buradan anlaşılmaqdadır. Bu bazarda bilxassə
yeyinti satılan qismi ilə dəmirçilər və misgər
alan tərəfində bir bağırtı, bir gurultudur ki, gəl
görəsən.
Bütün
bu bağırtılara-biz Təbrizdə ikən-yeni bir
şey əlavə olunmuşdur ki, xəlq hənuz ona adət
etməmişdi. O da şəhərdə gəzişməkdə
olan rus qitaəti-əskəriyyəsinin musiqisi ilə əskəri
nəğmələr oxumasından ibarət!
Burada
küçələr dardır. İki-üç sacın
enligində, bəzən də üç arşın enində
dalanlar vardır. Bir çox yerlərə fayton ilə getmək
qeyri-mümkündür.
Yayda
burası olduqca isti və tozlu olur. Divarlar
qızışır, toz haman “asimana bülənd” oluyor.
Şəhərdə axşama qədər səqqalar
dallarındaki ağır müşkləri ilə gəzib
mühüm küçələri sulayırlar. Fəqət
bunun o qədər faydası yox. Yalnız gecə gəldimi, Təbriz
cəhənnəmdən dönüb haman cənnət oluyor.
Dağ tərəfdən əsməkdə olan nəsim həmişəki
qaydası ilə əsməgə başlıyor, bir gecə
olmaz ki, bu canbəxş olan nəsim təbrizliləri məhrum
buraxsın. Bunun sayəsində yayın tam isti aylarında belə
axşam olunca haman hava sərinlər və bir-iki saət sonra
hətta soyuq belə olar. Bu yel sayəsində səhər
qalxan toz zail olub, hava saf və bərraq olur. Ehtimal ki, Təbrizdə
göründügü kibi asimanın bəzəgini təşkil
edən yıldızlar heç yerdə bu qədər
parlamaz. Yıldızlar adətən bir almaz qədər
işıqlanıb bərq vuruyorlar. Qaranlıq gecələr
adətən yıldızların işıqları sayəsində
yarım aydınlıq kibi olur.
Təbriz-saf
bir hava şəhəri olub, xəstəlikləri dəf edən
bir yerdir. Zatən burasını adı da anlatmaqdadır. Təbriz,
yəni qızdırma tökən, qızdırma
dağıdan.
Təbrizin
özünəməxsus hekayəsi var. Ənənat nəql
ediyor ki, Harun əl Rəşidin arvadı məşhur Zibeydə
Xatun şiddətli bir qızdırma azarına mübtəla
oldu. Təbiblər müalicədən aciz qaldılar. Təsadüfən
Zibeydə Xatun bildi ki, Azərbaycanda saf havalı öylə
bir yer vardır ki, oradakılar qızdırmanın nə
olduğunu bilməzlər. Zibeydə haman oraya əzimət
etdi və bir az sonra afiyət kəsb elədi. İştə
bunun xatirəsi olmaq üzrə Zibeydə Xatun burada bir şəhər
binasını əmr etdi. Adını da Təbriz qoydu.
İmdi də şəhərdə bir qənat vardı ki, o
vasitə ilə şəhərə içməli su gəliyor
və bunun əsası qədim zamanlara aiddir. Bu qənatın
adı da “Zibeydə arxı”dır.
Şəhər
ortasında qədim zaman işi olaraq bir Ərk vardır. Ərk
böyük bir qələdən ibarət olub ətrafı
hasarlanmış, qələlənmişdir. Burada toplar nəsb
edilmişdir ki, şəhərin müdafiəsində
çox işə gəliyor. Məşrutiyyət müharibələri
əsnasında mücahidlər Ərkdən çox istifadə
etmişlərdir. 1912-ci ildə ruslara qarşı dəxi bu Ərkdən
istifadə etmək istəmişlərsə də, qədim
bina tazə toplara qarşı müqavimət edə bilməyib
təxrib və təslim olmuşdu.
Təbriz
bazarı Ərkin yanında və şəhərin mərkəzində
vaqe olmuşdur. Bazar demək böyük bir məhəllə
deməkdir. Bazarlar Şərq məmləkətlərinin və
İran şəhərlərinin hər birində olduğu
kibi üstüörtülü küçələrdən
ibarətdir. Təbriz bazarı Şərq bazarlarından ən
böyügüdür. Hətta Tehran bazarından da
böyükdür. Yuxarıda denildigi kibi burada daimi
bağırtı və çığırtıdır davam
ediyor, Şərq həyati-ticariyyəsi qaynıyor.
Bazarın
yanında geniş bir meydan-top meydanı. Duradur iki mərtəbə
binalar. Vaxtilə buralarda toplar varmış. Sonralar bu binalar məhbəs
üçün istifadə edilmiş. İmdi isə
dağılmış, tökülmüşdür. Zatən
İranda hər tərəfdə topxanə gördümsə,
haman xarabə gördüm. Qədimdə görünür
ki, top da olmuş, topxanə də. İmdi artıq top yox, xanəsi
də xərab.
Vəliəhd
sarayi top meydanı hasarlarından birinə yanaşmaqdadır.
Bu saray vaxtilə məşhur Abbas Mirzə tərəfindən
yapılmışdır.
Sarayın
kiçik hasarı boyu ilə “əndərun” denilən hərəmsəralar
tikilmişdir. Bu binalar olduqca vaseh olub şərqkari bir surətdə
təzyin edilmişlərdir.
Hal-hazırda
bu saray nəzərdən salınmışdır.
Ruslara məxsus
olub da Təbrizin gözəl binalarını təşkil edən
binalar rus bangi binası ilə bank müdirinin
bağı-şimal yanındakı evidir ki, rus ordusu da burada mənzil
eləmişdi. Təbrizdəki rus kaloniyası çox da
böyük degildir. Bunlar Konsulxanə əzasi, bank və Təbriz-culfa
yolu qulluqçuları, nəqliyyat idarəsi müstəxdimləri
və sairədən ibarətdir. Fəqət Rusiya təbəəsi
olan qafqasiyalı müsəlmanlar ilə ermənilər və
iranilərdən Rusiya təbəəsinə keçənləri
də hesaba alsanız, o halda rus təbəələri
koloniyası 200 ailəyə qədər varar.
Əcnəbi
nümayəndələrindən burada: Türkiyə, ingilis,
Fransa və Amerika konsulluqları ilə sair dövlətlərin
konsul agentləri vardır.
Konsulxanələrdən
əlavə burada biri amerikalılara, digəri də Fransa
lazaretlərinə məxsus iki məktəb vardır. Amerikalıların
bir danə də xəstəxanaları vardır. Rusların
da qorodskoy işkola dərxanəsində çox da mükəmməl
və müntəzəm olmayan bir işkolları var.
Misyonerlər
burada varsalar da, müsəlmanlar arasında o qədər
dikiş döndirə bilmiyorlar. Təbrizdə məşhurdur
ki, bir Fransa misyoneri 22 il çalışdıqdan sonra bir təbrizlini
döndərib xristian edə bilmiş. Xristianlıq qəbul
edən təbrizli haman aşıqlandığı bir
fransız qızını da almaq müvafiqətinə nail
olmuş. Bir az keçdikdən sonra özü təkrar ehtida
etdigi kibi arvadını da müsəlman dininə
keçirmişdir. Zavallı xristian dayəsi “iti də, ipi də”
itirib heyran və giryan qalmışdır.
Avropa
misyonerlərinin müsəlmanlar arasındakı ədəmi-müvəffəqiyyətini
hekayət edən bu kibi fəqərələr az degildir. Təbriz
zərəfası ilə urmiyalılar bu xüsusda sizə bir
çox maraqlı hekayələr nəql edə bilərlər.
Avropalı məktəblərdən
əlavə Təbrizdə bir neçə İran məktəbi
də vardır. Bunlar üsuli-cədid ilə təsis
olunmuş mədrəsələrdir. Buralarda farsi, təbiiyyat,
riyaziyyat, coğrafiya, tarix elmləri tədris edildigi kibi,
fiqhi-islami də oxutduruluyor. Əcnəbi dillərdən
birisini ögrənmək dəxi proqram cüzindəndir.
Üsuli-qədim
mədrəsələrdən ruhani mədrəsələr
vardır ki, hali haman bildigimiz “mədrəsələr”dən
ibarət.
Fəqət
köhnə məktəblərlə üsuli-qədim mədrəsələrin
“əql və hikmət” ögrətmələri artıq xəlqi
kəndisinə cəlb etməməkdədir. Əql və
huşu yerində olanlar övladlarıni üsuli-cədid
üzrə təsis olunan mədrəsələrə, ya da
ki, avropalıların açdıqları məktəblərə
veriyorlar. Hal-hazırda gərək Amerika və gərək
Fransa məktəblərində oxuyan iranilər çoxdur.
İran cavanlarının bir çoxu haman müntəzəm
təhsillərini bu məktəblərdə görüyorlar.
İstanbula, Avropaya və Rusiyaya gedib təhsil edən təbrizlilər
çoxdur. Hal-hazırda Təbrizdə, İstanbulda, Fransada,
İngiltərədə təhsil görmüş maarifməndlər
də vardır. Onlar miyanında Moskva darülfünunu
qurtarmışlar da yox degildir.
Avropalılar
əksəriyyətlə “Lilabad” denilən məhlədə
yaşıyorlar. Əvam dilində burasına “Lilva” denilir.
Burası Ermənistandır. Ermənilərin sayı Təbrizdə
5000 qədərə varıyor. Bunlar kəmali-ittihad və
faiqlə yaşıyor. Olduqca vaseh bir hürriyyətlə
dolanıyorlar. Özlərinə məxsus məktəblər,
xəstəxanələri və sair ürfani-müəssisələri
vardır. Burada ermənilərə məxsus kiçik bir
baxça da vücudə gətirmişlər ki, bu baxça
daxilində teatro səhnəsi də vardır. Bu baxçaya
ancaq ermənilərin gələ bildigini və müsəlmanların
isə buraya həqqi-düxulları olmadığını təsadüf
oraya getdigimdə ögrəndim və müsəlman
olduğum üçün məmləkətin ikinci
paytaxtını (Moskvasını) təşkil edən Təbrizdəki
ümumi bir baxçadan çıxarıldım (bunun təfsili
vəqtilə “Tərəqqi”də dərc edilmişdir). Bura
erməniləri mütərəqqi isələr də, həddən
ziyadə xudbindirlər ki, “baxça fəqərəsi” dəxi
bunu isbat etməkdədir. Ermənilər banklarda, konsulxanələrdə,
böyük ticarət kantorları və yol idarələrində
qulluq ediyor və böyük ticarətxanələr
saxlıyorlar. Bu münasibətlə Təbriz ticarət aləmində
artıq nüfuza malikdirlər.
Təbrizin
nüfusi-ümumiyyəsi 225 min radəsindədir. Burada 26 məhəllə,
40 minə qədər ev vardır. Hər məhəllə
bir kəndxuda vasitəsilə idarə olunuyor. Ərk dəxi
daxil olduğu halda 5 mərkəzi məhəllə kəndxudalarının
böyügü-qalabəgi namilə adlanıyor. Bunlar
hamısı şəhər hakiminə tabedirlər. Hakim
hökuməti-mülkiyyə nümayəndəsidir. Ticarət
və sənayeatın nəzarəti də onunladır.
Çörəgin, ətin və sair məvadi-zəruriyyənin
qiymətini təyin eləmək dəxi onun öhdəsindədir.
Şəhərin ən yuxarı zabitiyyə hökuməti
darğaya məxsusdur. Maliyyat və ticarət işlərinə
isə “mübaşir” namində bir məmur baxmaqdadır.
Təbriz Azərbaycan
əyalətinin mərkəzi olduğundan burada “canişin”
oturmaqdadır. Azərbaycan canişinləri ənənə
ilə həmişə vəliəhdlər olmuşlardı.
Fəqət həqiqətən işləri idarə edən
vəliəhd özü olmuyub, onunla bərabər Tehrandan təyin
olunub da pişkar ünvanı ilə göndərilən
zatdır. Vilayətin hakimi-həqiqisi iştə bu
pişkardır və tamam Azərbaycandakı 12 vilayətin
hamısı ona tabedir.
Pişkardan əlavə
Təbrizdə əyalətin qoşun böyükisi olan rəisi-nizam,
maliyyə müdiri, məarif müdiri kibi, məmurlar
olduğu kibi kargüzar da yaşamaqdadır.
Kargüzarlıq
İranda məxsusi bir məmuriyyətdir ki, iranilərin
xaricilər ilə olan əlaqə və münasibətləri
bu məmuriyyət vasitəsi ilə həll olunmaq məcburiyyətindədir.
Demək ki, bu İrandakı kapitulasion icab etdigi bir
növi-müəssədir.
Bələdiyyə
fəaliyyəti Təbrizdə olduqca zəifdir. Məşrutiyyətdən
əvvəl bu xüsus heç də mövcud degil idi. Məşrutiyyət
elan və əncumən əyaləti təşkil olunduqdan
sonra bələdiyyə də təşkil olundu. Yeni təşkil
olunan bu bələdiyyə Təbriz üçün az xidmət
də görmədi. Bəzi küçələr
döşədildi, bəziləri genişləndirildi, bir
çoxlarına fanarlar nəsb edildi. Ümumi güzərgahlar
haman süpürülüb təmizləndirilməgə
başladı.
Bələdiyyə
rəisi Təbriz əyanından Qasımxan cənabları
idi. Bu adam eyni zamanda Fransada təhsil görmüş maarifməndlərdəndir.
Vaxtilə Təbrizdə telefon ilə elektrik
işığı tərtib edən də bu zat olmuşdur.
Təbriz bələdiyyəsinin
tənzimatından birisi də minik arabaları olan duruşkələrə
(faytonlara) təsərrüfə təyin eləmək idi.
Təbrizin
özünəməxsus “pir”i də vardır. Şəhərin
şimal-şərqi tərəfində Təbrizə nazir
olan gözəl bağlı bir yerdə İmamzadə “Eynəl-Zeynəl”in
məqbərəsi görülməkdədir. Ali rəvayətə
burada sahib və kəşfi-kəramət olan iki müqəddəs
zat dəfn edilmişdir. Bunlar iki qardaş olub biri Eyn Bin Əli,
digəri də Zeyn Bin Əli adında imişlər. Buna
görə kəsrəti-istemaldan bu iki ad denilə-denilə
“Eynəl-Zeynəl” olub qalmışdır. Bu hekayə həqaiqi-
tarixiyyə ilə talifi-qəbul etmiyorsa da, xəlq ona
artıq dərəcədə etimad etməkdə və buraya
ətrafdan bir çox zairlər gəlməkdə və “Eynəl-Zeynəl”
pirinin mütəvəlliləri olan seyidlərlə şeyxlərə
böyük mədaxillər gətirməkdədirlər.
Təbrizin
böyük məscidləri ilə artıq nüfuz və
müridlərə malik olan molla və müctəhidlərindən
də bəhs etmək istərsək, məqaləmiz çox
uzanar.
Bu gün
vaqei-siyasiyyəyə təkrar bir meydan olub qalan Təbrizin əhvali-ümumiyyəsindən
bu qədərlə iktifa edib, ikinci məqaləmizdə bunun
tarixdə keçirdigi əhval ilə son illər zərfində
aldığı vəziyyətindən də bir az bəhs edərik.
M.Ə.Rəsulzadə
“İqbal”, 9
yanvar 1915, ¹835
Daniş-bilik,
elm
Ətaq-dərinlərə
Əmiq-dərin
Ləhn-gözəl
və ahəngli səs, nəğmə
İfham-anlama,
dərketmə
Çarsu-dörd
yandan küçəsi olan meydan, üstü
örtülü və ya açıq bazar
Qitaət-bölüklər
Ərk-iç
qala, möhkəm hasar
Qənat-yeraltı
suvarma kanalı
Nəsb-dikinə
basdırma, quraşdırma
Fiqh-şəriət,
dini elmlərdən biri
Pişkar-rəhbər,
başçı
Zair-ziyarətçi
Mühərrik-təhrik
edən, qızışdıran, yerindən tərpədən
Müstəxdim-qulluğa
götürən
Məənd-güclü,
qüdrətli
Qurama
Xüsusi
müxbirlər bu axır zamanlarda mərəkə ediyorlar. Əsl
qurama bunlarınkıdır. Biz yalan. Bunların
quradığını boynuma alıram ki, nə nənəm
qurya bilər, nə də mən!
Doğrudur,
qurama əlvan, rəngləri, biçimləri müxtəlif
olar. Ciddi bir üsul və intizamə tabe olmaz. Amma nə qədər
olsa da, hər quramaçının özünə görə
yenə bir zövq və səliqəsi olur. Fəqət bu
Allah bədnəzərlərdən saxlamışlar, o qədər
xoş mənzər və yaxud gülnəzərdirlər ki,
ağı göyə yamar. Yenə onda bir
zövqsüzlük duymazlar.
Bu müxbirlərdə
nə kibi xasiyyət, nə qədər iqtidar istəsək
var.
Öldürmək
istəsin – əzrailə rəqib ola bilərlər.
Dirilməkdə
dəxi sanki isanəfsdirlər.
Kimi istərlərsə
bu gün öldürüb, sabah yenə dirildə bilərlər.
Dava elan
olunalı bu gülnəzərlərin neçələrini
öldürüb, təkrar diriltdiklərini görmədikmi?
Müxbirlərin
əzraillik qüvvəsindən ən çox mütəzərrər
olan şübhəsiz ki, Ənvər Paşadır. Fəqət
başqalarının sinəsinə dəxi bu ölüm mələkləri
az qondularmı?
Lap əzrailin
özü kibi bular da dosta-düşmənə fərq
qoymayaraq istədiklərinin sinəsinə
çöküyorlar. Fəqət bir kəs və person ki,
bir neçə gün sonra rəhmə gəlib məsiha nəfslərini
göstərməkdə dəxi gecikmiyorlar.
Ənvər
Paşaya nə isə yeridir. O, özünə şan və
şərəf olsun – deyə böyük bir məmləkəti
təhlükəyə salmış. O, asi və xudsər bir
prometeydir.
Dəha yunan
əsatirində oxumuşuq ki, prometey qəzəbə
keçmiş və iki yırtıcı quş daima onun bədənini
dağıdıyorlar; fəqət o yenə dirilir, yenə quşlara
yem olur, təkrar dirilir ...
Əsatir və
əfsanə nöqteyi-nəzərindən baxarsaq, Ənvər
Paşanın ölüb – dirilməsinə yenə bir məna
vermək olar.
Ənvər
Paşa prometeysinin müvəkkilləri də şübhəsiz
ki, əzrailliklə isanəfslik cünbəsini özlərində
cəm edən bu müxbirlərdir.
Onun da cəzasıdır
ki, ölsün – dirilsin, yenə ölsün.
“Türkiyə
Napaleonu”nun bu kibi mütəvaliyən ölüb-dirilməsinə
rusiyalı oxucuların ehtiyacı varmı, yoxmu?
Bu bir hikmətdir
ki, onu, əlbəttə gülnəzərli müxbirlər
bilər: bizim kibi quramaçıların əqli belə dərin
şeyləri kəsməz.
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2011.-
1 oktyabr.- S.26-27.