Gənc yazar Feyziyyənin kitabı işıq üzü görüb

 

Gənc yazar Feyziyyənin bugünlərdə kitabı çapdan çıxıb. Ədəbiyyat jurnalları, qəzetləri və portallarında xeyli vaxtdır çap edilsə də, “Mesaj” onun ilk kitabıdır. Feyziyyənin kitabı yeni start verilən “Oxu zalı”nın seçimi” seriyasının ilk nəşridir. Bu kitabı müəllif “Üşüyənlərə, ağlayanlara, qorxanlara” ünvanlayıb. Burada sevgi də var, müharibə mövzusu da, qəriblik hissi də. Amma yüzillərdən bəri haqqında yazılan bu temalarda yeni söz demək nə qədər çətin olsa da, Feyziyyə yaşadıqlarını, duyduqlarını səhifələrə köçürdüyü, öz içini yazdığı üçün onun əsərlərinin məzmunu orijinaldır. Onun yazdıqları, gerçək istedadın bəhrəsi olaraq, ciddi maraq doğurur.

 

 

525-ci qəzet.- 2011.- 6 oktyabr.- S.7.