İran kinosununAğlayan söyüd” və “Səkkizinci asiman”ı Bakıda göstərilib

 

Muzey Mərkəzində Azərbaycanda İran mədəniyyəti günləri çərçivəsində “Ağlayan söyüd” və “Səkkizinci asiman” filmləri nümayiş etdirilib. Nümayişdən əvvəl azərbaycanlı kinoşünas Cəmil Quliyev və iranlı rejissor Həsən Nəcəfi İran və Azərbaycan kinosunun yaranma tarixindən, inkişafından və İranla Azərbaycanın birgə həyata keçirdikləri layihələrdən danışıblar. Çıxış edənlərin sözlərinə görə, artıq dünyada öz filmləri ilə tanınan İran kinostudiyaları ildə 200-dək bədii film və 6-7 min sənədli film çəkmək imkanına malikdir. 2004-cü ildə istehsal edilən “Ağlayan söyüdfilminin ssenari müəllifi Məcid Məcididir. Ekran əsəri səkkiz yaşından görmə qabiliyyətini itirmiş Yusifin uzun illərdən sonra xaricdə əməliyyat olunmasını əks etdirir. Həyatında problemlərlə üzləşən Yusif yenidən rəngləri və həyat xətlərini görməklə həqiqi “özünü” tapacağını düşünürbundan sonra öz Allahı ilə əlaqə yaradacağını qarşısına məqsəd qoyur. O, gözü açılacağı təqdirdə söz verir ki, yalnız Allahın yolunda yaşayacaq. 2010-cu ildə çəkilən “Səkkizinci asimanfilminin isə ssenari müəllifi və rejissoru Həsən Nəcəfidir. Filmdə iranlı aktyorlarla yanaşı, Azərbaycan aktyorları Xalidə Quliyeva, Zülfiyyə HüseynovaQurban Məsimov da çəkiliblər. Filmdə Bakıdan Məşhədə ziyarət etmək üçün gedən bir ailənin taleyindən danışılır. Onlar Məşhədə çatan kimi problemlə üzləşirlər. Tibb fakültəsinin sonuncu kursunda oxuyan Rəhmət bu ailə ilə tanış olurbu tanışlıq müxtəlif hadisələrin baş verməsinə yol açır.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2011.- 6 oktyabr.- S.7.