“Maestro
özü və zaman
haqqında” nümayiş etdirilib
Səməd Vurğun adına Rus Dram Teatrında “Maestro. Özü və
zaman haqqında” sənədli filminin təqdimat mərasimi gerçəkləşib. Film tanınmış bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin yaradıcılığına
həsr edilib. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev mərasimi giriş sözü ilə açaraq ölkənin müasir musiqi mədəniyyəti tarixində
Xəyyam Mirzəzadənin
böyük xidmətlərini
diqqətə çatdırıb:
“Son illər Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə mədəniyyət
xadimləri haqqında
silsilə sənədli
filmlər çəkilir.
Təqidmatı keçirilən “Maestro. Özü və dövrü haqqında” filminin ən tələbkar tamaşaçısı filmin
qəhrəmanının özüdür.
O, ekrandan tamaşaçı
ilə özü və yaradıcılığı,
müəllimləri, dostları,
şagirdləri haqqında
təəssüratlarını bölüşür”. Xəyyam
Mirzəzadə yüksək
mükafata görə
ölkə rəhbərliyinə
təşəkkürünü bildirib: “Son illər əsərlərimin ikicildliyi,
6 diskdən ibarət məcmuə buraxılıb.
İndi də “Şərəf” ordeni ilə təltif olundum. Belə şərəf hər adama nəsib olmur. Ümummilli lider Heydər Əliyevin mənə “Şöhrət”
ordenini necə təqdim etdiyi yadımdadır. İkinci
ordeni isə ölkə Prezidenti İlham Əliyevdən qəbul etdim. Bütün bunlara görə dövlətə
və xalqımıza
minnətdaram. Bu diqqət,
yaradıcılığıma göstərilən qayğı
gələcək uğurlara
stimul verir”. Filmin nümayişindən
əvvəl yaradıcı
kollektivlə görüş
keçirilib. Qeyd edək ki, film “Cinealliance” studiyası ilə birlikdə “Salnamə” kinostudiyasında
çəkilib. Ssenari
müəllifi və rejissor Tofiq İsmayılov, operator Ziya
Babayev, musiqi redaktoru Rauf Əliyevdir.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 6 oktyabr.- S.7.