“Azərbaycan”ın
növbəti sayı işıq üzü
görüb
“Azərbaycan”
ədəbi-bədii jurnalının növbəti sayı
çap olunub. Görkəmli nasir, dramaturq Mirzə
İbrahimovun 100 illik yubileyinə həsr olunan jurnalın bu
sayında filologiya elmləri namizədi, dosent Rüstəm
Kamalın “M.İbrahimovun inancı və Təbriz
ilğımı”, Mənzər Niyarlının “Sevimli ədibimizi
xatırlayarkən” və “Mirzə İbrahimovun Sara xanıma
məktubu” yazıları dərc olunub. Dərginin “Poeziya”
bölümündə Nisə Bəyim, Vaqif Bəhmənli,
İnqilab İsaq, İsmayıl İmanzadə, Mina Rəşid
və başqalarının şeirləri yer alıb.
Jurnalın “Nəsr” bölümündə yazıçı
Aqil Abbasın “Allahı qatil edənlər” romanı və
Natiq Məmmədlinin “Beş atanın ögey oğlu” və
“Bütün maymaqların yükü” adlı iki hekayə
verilib.
“Yeni
tərcümələr”də Xalidə Ədib Adıvarın
“Atəşdən köynək” romanı var. Şair-publisist
“Tofiq Abdinin 70 yaşı”na Südabə Ağabalayeva “Çərçivəsiz”
adlı yazı həsr edib.
“Xatirələr,
duyğular” bölümündə İntiqam Mehdizadənin
“Abdulla Şaiq ocağı” yazısı verilib.
“Tənqid
və ədəbiyyatşünaslıq” başlıqlı
bölümü tənqidçi Vaqif Yusiflinin “Şeirdən
şeir kimi” və Asif Rüstəmlinin “Macar alimi Mesaroş və
I türkoloji qurultayı”ı yazılarına həsr edilib.
“Söz
xəzinəmizdən” bölümünə Paşa Əlioğlunun
“Əlyazmalar İnstitutunun nəşrləri” yazısı
verilib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.21.