Sözün
poetik rəngi
Şair
rənglərin rəngidir. Bu rəng çalarları
söz-söz, misra-misra, sətr-sətr, məna-məna insan
qəlbini qeyri-adi duyğularla doldurur. Əsl şairlər
iç dünyalarının rənglərini
yaratdıqları təravətli, poetik misralarda görürlər,
hiss edirlər. Bəzən təəccüblənirlər. Bu
söz bu misra necə doğuldu? Bu mənə şeirin
qanına, iliyinə haradan hopdu. Bir az əvvəl sözə,
fikrə, hakim kəsilən şair sonra ali
duyğularının, sərrast deyimlərinin, poetik
mühakimələrinin əsirinə çevrilir. Şeir isə
kitabdan-kitaba, arı kimi qonur. Fikrin sirəsini çəkir,
deyim-deyim, sinələşir, ağır-ağır təzə
rəngə, duyğuya dönür. Bu şərtlə ki,
şeiri şair yaza. Onun sinəsində söz odu, söz
alovu, ən əsası Rəbbimiz tərəfindən verilən
ruhani təbii, yazılış üslubu, sənətkarlıq
məharəti ola, az-çox oxucu dünyasına baş vura
billə. Bu deyimləri şair Tahir Rzanın şeirləri, qəzəlləri,
poemaları haqqında demək çətin deyil.
Tahir
Rzanın çoxdan tanıyıram. Xarakterinə, milli ruhuna, ədəbi
dünyagörüşünə, kamilliyinə yaxşı bələdəm.
Bu günə kimi onun irili-xırdalı 14 şeir kitabı
işıq üzü görüb. Bu kitabların demək
olar ki, hamısını oxumuşam. Şairin son kitabı
“Xarı-Bülbüllə söhbət” adlanır. Kitabda
şair öncə ədalətli, alicənab, dəyərli və
yaxşı insanlara üz tutur, onların səsindən,
sözündən, mənliyindən xüsusi zövq alır.
Həm də şair bu şeirində əsrarəngiz vətən
gözəlliklərindən qürur hissi ilə
danışır. Xalq ruhuna ölməzlik, müqəddəs
dilimizin şirinliyi, saflığı onu sanki
qanadlandırır. Ümumən, Azərbaycan mövzusu Tahir
Rza poeziyasından qızıl xətlə keçir. Azərbaycanımızı
o həmişə uca, əzəmətli, məğrur
görmək istəyir. Eyni zamanda Vətənin haqsız axan
qanları, ədalətsizliklər, xəyanətlər, fitnə-fəsadlar
onu silkələyir.
Ulu və
qüdrətli Azərbaycanımız haqqında minlərlə
şeir yazılıb. Ancaq bu şeirlərin öz rəngi,
öz ahəngi, öz deyim və duyğu gözəlliyi olub.
Tahir Rza bir həssas, müdrik vətəndaş, kimi bu
doğma mövzuya öz prizmasından yanaşır.
Özündə Azərbaycan boyda ümid və inam
yaradır:
Çox
bəlalar çəkdi başın, fəqət yenə əyilmədin,
Keçdiyin
yol nəsillərə yaxşı dərsdir, Azərbaycan!
Qarabağ
yoxluğu tapdalanmış Vətən torpağı onu təlatümə
gətirir. Bir növ o Vətən ağrısına dözə
bilmir:
Axan
qanlar, çıxan gözlər, xəyanətlər, fəlakətlər,
Bil,
haqqına, amalına fitnə, qəsddir, Azərbaycan.
...
Tahir deyil tək baş əyib torpağına
səcdə
edən,
Öz
xalqına müqəddəsdən
müqəddəsdir
Azərbaycan!
Sonra
şair qeyrətli Vətən oğullarına üz tutur,
onları xalq, Vətən və torpaq uğrunda
ölüm-dirim savaşına səsləyir:
Qalxın
Vətən oğulları,
Açın
açılmaz yolları.
Sevindirin
anaları,
Gücün
həsrətli qolları
Qala
bilməz yerdə bu qan,
Sizinlədir Azərbaycan!
Ümumiyyətlə, bu kitabda Tahir Rza şeirlərinin əsas bel sütunun Qarabağ mövzusu təşkil edir. Onun “Qarabağ deyərik, gor evinədək” şeiri ürəyi həqiqi vətən eşqi ilə çırpınan şairin andı kimi səslənir. Şairin gözü qarşısında Qarabağ deyilən cənnətməkan viran oldu, ellər pərən-pərən düşdü. Evlər yandı, gorgahlarımız tapdalandı, şəhərlərimiz yağmalandı və külə çevrildi. Bu amansız fəlakət əlbəttə, həssas bir şair üçün dözülməz faciədir:
Dağlar boynu bükük, dərələr əsir,
Çaylar dərdli-dərdli çoşur, çağlayır.
Həsrət arzuların yolunun kəsir,
Laçın yasa batıb, Şuşa ağlayır.
Və
yaxud;
Burda həyat
ölüb, zaman dayanıb,
Sanki insanlarda daşdı, kəsəkdi.
Tarixin əlləri
qana boyanıb,
Tanrı haqsızlıqla üzbəüz, təkdir.
Şairin fikrincə əgər böyük yaradan
haqsızlıqla üzbəüz, tək qalırsa onda vay
bizim halımıza. Tərəfkeşliklə nəfəs alan
insanlar, əslində dünyanın kələfini elə
dolaşdırıblar k, onu fələklər belə
aça bilməz. Necə ki, Qarabağ
düyünü açılmır ki, açılmır.
Demək, hər şey dolaşıq
düşüb. “Bəs nədən haqq,
nahaq düşüb dolaşıq” – deyən şair, bədii
suallarla kimdənsə cavab gözləyir. Zamanı,
zülmü, istibdadı, haqsızlığı lənətləyir:
Zaman fikrə
dalıb, gözlərində qan,
Tanrı sanki bezib yaratdığından.
Fələk
də bu dərdə tablamır inan,
Haqqın
gözü kordur, qulaqları kar,
Dünya günahkarmı, insan günahkar?
Daha sonra bütün insanlıq adından allahdan üzr
istəyir. İnsanların imana-dinə gəlməməyini təvaqqa
edir.
Cəllad
mələk donunda,
Hakim
oğru yanında
Son haqq-hesab
anında,
Allah, bizi bağışla.
Tahir
Rzanın bundan əvvəlki kitablarından biri “And iç
Qarabağa” adlanır. Biz əsasən müqəddəs
dini kitabımız olan “Qurani-Kərimə”, çörəyə,
günəşə, namus və qeyrətə and içirik.
Ancaq şairə görə Qarabağ
andını hər kəs içməlidir. “Qalmaz yad əllərdə,
qalmaz Qarabağ” şeiri də əslində and kimi səslənir:
Kövrəlmə,
inləmə, ağlama belə,
Həsrət qəlbimizi dağlama belə.
Ümidi
gümana bağlama belə,
Düşmənə
yurd-yuva olmaz Qarabağ!
Qalmaz yad əllərdə,
qalmaz Qarabağ!
Onun bu qəbildən olan şeirləri çoxdur. Bu şeirlər ulu millətini,
xalqını, dövlətini ürəkdən sevən,
Qarabağ yarası kimi göyüm-göyüm göynəyən
şair üçün manifest kimi səslənir. Şair dünyəvi mövzulara da ciddi
yanaşır. Var-dövlət hərislərini
sözlə məşhər ayağına çəkmək
istəyir. Altun, pul, zəngin həyat
fanatiklərini düşünməyə, gəldi-gedər
dünyanın təlatümlərinə nəzər
salmağa səsləyir. “Cəsarət
olsa” şeiri bu mənada çox aktualdır. Şair
yazır:
Gəl
soxma gözümə var-dövlətini,
Şərəfsiz
şan-şöhrət, dövlət qan-qəda,
Vəzifədə
görsən səadətini,
Ağladar,
inlədər səni dünya da
Dünyada
doğulub ölməyə nə var,
Ömrü
ömür kimi yaşamaq çətin,
İnsan
var dünyada hörmət qazanar,
İnsan
var insanın kinin, nifrətin!
Tahir
Rzanın “Biz bir olsaq”, “Bəsdi daha, qərənfilim
ağlama”, “Dünyaya göz dəysə”, “Nadanlıq dərsi”,
“Qartal ölümü”, “Kəpənək xoşbəxtliyi”,
“Allah sirr açmayıb”, “Məni tamahıma qul etmə”,
“Dünyanın”, “Heç vaxt”, “Heyif”, “Gələr”, “Xasiyyətnamə”,
“Bilən yox”, “İlahi”, “Nankor dost” kimi şeirləri
ayrıca təhlilə cəlb oluna bilər. Bu
şeirlər həqiqi hissin, duyğunun, poetik təxəyyülün
məhsuludur. Dünya haqqında çox
şairlər şeir yazıb. Hərəsi
dünyanın bir cürə hallandırıb, vəfasız,
gəldi-gedər, qoca, zalım deyiblər. Hətta dünyaya bol-bol söyüblər. Dünya bəzi şairlərin gözündə bir
məzar daşı kimi soyuq və vahiməli
görünüb. Tahir Rza da
“Dünyanın” adlı şeirində dünyanı gözəl
görür, insanları isə bədniyyət.
Çünki dünya bizə Günəş, hava, su, od,
dağ-dərə, coşqun çay, yol, təlatümlü
dərya, uca-uca dağlar, behişt ətirli
gül-çiçək, yaşıl-yaşıl ormanlar,
aydın, işıqlı səhər bəxş edib. Dünyada nə qədər ləzzətli
ömür-gün görmüşük. Və sairə...
Yaxşıları,
yamanları çox görüb,
Çox zalıma, zülmkara tor qurub.
Bilən
varmı kim aldadıb, kim girib,
İnsan ilə arasına dünyanın.
Və
yaxud;
İnsan
var ki, bircə anda allanır,
Dövlətinə, parasına dünyanın.
İnsanda
var balın əmir, ballanır,
Gileylənir qarasına dünyanın.
Digər şeirində Tahir Rza dünyanın
başına dolanmağı vacib sayır. Axı
dünyanın nə günahı? Məsləhət
yaradanındır:
Bu
dünyada nə ədavət, qan olar,
Vurğun olsaq baharına, qışına.
Dünya
bizim başımıza dolanar,
Biz
dolansaq dünyamızın başına!
Gözəl və mənalı deyilib. Dünya həqiqətən
gözəldir. Tahir Rza dəridən-qəmdən
yan keçmir. Ömür varsa, həyat
varsa dərddə var, qəmdə. Dərd-qəm sevinclə
qardaşdı, – deyən şair fikrinə belə poetik don
geyindirir:
Dərdi
olmayanlar, bilməz dərd nədir,
Həyatım dərdimlə olub bəxtiyar.
Dərdimin
dərmanı öz əlimdədir,
Dərdim dərdə düşməz, dərd
duyanım var.
Başda
bir şeirində Tahir deyir:
Tahir, dərd
gələrsə, ömrün sabahı –
Sönər,
fələklərdə görmə günahı,
Dünyanın
dəhşəti, amanı – ahı,
İnsana insanın özündən gələr.
Qəzəl çətin janrdır. Qəzəl yazmaq
üçün klassik şairlərin, yaratdığı
möhtəşəm qəzəl, qəsidə, müxəmməs,
müsəddəs, tərki-bənd, rübai, qoşma və
s. şeir növlərini yaxşı bilmək şair
üçün çox vacibdir. Xüsusən,
əruz vəznini bilmədən qəzəl yazan şairləri
əslində qəbul etmək, onları oxumaq günahdır.
Ancaq Tahir Rza qəzəl janrında
özünü sınayıb, yazdığı, dünyəvi
və aşiqanə qəzəlləri göstərir ki, o bu
çətin janrı mənimsəyə bilib. Misal
üçün:
... Nadana
qalsa əgər, dünya cəhənnəm olacaq,
Günümüz
qarə gəlib, hər gecəmiz qəm olacaq!
... Tahir,
hər kəs Vətənə sövq ilə xidmət etsə,
Yurdumuz
yüksələcək, başda bir aləm olacaq!
Başqa
bir aşiqanə qəzəlində deyilir:
... Elə
sev ki, ürəyin yanmağa adət eləsin,
Çünki eşq əhli üçün, sevgi-məhəbbət
olacaq.
... Tahirin
qəlbi əsirdir sözünə, sevgisinə,
O bilir ki,
əbədi eşq ilə sənət olacaq!
Məlumdur ki, Qarabağ dərdi, yarası hər bir
yaradıcı insanı hədsiz dərəcədə
ağrıdır. İnsanın az qalır
başına hava gəlsin. Cənnətməkan Şuşa, əzəmətli Laçın, Kəlbəcər,
Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdərə,
nəhayət bütün Qarabağın toy otağı olan
Ağdam yoxdu! Bəli, bunlar hələlik bizə
göz dağıdır. İndi o yerlər
ocaq yeri kimi qaralır. Gorgahlarımız viran
qalıb, əsir-yesir ana və bacılarımız,
qocalarımız, uşaqlarımız, igid ərənlərimiz
əsirdilər. Ən əsası
şeirimizin şah misrası qədər əziz olan
“Xarı-Bülbül” düşmən ayağı altında
əzilib yox olur. Deyərdim ki, milli ruhu, təmiz
qanı olan hər bir vicdanlı şair və
yazıçılarımız bu gözəllik simvoluna
şeir yazıb.
Tahir Rzanın “Xarı-Bülbüllə söhbət”
poeması bu mövzuda yazılan şeir və poemalardan fərqlənir. Doğma Şuşa
və Xarı-Bülbül həsrəti onu qovurur. Ruhunu silkələyir. Sanki o zərif, incə,
təravətli gül üçün bir növ ağı
deyir:
Xarı-Bülbül,
Qarabağda kimin var,
Kim hayına, bir kimsəni haraylar?
Qəmlə
ötən bu fəsillər, bu aylar –
Yaddaşlardan silinərmi, gedərmi?
Dərdimizə de bir çarə edərmi?
Şair Qarabağ üçün həqiqətən
ağlayır, sızlayır. Oradakı abı-hava,
gül-çiçəklər, əsrarəngiz mənzərələr,
uca dağlar, çoşğun çaylar, keybir bulaqlar
şairin yaddaşını ovxarlayır, bütün
vücudunu təlatümə gətirir.
Xarı-Bülbül,
əlim çatmır əlinə,
Qurban olum
ağı deyən dilinə,
Qır
atların bir gün minib belinə,
Mərd
oğullar çatacaqlar dadına,
Şad
günləri salacaqlar yadına!
Şair
Xarı-Bülbülün timsalında məhv olan gözəlliklərimizi,
Qarabağımızın çəkilməz dərdini
çox ustalıqla şeirin gəraylı formasında poetik
inamla oxuculara çatdırır:
Xarı-Bülbül,
Qarabağda kimin var,
Kim hayına bir kimsəni haraylar?
Qəmlə
ötən bu fəsillər, bu aylar,
Yaddaşlardan silinərmi, gedərmi?
Dərdimizə de bir əlac edərmi?
Poemanın hər bəndi, misrası, sözü, mən
deyərdim şair yanğısı, şair qəzəbi və
düşmənə nifrət hissilə qələmə
alınıb.
Şair bir Qarabağlı kimi Vətən
itkisinə, Vətən ağrı-acısına
sarınır. Qarabağı
özünün əsl Qibləsi, Quranı, Kəbəsi kimi
görür. Fəqət, əli
çatmır, ünü yetmir. Bu yanğının
alovu, közü əbədi və sönməzdir,
unudulmazdır:
Xarı-Bülbül,
Vətən Qibləm, Quranım,
Qarabağım,
Zəngilanım, Turanım,
Onsuz olsa,
bir saatım, bir anım,
Qətrə-qətrə
əriyərəm, solaram
Əsir
qalıb qurd-quşa yem olaram!
Digər
bir bənddə şair həm özünə, həm də
gözü Qarabağ üçün yolda qalan insanlara inam
verir:
Xarı-Bülbül,
torpaq şərəf, şanımız,
Ona qurban ürəyimiz, canımız.
Haqq
yolunda qoy tökülsün qanımız,
Düşmənlərin
axırına çıxarıq!
Gələcəyə
ağ gün ilə baxarıq!
Xarı-Bülbül,
inan, üzün güləcək,
İgidlərin
göz yaşını siləcək,
O xoş
günlər, xoşbəxt günlər gələcək,
Bütöv
görüb, bu torpağı, Vətəni,
Bağrımıza
basacağıq biz səni!
Bəli, əziz
oxucular! Biz Tahir Rza poeziyasının cüzi bir
hissəsinə toxunduq. Onun bütün əsərləri
oxunaqlıdır. Poetik deyimləri
aydın, işıqlı və dünyəvidir. Qeyd etdiyimiz kimi şairin vətəndaşlıq
ruhu çox yüksəkdir. Mən Tahir
Rzanın bundan sonra da daha milli ruhlu əsərlər
yaradacağına əminəm. Şeirin –
çətin, keşməkeşli, yolu onu heç vaxt
qorxuzmasın. Mən istedadlı qələm
dostumun poetik ruhuna, mənəvi dünyasına bələdəm.
Mən ondan şeir – sənət yolunda
mübarizlik və poetik amallardan yoğrulmuş, daha geniş
həcmli qiymətli əsərlər gözləyirəm.
Ənvər ƏHMƏD,
fəlsəfə doktoru, şair
525-ci qəzet.- 2011.- 11
oktyabr.- S.7.