Azərbaycanın
dövlət müstəqilliyinin 20 illiyi
münasibətilə kitab sərgisi keçirilib
Bakının
Səbail rayonunda Azərbaycanın dövlət müstəqilliyinin
20 illiyi münasibətilə kitab sərgisi keçirilib.
APA-nın xəbərinə görə, Bakı şəhər
Mədəniyyət və Turizm İdarəsi, Səbail rayon
İcra Hakimiyyəti və rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin təşkilatçılığı ilə
keçirilən sərgidə kitabxanalar öz
kitablarını nümayiş etdiriblər.
Sərgidə
tarixi, bədii, dini, fəlsəfi kitablar, əl işləri,
rəsm əsərləri, həmçinin müxtəlif nəşriyyatlar
tərəfindən nəşr olunan kitablar nümayiş
olunub. Sərgi eyni zamanda satış məqsədi
daşıyıb.
Tədbirdə
çıxış edən Səbail rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov ötən 20 il ərzində
Azərbaycanın həm keşməkeşli, həm də
şərəfli bir yol keçdiyini deyib: “Bütün
çətinliklərə baxmayaraq, bu gün Azərbaycanın
iqtisadiyyatı güclənir, əhalinin sosial rifahının
artırılması yönündə işlər
görülür”.
525-ci
qəzet.- 2011.- 13 oktyabr.- S.7.